Bakalavr proqramı
Mexanikamühəndisliyi-bakalavr
Proqram haqqında
Bakalavr səviyyəsinin 050628 - "Mexanika mühəndisliyi" ixtisası üzrə Təhsil Proqramı məzunun kompetensiyalarını, ixtisasın çərçivəsini, fənlər üzrə təlim və öyrənmə metodlarını, qiymətləndirmə üsullarını, təlim nəticələrini, kadr hazırlığı aparmaq üçün infrastruktura və kadr potensialına olan tələbləri, tələbənin təcrübə keçmə, işə düzəlmə və təhsilini artırma imkanlarını müəyyənləşdirir. Tələbələri və işəgötürənləri məzunların əldə etdiyi bilik və bacarıqlar, eləcə də təlim nəticələri barədə məlumatlandırır. Təhsil Proqramı üzrə kadr hazırlığının bu proqrama uyğunluğunun qiymətləndirilməsi zamanı bu prosesə cəlb olunan ekspertləri məlumatlandırır. Təhsil Proqramı 4 il (8 semestr) müddətini əhatə edir.
Dərəcə tələbləri
Təhsil proqramı 240 AKTS kreditindən ibarətdir. Ümumi fənlər 30 kredit, İxtisas fənləri (o cümlədən Mülki müdafiə) 120 kredit, ATM tərəfindən müəyyən edilən fənlər 60 kredit, Təcrübə və buraxılış işinə isə 30 kredit ayrılmışdır.
Proqramı araşdırın
Fənn nəticələri
Hər fənn üzrə təlim nəticələri
Səriştə matrisi
Fənlərin səriştələrə töhfəsi