Fənn haqqında
Kredit
5
İş yükü
150saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
“Metallurji sobalar” bakalavr pilləsində təhsil alanlarda metallurgiya sənayesinin keyfiyyət göstəriciləri, onun idarə olunmasının prinsipləri, müasir metodları, eyni zamanda istehlakçılara qəbull olunmuş standartlar çərçivəsində keyfiyyətli, etibarlılı və səmərəli üsullarla metal materialları ilə təmin edilməsi sobaların idarə olunmasının müasir metodları və müvafiq normativ hüquqi baza haqqında kompetent peşəkar biliklər formalaşdırmaq, sistemli bilik və bacarıqlar aşılamaq, akademik və sosial-fərdi kompetensiyaları inkişaf etdirmək və möhkəmləndirməkdən ibarətdir.
Fənn təlim nəticələri
CLO 1: Tələbələr qara və əlvan metallurgiyada istifadə olunan istilik aqreqatlarının və əritmə sobalarının istilik-texniki əsaslarını, qaz və qatım dinamikasını mənimsəyəcəklər. Onlar domna, marten, qövs və induksiya sobalarının istilik və material balansını riyazi olaraq hesablamağı, həmçinin odadavamlı astarların (futerovkanın) xüsusiyyətlərini qavrayacaqlar. Yanma proseslərinin tənzimlənməsi, istiliyin regenerasiyası və tullantı qazların enerjisindən səmərəli istifadə (ekoloji mühəndislik) üsulları əsas tədqiqat obyektlərindən olacaq. Kursun yekununda tələbələr metallurji sobaların effektivliyini artırmaq və onların konstruksiyasını mövcud texnoloji prosesin tələblərinə uyğunlaşdırmaq bacarığına sahib olacaqlar.