Fənn · Metallurgiya mühəndisliyi
Metalşünaslıq və termiki emal
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Tələbələrə materialların strukturunun formalaşması, gərginlik–deformasiya davranışı, atomlararası rabitə enerjisi, ərinti tərkibi və kristallik quruluşun xassələrə təsiri, mexaniki sınaq üsulları, möhkəmləndirmə mexanizmləri, çat və yorğunluq prosesləri, material seçimi prinsipləri və ərinti strukturunun idarə olunması barədə bilik və bacarıqların öyrədilməsi.
Fənn təlim nəticələri
CLO 1: Tələbələr metalların atom-kristal quruluşu, faza diaqramları və termiki işlənmə rejimləri arasındakı üçtərəfli əlaqəni sistemli şəkildə mənimsəyəcəklər. Dəmir-karbon və digər sənaye ərintilərində qızdırma və soyutma zamanı yaranan struktur modifikasiyaları (martensit, beynit, perlit çevrilmələri) dəqiq təhlil ediləcək. Onlar xüsusi mühəndislik tələblərini yerinə yetirmək üçün materialların səthi və həcmi termiki emal sxemlərini layihələndirməyi öyrənəcəklər. Fənnin sonuna qədər tələbələr mikrostuktur dəyişikliklərini idarə etməklə materialın mexaniki dözümlülüyünü və istismar resursunu əhəmiyyətli dərəcədə artırmaq bacarıqları əldə edəcəklər.