Ümumi məlumat
- Fənn kodu
- İF-36114y
- Kredit
- 5
- Tələbənin iş yükü
- 150
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 30 saat - mühazirə b) 15 saat - məşğələ
- Auditoriyadan kənar saatlar
- a) 63 saat - sərbəst iş b) 42 saat - hazırlıq
Fənn haqqında
Fənn mədən sənayesində həndəsi ölçmələrin, koordinatların və şaxta planlarının aparılmasının elmi əsaslarını öyrədir. Burada yeraltı qazmaların istiqamətləndirilməsi, süxurların yerdəyişməsi və qoruyucu bütövlərin həndəsi hesablamaları aparılır. Kurs həmçinin mədən işlərinin təhlükəsizliyini təmin etmək üçün markşeyder nəzarətinin vacibliyini tədris edir.
Tədris metodları
- mühazirə
- interaktiv müzakirə
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Bu fənnin sonunda tələbə dağ-mədən sənayesində aparılan geodezik və markşeyder ölçmə işlərinin əsaslarını mənimsəyir. Tələbə mədən qazmalarının düzgün istiqamətləndirilməsi, yeraltı və yerüstü koordinatların bir-birinə ötürülməsi metodlarını, eləcə də şaxta və karyerlərin topoqrafik planlarının tərtibini bacarır. Kurs, dağ süxurlarının yerdəyişməsi prosesinin müşahidəsini və qoruyucu bütövlərin (təhlükəsizlik sütunlarının) həndəsi hesablamalarını əhatə edir. Tələbə istismar zamanı hasilatın həcminə və işin təhlükəsizliyinə markşeyder nəzarəti həyata keçirməyi öyrənir. Bununla da, tələbə mədən işlərinin təhlükəsiz və dəqiq icrası üçün vacib olan həndəsi idarəetmə və ölçmə texnikalarına sahib olur.
Mövzu planı
- 1.Giriş. Markşeyder ölçmələri və çəkilişləri.Mühazirə
Fənnin predmeti, markşeyderiya elminin dağ-mədən sənayesindəki rolu. Ölçmələr haqqında ümumi məlumat və markşeyder planı üzrə dağ qazmalarında həll olunan əsas mühəndislik məsələləri.
- 2.Karyerlərdə markşeyder xidməti və onun rolu.Mühazirə
Açıq üsulla (karyer) işlənmə zamanı markşeyder işlərinin məqsədi. Faydalı qazıntı yataqlarının həndəsi vəziyyətinin əsaslandırılması və yatağın istismarı mərhələlərində markşeyder nəzarəti.
- 3.Yataqların həndəsi parametrlərinin təsviri.Mühazirə
Yatağın konturlanması, filiz kütləsinin həcmi və qalınlığının təyini. İzoxətlər (izopaxit) vasitəsilə faydalı qazıntı miqdarının qrafik və analitik hesabatı.
- 4.Yataqların istismara hazırlanması və açılması.Mühazirə
Açılış qazmalarının yerinin və həcminin təyini. Xəndəklərin və şaxta lülələrinin yerləşdirilməsi. Qazma-partlatma işlərinin istiqamətləndirilməsində markşeyderin rolu.
- 5.Süxurların yerləşməsi və qoruyucu bütövlər.Mühazirə
Dağ işlərinin təsirindən süxurların yerdəyişməsi (deformasiya) prosesi. Yerüstü və yeraltı qurğuların qorunması məqsədilə qoruyucu bütövlərin (təhlükəsizlik sütunlarının) layihələndirilməsi.
- 6.Şaquli lülələrdə markşeyder çəkilişləri.Mühazirə
Yer səthindən yeraltı sahələrə koordinatların ötürülməsi (şaquli birləşdirici çəkilişlər). Uzun lent vasitəsilə hündürlüyün ötürülməsi və yeraltı plan şəbəkəsinin qurulması.
- 7.Dayaq və çəkiliş şəbəkələrinin qurulması.Mühazirə
Mədən sahəsində daimi dayaq məntəqələrinin seçilməsi və ölçülməsi. Çöl şəraitində aparılan müşahidələrin və çəkiliş nəticələrinin riyazi emalı.
- 8.Mədən qazmalarında istiqamətin verilməsi.Mühazirə
Horizontallar üzrə və maili qazmalarda istiqamətləndirmə. Qazmaların kəsişmə nöqtələrinin hesablanması və qarşı-qarşıya qazma zamanı markşeyder işləri.
- 9.Partlayış quyularının layihələndirilməsi və istiqamətləndirilməsi.Mühazirə
Dərin quyuların, oyucu və qoparıcı quyuların istiqamətləndirilməsi. Yeraltı qazma-partlatma işlərində markşeyderin nəzarət ölçmələri.
- 10.Dağ işlərinin operativ planlaşdırılması.Mühazirə
Mədən işlərinin cari planlarının tərtibi. Səpinti yataqlarının açıq-hiravlik üsulla işlənməsində şaquli və üfüqi kəsiklərin tətbiqi və markşeyder təminatı.
- 11.İstismar mərhələsində markşeyder işləri.Mühazirə
Yatağın hazırlanması və istismar mərhələsində davamlı markşeyder təminatı. Hasilatın miqdarına və texnoloji rejimə markşeyder nəzarəti.
- 12.Pozulmuş torpaqların rekultivasiyası.Mühazirə
Mədən sənayesində pozulmuş torpaq sahələrinin bərpası (rekultivasiyası) zamanı markşeyder işləri. Landşaftın yenidən formalaşdırılmasına nəzarət.
- 13.Mədən ölçmələrinin riyazi emalı (Kameral işlər).Mühazirə
Çöldə aparılan ölçmələrin kompüter proqramları vasitəsilə emalı. Plan və kəsiklərin avtomatlaşdırılmış şəkildə tərtibi.
- 14.Müasir texnologiyalar: GPS və Lazer skanerləri.Mühazirə
Mədən sənayesində GNSS (GPS) və yerüstü lazer skanerlərinin (TLS) istifadəsi. Mədən sahələrinin 3D modelləşdirilməsi.
- 15.Yekun: Mədən sənayesində təhlükəsizlik və sənədləşmə.Mühazirə
Mədən ölçmə sənədlərinin (jurnallar, planlar) rəsmiləşdirilməsi. Markşeyder xidmətinin istehsalat təhlükəsizliyinə birbaşa təsiri.
Ədəbiyyat
- Бахаева С.П., Açıq mədən işlərinin prosesləri, Bakı, 2019
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |