Fənn · Metallurgiya mühəndisliyi

Metallurji sobalarCLO↔PLO matrisi

İF-3683y5 kreditPayız semestriMəcburi2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

1 CLO × 7 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5PLO 6PLO 7
CLO 1CLO-59795Tələbələr qara və əlvan metallurgiyada istifadə olunan istilik aqreqatlarının və əritmə sobalarının istilik-texniki əsaslarını, qaz və qatım dinamikasını mənimsəyəcəklər. Onlar domna, marten, qövs və induksiya sobalarının istilik və material balansını riyazi olaraq hesablamağı, həmçinin odadavamlı astarların (futerovkanın) xüsusiyyətlərini qavrayacaqlar. Yanma proseslərinin tənzimlənməsi, istiliyin regenerasiyası və tullantı qazların enerjisindən səmərəli istifadə (ekoloji mühəndislik) üsulları əsas tədqiqat obyektlərindən olacaq. Kursun yekununda tələbələr metallurji sobaların effektivliyini artırmaq və onların konstruksiyasını mövcud texnoloji prosesin tələblərinə uyğunlaşdırmaq bacarığına sahib olacaqlar.uyğun deyiluyğun deyiluyğunduruyğunduruyğun deyiluyğun deyiluyğun deyil

Proqram təlim məqsədləri

  1. PLO 1

    Riyaziyyat, fizika, kimya və mexanika sahəsində fundamental biliklərə yiyələnmək və onları metallurgiya mühəndisliyi məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmaq.

    Bu fənndən töhfə yoxdur

  2. PLO 2

    Metallurgiyada tətbiq olunan xammal və onun ilkin emalını, ferroərintilərin alınma üsullarını, çuqun və polad istehsalını mənimsətmək.

    Bu fənndən töhfə yoxdur

  3. PLO 3

    Əlvan metalların istehsal texnologiyalarını, xüsusi əridici qurğuları, metallurji sobaların iş prinsiplərini və istismar xüsusiyyətlərini öyrətmək.

    Töhfə verən: CLO 1

  4. PLO 4

    Elektrometallurgiya, induksiya və elektrik-qövs sobalarında polad əritmə texnologiyalarını, habelə müasir əridici avadanlıqların iş prinsiplərini mənimsətmək.

    Töhfə verən: CLO 1

  5. PLO 5

    Layihələndirmə, tədqiqat və istehsal proseslərinin idarə olunmasında müasir informasiya texnologiyalarından (SolidWorks,SolidCam, ANSYS, 3DMAX və s.) istifadə bacarığı aşılamaq.

    Bu fənndən töhfə yoxdur

  6. PLO 6

    Materialların təkrar emalı və istifadəsi, ovuntu metallurgiyası üsulları ilə materialların alınma texnologiyalarını mənimsətmək.

    Bu fənndən töhfə yoxdur

  7. PLO 7

    Peşə fəaliyyətində sosial və ekoloji məsuliyyət, əmək təhlükəsizliyi qaydalarına riayət etmə, eləcə də vətəndaş şüuru və etik dəyərlərə söykənən yanaşma formalaşdırmaq.

    Bu fənndən töhfə yoxdur