CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 | PLO 6 | PLO 7 | PLO 8 | PLO 9 | PLO 10 | PLO 11 |
|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| CLO 1CLO-90318Bu fənn tələbəyə yer səthində ölçmə işlərinin aparılması, koordinat sistemləri və xəritəçəkmə metodları haqqında fundamental biliklər verir. Kursun sonunda tələbə müasir geodezik cihazlarla (teodolit, taxometr, GNSS) işləməyi, ərazinin topoqrafik planını çıxarmağı və hündürlük fərqlərini nivelirləmə üsulları ilə təyin etməyi bacarır. Fənn, geodezik ölçmələrdə yaranan səhvlərin hesablanması və nəticələrin kameral emalı qaydalarını əhatə edir. Tələbə mühəndislik layihələrinin (yol, bina, mədən obyektləri) yerinə bərkidilməsi üçün geodezik işlərin icrasını öyrənir. Nəticə etibarilə, tələbə istənilən inşaat və ya mədən obyektinin həndəsi layihələndirilməsi və icrası üçün zəruri ölçmə texnikalarına yiyələnir. | uyğun deyil | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
Proqram təlim məqsədləri
PLO 1
Riyaziyyat, fizika, kimya və geologiya sahəsində fundamental biliklərə yiyələnmək və onları mədən mühəndisliyi məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmaq.
Bu fənndən töhfə yoxdur
PLO 2
Faydalı qazıntı yataqlarının geologiyasını, süxurların fiziki-texniki xassələrini və yer qabığının qazıntı kompleksləri ilə əsas struktur elementlərini mənimsətmək
Töhfə verən: CLO 1
PLO 3
Süxurların yer altından çıxarılmasına hazırlanmasının texnoloji proseslərini, karyer yüklərinin daşınmasını, tullantıxana yaratma və faydalı qazıntının anbarlaşdırılmasını, köməkçi proseslərin layihələndirilməsini, tədqiqini və optimallaşdırılmasını bacarmağı öyrətmək
Bu fənndən töhfə yoxdur
PLO 4
Açıq və yeraltı mədən işlərinin texnologiyası və kompleks mexanikləşdirilməsini, mədən işlərinin səmərəli rejimini, yataqların açılma üsul və sxemlərinin, işlənmə sistemlərinin seçilməsini mənimsətmək
Bu fənndən töhfə yoxdur
PLO 5
Dağ-mədən texnikasının, avadanlıqlarının iş prinsiplərini, tətbiq şəraitlərini və texnoloji hesabatlarını aparmağı, süxurların partlayışla dağıdılması üsullarını (partlayıcı maddələr, partlayış vasitələri) mənimsətmək
Bu fənndən töhfə yoxdur
PLO 6
Layihələndirmə, tədqiqat və istehsal proseslərinin idarə olunmasında müasir informasiya texnologiyalarından, CAD/CAM sistemlərindən istifadə bacarığı aşılamaq
Bu fənndən töhfə yoxdur
PLO 7
Texniki-istismar, erqonomik, texnoloji, iqtisadi və ekoloji tələbləri nəzərə almaqla faydalı qazıntı yataqlarının işlənmə layihələrinin, dağ-mədən texnikasının, energetik qurğuların və sistemlərin işlənməsində iştirak etmək bacarığı formalaşdırmaq
Bu fənndən töhfə yoxdur
PLO 8
Markşeyder işlərinin (yataqların hərtərəfli xəritələşdirilməsi, süxurların və yer səthinin yerdəyişməsinin izlənilməsi, torpaqların rekultivasiyası) aparılması bacarığı qazandırmaq
Bu fənndən töhfə yoxdur
PLO 9
Mineral xammalın qranulometrik tərkibini təyin etmək, faydalı qazıntıların emalı və zənginləşdirilməsi üçün müvafiq avadanlığı seçmək və hesablamaq bacarığı formalaşdırmaq
Bu fənndən töhfə yoxdur
PLO 10
Kollektivdə uyğunlaşmağa və işləməyə hazır olmaq, icraçıların işini təşkil etmək, texnoloji prosesi idarəetmə obyekti kimi analiz etmək bacarığı aşılamaq
Bu fənndən töhfə yoxdur
PLO 11
Peşə fəaliyyətində sosial və ekoloji məsuliyyət, əmək təhlükəsizliyi qaydalarına riayət etmə, eləcə də vətəndaş şüuru və etik dəyərlərə söykənən yanaşma formalaşdırmaq, elmi-texniki tərəqqiyə uyğun olaraq bilik və bacarıqlarını daim təkmilləşdirmək və ömürboyu təhsil almaq vərdişləri aşılamaq
Bu fənndən töhfə yoxdur