Fənn · Materiallar mühəndisliyi

Xüsusi kompüter proqramları əsasında yeni materialların dizaynıSillabus

İF-36144y 5 kreditMəcburi

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-36144y
Kredit
5
Tələbənin iş yükü
150
Semestr
—
Akademik il
—
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat - məşğələ
Auditoriyadan kənar saatlar
a) 63 saat - sərbəst iş b) 42 saat - hazırlıq

Fənn haqqında

Xüsusi kompüter proqramları əsasında yeni materialların dizaynı” fənni yeni materialların (metal, keramika, polimer, kompozit və s.) xassə–struktur–proses əlaqələri əsasında rəqəmsal mühitdə layihələndirilməsini öyrədir. Kurs çərçivəsində materialların modelləşdirilməsi və simulyasiyası, məlumat əsaslı yanaşmalar, optimallaşdırma, faza diaqramları və mikroyapı proqnozu üçün ixtisaslaşmış proqram təminatlarından istifadə prinsipləri təqdim edilir. Tələbələr praktik tapşırıqlar vasitəsilə məqsədli xassələrə uyğun material seçimi, parametrlərin təyini, nəticələrin təhlili və hesabatlaşdırma bacarıqları formalaşdırırlar.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • komanda işi
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: "Xüsusi kompüter proqramları əsasında materialların dizaynı" fənni tələbələrə müasir rəqəmsal alətlər və simulyasiyalar vasitəsilə yeni materialların layihələndirilməsini öyrədir. Tələbələr atom, molekul və makro səviyyələrdə materialların davranışını modelləşdirmək üçün xüsusi proqram təminatlarından (məsələn, ANSYS, MATLAB, Thermo-Calc və ya molekulyar dinamika proqramları) istifadə vərdişlərinə yiyələnirlər. Kurs müddətində materialların mexaniki, termiki və fiziki xassələri real istehsalatdan öncə virtual mühitdə sınaqdan keçirilir və optimallaşdırılır. Yekunda tələbələr vaxta və resurslara qənaət edərək, sənayenin tələblərinə uyğun innovativ materialları kompüter mühitində sıfırdan dizayn etmək bacarığı qazanırlar.

Mövzu planı

  1. 1.
    Materialların dizayn prinsipləri və molekulyar dinamik hesablama.Mühazirə

    Materialların təsnifatı və xassələri. Materialların seçilməsində diqqətə alınacaq amillər. Nano zərrəciklərdə struktur dəyişmələrinin temperaturdan asılılığının molekulyar dinamik (MD) hesablama metoduyla öyrənilməsi.

  2. 2.
    Materialların dizayn prinsipləriMühazirə

    Material dizaynının fundamental konseptlərinin tətbiqi aspektlərinin müzakirəsi, emal-struktur-xassə əlaqəsinin tapşırıqlar üzərində incələnməsi.

  3. 3.
    CAD, CAM, CEA anlayışları və SolidWorks interfeysi.Mühazirə

    Mühəndislik proqramlarının (CAD, CAM, CAE) fərqləri. SolidWorks işçi interfeysi ilə tanışlıq, 2D eskizlərin (sketch) qurulması və həndəsi ölçüləndirmə əməliyyatları.

  4. 4.
    SolidWorks: Export, model adlandırma və versiya.Mühazirə

    3D modellərin digər proqramlarla (xüsusilə CAE proqramları) inteqrasiyası üçün STEP formatında ixracı (export). Modellərin adlandırılması və versiya idarəetməsi qaydaları.

  5. 5.
    SolidWorks: Assembly (Yığma) - sadə yığma əməliyyatları.Mühazirə

    Ayrı-ayrı detalların Assembly mühitinə çağırılması, "mates" (məhdudiyyət və əlaqə) funksiyaları vasitəsilə sadə mexaniki yığmaların həyata keçirilməsi.

  6. 6.
    SolidWorks: Sketch intizamı, feature-lər və dizayn niyyəti.Mühazirə

    Tam təyin olunmuş (fully defined) eskizlərin qurulması. Revolve, pattern, fillet/chamfer kimi alətlərlə modelin inkişafı. Dəyişən ölçülərə uyğun gələn ağıllı elektron modelin (TSE) və dizayn niyyətinin (design intent) qurulması.

  7. 7.
    SolidWorks: Texniki çertyoj (Drawing).Mühazirə

    3D modellərdən 2D texniki çertyojların avtomatlaşdırılmış şəkildə alınması. Görünüşlərin, kəsiklərin (section) və ölçülərin əsas standart qaydalara uyğun vərəqə yerləşdirilməsi.

  8. 8.
    SolidWorks: Əsas modelləşdirmə - Extrude/Cut və fayl-vahid sistemi.Mühazirə

    2D eskizlərə qalınlıq verilməsi (Extrude) və materialın kəsilməsi (Cut) vasitəsilə baza 3D modellərin yaradılması. Düzgün fayl-vahid (mm-q-san) sisteminin təyini.

  9. 9.
    SolidWorks: Assembly praktikası və interferensiya yoxlaması.Mühazirə

    Assembly mühitində praktik sadə mexaniki yığmaların həyata keçirilməsi. Detallar arasında fiziki toqquşmaların (Interference Detection) aşkarlanması və aradan qaldırılması.

  10. 10.
    Ərintilərin təsnifatı: Əvəzetmə və daxilolma bərk məhlulları.Mühazirə

    Metal ərintilərinin növləri. Atom səviyyəsində əvəzetmə (həcmi oxşar atomlar) və daxilolma (kiçik radiuslu atomlar) bərk məhlullarının quruluş xüsusiyyətlərinin analizi.

  11. 11.
    Entropiya və ölçü faktoru birləşmələri.Mühazirə

    Yeni növ materialların (məsələn, yüksək entropiyalı ərintilərin) yaranmasında sistemin entropiyasının rolu. Atom radiusu fərqlərinin (ölçü faktorunun) kristal struktura və faza sabitliyinə təsiri.

  12. 12.
    Materialların termodinamik və mexaniki halları.Mühazirə

    Materialların xarici və daxili təsirlərə (istilik və gərginlik) reaksiyasının termodinamik və mexaniki qanunauyğunluqları. Hal diaqramları və faza keçidləri.

  13. 13.
    Nanomateriallar: Top-down və bottom-up yanaşmaları.Mühazirə

    Nanotexnologiyanın mühəndisliyə gətirdiyi yeniliklər. Makroskopik kütlədən nanoseviyyəyə (top-down) və atom-atom böyütmə (bottom-up) kimi nanohissəcik istehsalı fəlsəfələrinin müqayisəsi.

  14. 14.
    Nanohissəciklərin yaranması və xassələri (Mexaniki, termiki, elektrik, maqnit).Mühazirə

    Nanohissəciklərin yaranma kinetikası. Kvant ölçü effekti nəticəsində ənənəvi materiallardan fərqli olaraq yaranan qeyri-adi mexaniki, termiki, elektrik və maqnit xassələrinin tədqiqi.

Ədəbiyyat

  1. William E.Howard, Joseph C.Musto., Solid Modelling 2024.,

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5