Fənn · Materiallar mühəndisliyi

Xüsusi kompüter proqramları əsasında yeni materialların dizaynıCLO↔PLO matrisi

İF-36144y 5 kreditMəcburi

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

1 CLO × 9 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5PLO 6PLO 7PLO 8PLO 9
CLO 1CLO-67990"Xüsusi kompüter proqramları əsasında materialların dizaynı" fənni tələbələrə müasir rəqəmsal alətlər və simulyasiyalar vasitəsilə yeni materialların layihələndirilməsini öyrədir. Tələbələr atom, molekul və makro səviyyələrdə materialların davranışını modelləşdirmək üçün xüsusi proqram təminatlarından (məsələn, ANSYS, MATLAB, Thermo-Calc və ya molekulyar dinamika proqramları) istifadə vərdişlərinə yiyələnirlər. Kurs müddətində materialların mexaniki, termiki və fiziki xassələri real istehsalatdan öncə virtual mühitdə sınaqdan keçirilir və optimallaşdırılır. Yekunda tələbələr vaxta və resurslara qənaət edərək, sənayenin tələblərinə uyğun innovativ materialları kompüter mühitində sıfırdan dizayn etmək bacarığı qazanırlar.uyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğun deyiluyğunduruyğunduruyğun deyiluyğundur

Proqram təlim məqsədləri

  1. PLO 1

    Riyaziyyat, fiziki-kimya, mexanika və kristalloqrafiya sahəsində fundamental biliklərə yiyələnmək və onları materialşünaslıq məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmaq.

    Bu fənndən töhfə yoxdur

  2. PLO 2

    Materialların daxili quruluşunu, mikro və makroquruluşlarını, materialların əsas xassələrinin onların tərkibindən və quruluşundan asılılığını öyrətmək.

    Bu fənndən töhfə yoxdur

  3. PLO 3

    Fiziki-kimyəvi proseslərin və qanunauyğunluqların mahiyyətini, termodinamikanın qanunlarını, materialların istehsalı zamanı baş verən fiziki-kimyəvi prosesləri mənimsətmək və lazım olan xassəyə malik materialın əldə edilməsi üçün texnoloji prosesi tənzimləmək bacarığı formalaşdırmaq.

    Bu fənndən töhfə yoxdur

  4. PLO 4

    Müasir fiziki-kimyəvi analiz üsulları (rentgenoqrafiya, diferensial-termiki analiz, elektron mikroskopiyası) haqqında nəzəri biliklərə yiyələnmək və bu analizlərin həyata keçirilməsi üçün istifadə olunan cihazlarda işləmək bacarığı aşılamaq.

    Bu fənndən töhfə yoxdur

  5. PLO 5

    Materialların mənşəyi, quruluşu və xassələri haqqında nəzəri və praktiki biliklərə yiyələnməklə, konstruksiya və qurğuların istismar şəraitinə uyğun materialların seçilməsi bacarığı formalaşdırmaq.

    Bu fənndən töhfə yoxdur

  6. PLO 6

    Materialların unifikasiya və standartlaşdırma səviyyəsini təmin etməklə müasir insanların dayanmadan artan tələbatını və daima dəyişən zövqünü təmin edən materiallar istehsal etmək bacarığı qazandırmaq.

    Töhfə verən: CLO 1

  7. PLO 7

    Yeni növ material tərkiblərinin və istehsal texnologiyalarının işlənməsində informasiya texnologiyalarından (SolidWorks, SolidCam, ANSYS və s.) istifadə bacarığı aşılamaq.

    Töhfə verən: CLO 1

  8. PLO 8

    Materialların təkrar emalı və istifadəsi, sənaye tullantıları əsasında məmulat istehsalının xüsusiyyətlərini, texniki-iqtisadi səmərəliliyi və ekoloji təhlükəsizliyi mənimsətmək.

    Bu fənndən töhfə yoxdur

  9. PLO 9

    Peşə fəaliyyətində sosial və ekoloji məsuliyyət, əmək təhlükəsizliyi qaydalarına riayət etmə, etik dəyərlərə söykənən yanaşma formalaşdırmaq, elmi-texniki tərəqqiyə uyğun olaraq bilik və bacarıqlarını daim təkmilləşdirmək və ömürboyu təhsil almaq vərdişləri aşılamaq.

    Töhfə verən: CLO 1