Fənn · Mədən mühəndisliyi

Mədən mühəndisliyinə girişCLO↔PLO matrisi

İF-36108y4 kreditPayız semestriMəcburi2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

1 CLO × 11 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5PLO 6PLO 7PLO 8PLO 9PLO 10PLO 11
CLO 1CLO-66247Fənnin sonunda tələbə mədən sənayesinin tarixi, bugünkü vəziyyəti və bəşəriyyətin iqtisadi inkişafındakı rolu haqqında geniş təsəvvürə malik olur. Tələbə mədənçıxarma texnologiyalarının əsas növləri (açıq və yeraltı) və bu sahədə çalışan mühəndislərin əsas vəzifələri ilə tanış olur. Kurs, mədən istehsalat tsiklinin komponentlərini – qazma, partlatma, yükləmə, nəqletmə və zənginləşdirməni ümumi şəkildə əhatə edir. Tələbə mədən mühəndisliyində peşəkar etikası, ətraf mühitin qorunması prinsipləri və təhlükəsizlik mədəniyyəti haqqında təməl biliklər alır. Beləliklə, tələbə gələcək peşə fəaliyyəti üçün zəruri olan motivasiya və ilkin texniki baza ilə təchiz olunur.uyğunduruyğunduruyğunduruyğunduruyğunduruyğunduruyğunduruyğunduruyğunduruyğunduruyğundur

Proqram təlim məqsədləri

  1. PLO 1

    Riyaziyyat, fizika, kimya və geologiya sahəsində fundamental biliklərə yiyələnmək və onları mədən mühəndisliyi məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmaq.

    Töhfə verən: CLO 1

  2. PLO 2

    Faydalı qazıntı yataqlarının geologiyasını, süxurların fiziki-texniki xassələrini və yer qabığının qazıntı kompleksləri ilə əsas struktur elementlərini mənimsətmək

    Töhfə verən: CLO 1

  3. PLO 3

    Süxurların yer altından çıxarılmasına hazırlanmasının texnoloji proseslərini, karyer yüklərinin daşınmasını, tullantıxana yaratma və faydalı qazıntının anbarlaşdırılmasını, köməkçi proseslərin layihələndirilməsini, tədqiqini və optimallaşdırılmasını bacarmağı öyrətmək

    Töhfə verən: CLO 1

  4. PLO 4

    Açıq və yeraltı mədən işlərinin texnologiyası və kompleks mexanikləşdirilməsini, mədən işlərinin səmərəli rejimini, yataqların açılma üsul və sxemlərinin, işlənmə sistemlərinin seçilməsini mənimsətmək

    Töhfə verən: CLO 1

  5. PLO 5

    Dağ-mədən texnikasının, avadanlıqlarının iş prinsiplərini, tətbiq şəraitlərini və texnoloji hesabatlarını aparmağı, süxurların partlayışla dağıdılması üsullarını (partlayıcı maddələr, partlayış vasitələri) mənimsətmək

    Töhfə verən: CLO 1

  6. PLO 6

    Layihələndirmə, tədqiqat və istehsal proseslərinin idarə olunmasında müasir informasiya texnologiyalarından, CAD/CAM sistemlərindən istifadə bacarığı aşılamaq

    Töhfə verən: CLO 1

  7. PLO 7

    Texniki-istismar, erqonomik, texnoloji, iqtisadi və ekoloji tələbləri nəzərə almaqla faydalı qazıntı yataqlarının işlənmə layihələrinin, dağ-mədən texnikasının, energetik qurğuların və sistemlərin işlənməsində iştirak etmək bacarığı formalaşdırmaq

    Töhfə verən: CLO 1

  8. PLO 8

    Markşeyder işlərinin (yataqların hərtərəfli xəritələşdirilməsi, süxurların və yer səthinin yerdəyişməsinin izlənilməsi, torpaqların rekultivasiyası) aparılması bacarığı qazandırmaq

    Töhfə verən: CLO 1

  9. PLO 9

    Mineral xammalın qranulometrik tərkibini təyin etmək, faydalı qazıntıların emalı və zənginləşdirilməsi üçün müvafiq avadanlığı seçmək və hesablamaq bacarığı formalaşdırmaq

    Töhfə verən: CLO 1

  10. PLO 10

    Kollektivdə uyğunlaşmağa və işləməyə hazır olmaq, icraçıların işini təşkil etmək, texnoloji prosesi idarəetmə obyekti kimi analiz etmək bacarığı aşılamaq

    Töhfə verən: CLO 1

  11. PLO 11

    Peşə fəaliyyətində sosial və ekoloji məsuliyyət, əmək təhlükəsizliyi qaydalarına riayət etmə, eləcə də vətəndaş şüuru və etik dəyərlərə söykənən yanaşma formalaşdırmaq, elmi-texniki tərəqqiyə uyğun olaraq bilik və bacarıqlarını daim təkmilləşdirmək və ömürboyu təhsil almaq vərdişləri aşılamaq

    Töhfə verən: CLO 1