Fənn haqqında
Kredit
4
İş yükü
120saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Fənn tələbələrə dağ-mədən sənayesinin inkişaf tarixi, fundamental əsasları və müasir istehsalat texnologiyaları haqqında ilkin baza anlayışlarını verir. Faydalı qazıntıların axtarışı, çıxarılması və ilkin emalı zəncirinin ümumi mərhələləri, bu proseslərdə tətbiq edilən konseptual mühəndislik həlləri nəzərdən keçirilir. İxtisasın əsas mahiyyəti, mədən mühəndisinin karyera imkanları, vəzifələri və sənayedəki rolu detallı şəkildə izah edilir. Həmçinin, sənaye obyektlərinin təhlükəsiz istismarı, əməyin mühafizəsi və qlobal xammal iqtisadiyyatında sektorun strateji əhəmiyyəti xüsusi olaraq vurğulanır.
Fənn təlim nəticələri
CLO 1: Fənnin sonunda tələbə mədən sənayesinin tarixi, bugünkü vəziyyəti və bəşəriyyətin iqtisadi inkişafındakı rolu haqqında geniş təsəvvürə malik olur. Tələbə mədənçıxarma texnologiyalarının əsas növləri (açıq və yeraltı) və bu sahədə çalışan mühəndislərin əsas vəzifələri ilə tanış olur. Kurs, mədən istehsalat tsiklinin komponentlərini – qazma, partlatma, yükləmə, nəqletmə və zənginləşdirməni ümumi şəkildə əhatə edir. Tələbə mədən mühəndisliyində peşəkar etikası, ətraf mühitin qorunması prinsipləri və təhlükəsizlik mədəniyyəti haqqında təməl biliklər alır. Beləliklə, tələbə gələcək peşə fəaliyyəti üçün zəruri olan motivasiya və ilkin texniki baza ilə təchiz olunur.