Fənn · Mədən mühəndisliyi
Süxurların partlayışla dağıdılması
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Fənn dağ süxurlarının partlayış enerjisi vasitəsilə parçalanması nəzəriyyəsini və praktiki tətbiq metodlarını öyrədir. Partlayıcı maddələrin xassələri, onların fiziki-kimyəvi xarakteristikaları, detonasiya prosesləri və ciddi təhlükəsizlik qaydaları ətraflı şəkildə təhlil edilir. Mədən işlərində optimal partlayış parametrlərinin hesablanması, şpurların və quyuların yerləşmə sxemlərinin, habelə partlayış konturunun idarə edilməsi araşdırılır. Süxurun struktur xüsusiyyətlərinə uyğun partlayışın tənzimlənməsi və ətraf mühitə seysmik təsirin minimallaşdırılması üsulları xüsusi olaraq tədris olunur.
Fənn təlim nəticələri
CLO 1: Tələbə bu fənn çərçivəsində partlayıcı maddələrin növləri, onların xassələri və süxurların partlayış zamanı dağılma mexanizmlərini dərindən öyrənir. Kursun sonunda tələbə açıq və yeraltı mədən işlərində partlayış işlərinin layihələndirilməsini, quyuların yerləşdirilməsini və partlayış şəbəkələrinin hesablanmasını bacarır. Fənn, partlayış zamanı yaranan zərbə dalğalarının süxur massivinə təsirini və titrəmə səviyyələrinin idarə olunmasını əhatə edir. Bundan əlavə, partlayış işlərində təhlükəsizlik qaydaları, partlayıcı maddələrin saxlanması və daşınması qaydaları mənimsədilir. Beləliklə, tələbə iqtisadi və texniki cəhətdən səmərəli partlayış işləri aparmaq üçün zəruri biliklərə malik olur.