Fənn · Metallurgiya mühəndisliyi

Metalşünaslıq və termiki emalSillabus

İF-3685y6 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-3685y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat – mühazirə; b) 15 saat – laboratoriya; c) 15 saat – məşğələ
Auditoriyadan kənar saatlar
a) sərbəst iş - 96 saat, b) hazırlıq - 64 saat

Fənn haqqında

Tələbələrə materialların strukturunun formalaşması, gərginlik–deformasiya davranışı, atomlararası rabitə enerjisi, ərinti tərkibi və kristallik quruluşun xassələrə təsiri, mexaniki sınaq üsulları, möhkəmləndirmə mexanizmləri, çat və yorğunluq prosesləri, material seçimi prinsipləri və ərinti strukturunun idarə olunması barədə bilik və bacarıqların öyrədilməsi.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • seminar
  • interaktiv müzakirə
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Tələbələr metalların atom-kristal quruluşu, faza diaqramları və termiki işlənmə rejimləri arasındakı üçtərəfli əlaqəni sistemli şəkildə mənimsəyəcəklər. Dəmir-karbon və digər sənaye ərintilərində qızdırma və soyutma zamanı yaranan struktur modifikasiyaları (martensit, beynit, perlit çevrilmələri) dəqiq təhlil ediləcək. Onlar xüsusi mühəndislik tələblərini yerinə yetirmək üçün materialların səthi və həcmi termiki emal sxemlərini layihələndirməyi öyrənəcəklər. Fənnin sonuna qədər tələbələr mikrostuktur dəyişikliklərini idarə etməklə materialın mexaniki dözümlülüyünü və istismar resursunu əhəmiyyətli dərəcədə artırmaq bacarıqları əldə edəcəklər.

Mövzu planı

  1. 1.
    Metallar haqqında ümumi anlayışlar və onların xassələri. Bərk cisimlərdə atomlararası rabitəMühazirə

    Metalların atom quruluşu, metal rabitəsinin təbiəti və materialların əsas fiziki-mexaniki xassələrinin təhlili

  2. 2.
    Kristal bərk maddələrin quruluşu. Metalların kristal qəfəsləri və onların əsas növləri. Metalların real quruluşu. Kristalloqrafik istiqamətlər və müstəvilərMühazirə

    Kristal qəfəslərin (KHM, KÜM, HTM) növləri, real kristallarda qüsurlar (nöqtəvi, xətti) və kristalloqrafik indeksləmə

  3. 3.
    Ərintilər nəzəriyyəsinin əsasları: Metalların kristallaşması və kristal strukturun formalaşmasıMühazirə

    Maye haldan bərk hala keçid, kristallaşma mərkəzlərinin əmələ gəlməsi və dənəvər strukturun formalaşma mexanizmləri

  4. 4.
    Metalların mexaniki xassələri və onların təyini üsulları. Dağılma və növləriMühazirə

    Möhkəmlik, plastiklik, bərklik (Brinell, Rokvell) təyini və dağılmanın (kövrək və süni) fiziki əsasları

  5. 5.
    Ərintilərin möhkəmləndirilməsi. Möhkəmləndirmə prinsipləri.Mühazirə

    Bərk məhlulda möhkəmləndirmə, dispers fazalarla möhkəmləndirmə və deformasiya ilə bərkimə nəzəriyyələri

  6. 6.
    Hal diaqramları. Ərintilər terminologiyası. Ərintilərin strukturunu təşkil edən birləşmələrin növləri. Gibbs faza qaydası. İkikomponentli (binar) ərintilərin hal diaqramları. Parçalar qaydasıMühazirə

    Faza diaqramlarının qurulma prinsipləri, faza qaydası və binar sistemlərin analizi (evtektik, peritektik sistemlər)

  7. 7.
    "Dəmir - sementit" hal diaqramı. Dəmir-karbon sisteminin ərintiləriMühazirə

    Fe-Fe3C diaqramının kritik nöqtələri, xətləri və müxtəlif karbon tərkibli ərintilərin (polad və çuqun) strukturları

  8. 8.
    Termiki emal. Termiki emalın növləri. Poladların termiki emalının əsasları. Qızdırıldıqda poladlarda baş verən dəyişikliklər. Soyutma zamanı poladlarda baş verən çevrilmələr.Mühazirə

    Tablama, yumşaltma, yüksək və aşağı buraxılma; austenit çevrilmələri və martensit yaranma mexanizmləri

  9. 9.
    Dəmir ərintiləri. Polad və çuqun. Konstruksiya poladlarıMühazirə

    Polad və çuqunların təsnifatı, markalanması (GOST/DIN) və müxtəlif konstruksiya poladlarının istismar sahələri

  10. 10.
    Legirlənmiş poladlar. Legirləyici komponentlərin dəmir və karbonla qarşılıqlı təsirinin xüsusiyyətləriMühazirə

    Legirləyici elementlərin (Cr, Ni, Mn, Si və s.) bərk məhlul və karbid fazaların yaranmasına, həmçinin austenitin davamlılığına təsiri

  11. 11.
    Alət poladları. Karbonlu və legirlənmiş alət poladlarıMühazirə

    Kəsici, ölçü və ştamplama alətləri üçün istifadə olunan yüksək bərklikli poladların təsnifatı və onların termiki emal xüsusiyyətləri

  12. 12.
    Metalların korroziyası. Korroziyaya davamlı poladlarMühazirə

    Kimyəvi və elektrokimyəvi korroziya mexanizmləri, passivləşmə və korroziyaya davamlı (paslanmaz) poladların strukturu

  13. 13.
    Rabitə sistemlərinin strukturu və əsas elementləriMühazirə
  14. 14.
    Qeyri metallik materiallar. Kompozisiya materiallarıMühazirə

    Plastmaslar, keramika və polimer-matrisalı kompozitlərin strukturu, üstünlükləri və maşınqayırmada tətbiqi

  15. 15.
    Ovuntu metallurgiya məmulatları. Metalşünaslıqda ətraf mühitin qorunmasıMühazirə

    Toz metallurgiyası məmulatlarının istehsalı (presləmə, bərkitmə) və metallurgiya istehsalında tullantıların idarə olunması, ekoloji təhlükəsizlik

Ədəbiyyat

  1. Şükürov R.İ. “Metalşünaslıq və termiki emal” (dərslik), Bakı, Sabah, 2020. 508 səh.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5