Fənn · Mədən mühəndisliyi

Markşeyderiyanın əsaslarıMövzu planı

İF-36114y5 kreditYaz semestriMəcburi2025-2026

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

15 mövzu
  1. 1. Giriş. Markşeyder ölçmələri və çəkilişləri.

    Mühazirə

    Fənnin predmeti, markşeyderiya elminin dağ-mədən sənayesindəki rolu. Ölçmələr haqqında ümumi məlumat və markşeyder planı üzrə dağ qazmalarında həll olunan əsas mühəndislik məsələləri.

  2. 2. Karyerlərdə markşeyder xidməti və onun rolu.

    Mühazirə

    Açıq üsulla (karyer) işlənmə zamanı markşeyder işlərinin məqsədi. Faydalı qazıntı yataqlarının həndəsi vəziyyətinin əsaslandırılması və yatağın istismarı mərhələlərində markşeyder nəzarəti.

  3. 3. Yataqların həndəsi parametrlərinin təsviri.

    Mühazirə

    Yatağın konturlanması, filiz kütləsinin həcmi və qalınlığının təyini. İzoxətlər (izopaxit) vasitəsilə faydalı qazıntı miqdarının qrafik və analitik hesabatı.

  4. 4. Yataqların istismara hazırlanması və açılması.

    Mühazirə

    Açılış qazmalarının yerinin və həcminin təyini. Xəndəklərin və şaxta lülələrinin yerləşdirilməsi. Qazma-partlatma işlərinin istiqamətləndirilməsində markşeyderin rolu.

  5. 5. Süxurların yerləşməsi və qoruyucu bütövlər.

    Mühazirə

    Dağ işlərinin təsirindən süxurların yerdəyişməsi (deformasiya) prosesi. Yerüstü və yeraltı qurğuların qorunması məqsədilə qoruyucu bütövlərin (təhlükəsizlik sütunlarının) layihələndirilməsi.

  6. 6. Şaquli lülələrdə markşeyder çəkilişləri.

    Mühazirə

    Yer səthindən yeraltı sahələrə koordinatların ötürülməsi (şaquli birləşdirici çəkilişlər). Uzun lent vasitəsilə hündürlüyün ötürülməsi və yeraltı plan şəbəkəsinin qurulması.

  7. 7. Dayaq və çəkiliş şəbəkələrinin qurulması.

    Mühazirə

    Mədən sahəsində daimi dayaq məntəqələrinin seçilməsi və ölçülməsi. Çöl şəraitində aparılan müşahidələrin və çəkiliş nəticələrinin riyazi emalı.

  8. 8. Mədən qazmalarında istiqamətin verilməsi.

    Mühazirə

    Horizontallar üzrə və maili qazmalarda istiqamətləndirmə. Qazmaların kəsişmə nöqtələrinin hesablanması və qarşı-qarşıya qazma zamanı markşeyder işləri.

  9. 9. Partlayış quyularının layihələndirilməsi və istiqamətləndirilməsi.

    Mühazirə

    Dərin quyuların, oyucu və qoparıcı quyuların istiqamətləndirilməsi. Yeraltı qazma-partlatma işlərində markşeyderin nəzarət ölçmələri.

  10. 10. Dağ işlərinin operativ planlaşdırılması.

    Mühazirə

    Mədən işlərinin cari planlarının tərtibi. Səpinti yataqlarının açıq-hiravlik üsulla işlənməsində şaquli və üfüqi kəsiklərin tətbiqi və markşeyder təminatı.

  11. 11. İstismar mərhələsində markşeyder işləri.

    Mühazirə

    Yatağın hazırlanması və istismar mərhələsində davamlı markşeyder təminatı. Hasilatın miqdarına və texnoloji rejimə markşeyder nəzarəti.

  12. 12. Pozulmuş torpaqların rekultivasiyası.

    Mühazirə

    Mədən sənayesində pozulmuş torpaq sahələrinin bərpası (rekultivasiyası) zamanı markşeyder işləri. Landşaftın yenidən formalaşdırılmasına nəzarət.

  13. 13. Mədən ölçmələrinin riyazi emalı (Kameral işlər).

    Mühazirə

    Çöldə aparılan ölçmələrin kompüter proqramları vasitəsilə emalı. Plan və kəsiklərin avtomatlaşdırılmış şəkildə tərtibi.

  14. 14. Müasir texnologiyalar: GPS və Lazer skanerləri.

    Mühazirə

    Mədən sənayesində GNSS (GPS) və yerüstü lazer skanerlərinin (TLS) istifadəsi. Mədən sahələrinin 3D modelləşdirilməsi.

  15. 15. Yekun: Mədən sənayesində təhlükəsizlik və sənədləşmə.

    Mühazirə

    Mədən ölçmə sənədlərinin (jurnallar, planlar) rəsmiləşdirilməsi. Markşeyder xidmətinin istehsalat təhlükəsizliyinə birbaşa təsiri.