Fənn · Materiallar mühəndisliyi

Xüsusi kompüter proqramları əsasında yeni materialların dizaynıMövzu planı

İF-36144y 5 kreditMəcburi

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

14 mövzu
  1. 1. Materialların dizayn prinsipləri və molekulyar dinamik hesablama.

    Mühazirə

    Materialların təsnifatı və xassələri. Materialların seçilməsində diqqətə alınacaq amillər. Nano zərrəciklərdə struktur dəyişmələrinin temperaturdan asılılığının molekulyar dinamik (MD) hesablama metoduyla öyrənilməsi.

  2. 2. Materialların dizayn prinsipləri

    Mühazirə

    Material dizaynının fundamental konseptlərinin tətbiqi aspektlərinin müzakirəsi, emal-struktur-xassə əlaqəsinin tapşırıqlar üzərində incələnməsi.

  3. 3. CAD, CAM, CEA anlayışları və SolidWorks interfeysi.

    Mühazirə

    Mühəndislik proqramlarının (CAD, CAM, CAE) fərqləri. SolidWorks işçi interfeysi ilə tanışlıq, 2D eskizlərin (sketch) qurulması və həndəsi ölçüləndirmə əməliyyatları.

  4. 4. SolidWorks: Export, model adlandırma və versiya.

    Mühazirə

    3D modellərin digər proqramlarla (xüsusilə CAE proqramları) inteqrasiyası üçün STEP formatında ixracı (export). Modellərin adlandırılması və versiya idarəetməsi qaydaları.

  5. 5. SolidWorks: Assembly (Yığma) - sadə yığma əməliyyatları.

    Mühazirə

    Ayrı-ayrı detalların Assembly mühitinə çağırılması, "mates" (məhdudiyyət və əlaqə) funksiyaları vasitəsilə sadə mexaniki yığmaların həyata keçirilməsi.

  6. 6. SolidWorks: Sketch intizamı, feature-lər və dizayn niyyəti.

    Mühazirə

    Tam təyin olunmuş (fully defined) eskizlərin qurulması. Revolve, pattern, fillet/chamfer kimi alətlərlə modelin inkişafı. Dəyişən ölçülərə uyğun gələn ağıllı elektron modelin (TSE) və dizayn niyyətinin (design intent) qurulması.

  7. 7. SolidWorks: Texniki çertyoj (Drawing).

    Mühazirə

    3D modellərdən 2D texniki çertyojların avtomatlaşdırılmış şəkildə alınması. Görünüşlərin, kəsiklərin (section) və ölçülərin əsas standart qaydalara uyğun vərəqə yerləşdirilməsi.

  8. 8. SolidWorks: Əsas modelləşdirmə - Extrude/Cut və fayl-vahid sistemi.

    Mühazirə

    2D eskizlərə qalınlıq verilməsi (Extrude) və materialın kəsilməsi (Cut) vasitəsilə baza 3D modellərin yaradılması. Düzgün fayl-vahid (mm-q-san) sisteminin təyini.

  9. 9. SolidWorks: Assembly praktikası və interferensiya yoxlaması.

    Mühazirə

    Assembly mühitində praktik sadə mexaniki yığmaların həyata keçirilməsi. Detallar arasında fiziki toqquşmaların (Interference Detection) aşkarlanması və aradan qaldırılması.

  10. 10. Ərintilərin təsnifatı: Əvəzetmə və daxilolma bərk məhlulları.

    Mühazirə

    Metal ərintilərinin növləri. Atom səviyyəsində əvəzetmə (həcmi oxşar atomlar) və daxilolma (kiçik radiuslu atomlar) bərk məhlullarının quruluş xüsusiyyətlərinin analizi.

  11. 11. Entropiya və ölçü faktoru birləşmələri.

    Mühazirə

    Yeni növ materialların (məsələn, yüksək entropiyalı ərintilərin) yaranmasında sistemin entropiyasının rolu. Atom radiusu fərqlərinin (ölçü faktorunun) kristal struktura və faza sabitliyinə təsiri.

  12. 12. Materialların termodinamik və mexaniki halları.

    Mühazirə

    Materialların xarici və daxili təsirlərə (istilik və gərginlik) reaksiyasının termodinamik və mexaniki qanunauyğunluqları. Hal diaqramları və faza keçidləri.

  13. 13. Nanomateriallar: Top-down və bottom-up yanaşmaları.

    Mühazirə

    Nanotexnologiyanın mühəndisliyə gətirdiyi yeniliklər. Makroskopik kütlədən nanoseviyyəyə (top-down) və atom-atom böyütmə (bottom-up) kimi nanohissəcik istehsalı fəlsəfələrinin müqayisəsi.

  14. 14. Nanohissəciklərin yaranması və xassələri (Mexaniki, termiki, elektrik, maqnit).

    Mühazirə

    Nanohissəciklərin yaranma kinetikası. Kvant ölçü effekti nəticəsində ənənəvi materiallardan fərqli olaraq yaranan qeyri-adi mexaniki, termiki, elektrik və maqnit xassələrinin tədqiqi.