Fənn · Mədən mühəndisliyi

Geodeziya

İF-36107y4 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

4

İş yükü

120saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

Geodeziya fənni yer səthinin fiziki xüsusiyyətlərinin ölçülməsi, xəritə, kəsiklər və planların tərtib edilməsi üzrə nəzəri və topoqrafik bilikləri tədris edir. Mədən-mühəndislik işlərində məkan məlumatlarının toplanması, alətlərlə dəqiq ölçmə işlərinin aparılması və nəticələrin riyazi emalı prosesləri ətraflı şəkildə öyrənilir. Plan-hündürlük əsaslarının yaradılması, relyefin təsviri və mühəndisi qurğuların (şaxta, karyer) layihələndirilməsi üçün zəruri olan hesablama alqoritmləri həyata keçirilir. Müasir rəqəmsal geodeziya cihazları vasitəsilə ərazilərin planlaşdırılması və markşeyder nəzarətinin əsasları mənimsənilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Bu fənn tələbəyə yer səthində ölçmə işlərinin aparılması, koordinat sistemləri və xəritəçəkmə metodları haqqında fundamental biliklər verir. Kursun sonunda tələbə müasir geodezik cihazlarla (teodolit, taxometr, GNSS) işləməyi, ərazinin topoqrafik planını çıxarmağı və hündürlük fərqlərini nivelirləmə üsulları ilə təyin etməyi bacarır. Fənn, geodezik ölçmələrdə yaranan səhvlərin hesablanması və nəticələrin kameral emalı qaydalarını əhatə edir. Tələbə mühəndislik layihələrinin (yol, bina, mədən obyektləri) yerinə bərkidilməsi üçün geodezik işlərin icrasını öyrənir. Nəticə etibarilə, tələbə istənilən inşaat və ya mədən obyektinin həndəsi layihələndirilməsi və icrası üçün zəruri ölçmə texnikalarına yiyələnir.