Fənn · Materiallar mühəndisliyi

Materialların fizikasıSillabus

İF-36136y7 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-36136y
Kredit
7
Tələbənin iş yükü
210
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - mühazirə b) 15 saat - məşğələ c) 15 saat - laboratoriya
Auditoriyadan kənar saatlar
a) 90 saat - sərbəst iş b) 60 saat - hazırlıq

Fənn haqqında

Materialların fizikası” fənninin məqsədi «050623 - “Materiallar mühəndisliyi”» ixtisası üzrə bakalavr pilləsində təhsilalanlara “Materialların fizikası” haqqında ətraflı məlumat verməkdir. Tələbələrə bu fənni öyrənən zaman klassik elektron nəzəriyyəsi əsasında kristallarda atomlararası rabitənin növləri, kristallik qəfəslərin qüsurları və onların həndəsəsi, kristalların elastiki və plastiki xassələri, nöqtəvi və xətti qüsurlar və s. haqqında geniş məlumatlar verilir. Proqramda bərk cisimlərdə rabitə qüvvələrinin təbiətindən, kristallik qüsurlardan və atomların istilik hərəkətlərindən, diamaqnetizm və paramaqnetizmdən də bəhs olunur. Fənnin tədrisində məqsəd metalların fizikası haqqında sistemli bilik və bacarıqlar aşılamaq, akademik və sosial-fərdi kompetensiyaları inkişaf etdirmək və möhkəmləndirməkdən ibarətdir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Fənn bərk cisimlərin fizikasının fundamental qanunlarına əsaslanaraq, metalların və ərintilərin təbiətini bilavasitə kvant və atomar səviyyədə izah edir. Tələbələr materiallarda fononların və elektronların hərəkəti, zolaq nəzəriyyəsi və kristal qəfəs defektlərinin energetikası kimi mikro-fiziki prosesləri dərk edəcəklər. Bu nəzəri biliklər sayəsində onlar makroskopik fiziki xassələrin (istilik tutumu, superkeçiricilik, elektrik keçiriciliyi) yaranma mexanizmlərini fundamental cəhətdən izah edə biləcəklər. Yekunda, cihazqayırma üçün xüsusi fiziki xassəli qabaqcıl materialların yaradılmasında elmi hesablama apara bilmə vərdişləri inkişaf edəcək.

Mövzu planı

  1. 1.
    Atomun elektron quruluşu. Maddə zərrəcikləri arasındakı kimyəvi rabitənin növləri.Mühazirə

    Atomun strukturu, elektron qatları, eləcə də maddə zərrəcikləri arasında yaranan ion, kovalent, metal və digər kimyəvi rabitə növlərinin öyrənilməsi.

  2. 2.
    Metalların atom-kristallik quruluşu.Mühazirə

    Metalların daxili quruluşu, kristal qəfəslərin növləri və onların fəza quruluşunun izahı.

  3. 3.
    Maddənin aqreqat halları haqqında qısa məlumat.Mühazirə

    Maddənin bərk, maye, qaz və plazma halları, həmçinin faza keçidlərinin ümumi xarakteristikası.

  4. 4.
    Metalların kristallaşması prosesinin mexanizmi.Mühazirə

    Maye metaldan bərk hala keçid zamanı kristallaşma mərkəzlərinin yaranması və böyüməsi prosesi.

  5. 5.
    Faza, sistem, komponent.Mühazirə

    Termodinamik sistemlərin əsas anlayışları: faza, tərkib hissəsi olan komponentlər və sistemin sərbəstlik dərəcələri.

  6. 6.
    Ərintilər. Mexaniki qarışıqlar. Bərk məhlullar.Mühazirə

    İki və daha çox komponentdən ibarət ərintilərin təsnifatı, mexaniki qarışıqlar və bərk məhlulların əmələ gəlmə şərtləri.

  7. 7.
    Hal diaqramlarının qurulması.Mühazirə

    İstilik analizi metodu vasitəsilə hal diaqramlarının qurulması prinsipləri, likvidus və solidus xətlərinin təyini.

  8. 8.
    Azərbaycanda Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyətiMühazirə

    Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması, idarəçilik sistemi, xarici və daxili siyasəti nəzərdən keçirilir. Bu dövlətlərin Azərbaycan dövlətçilik ənənələrinin inkişafına təsiri və regional siyasi proseslərdə mövqeyi işıqlandırılır.

    • • FTN1: Azərbaycan tarixinin dövrlərinin əsas mahiyyəti izah edilir.
    • • FTN3: Tələbələrin bu və ya digər məsələlərlə bağlı obyektiv mövqeyini formalaşmasına nail olunur.
    • • FTN2: Azərbaycan tarixi üzrə bəzi mübahisəli məsələlərə aydınlıq gətirilir.
    • • FTN4: Tələbələrin ən azından minimum məlumat əldə etməsi, mövzular ətrafında öz fikrinin formalaşmasının səviyyəsi yoxlanılır.
    • • FTN5: Tələbələrə qədim tariximizin müasir dövrlə uzlaşdırılması vərdişləri aşılanır.
  9. 9.
    Dayanıqlı və dayanıqsız kimyəvi birləşmələrin hal diaqramları.Mühazirə

    Komponentlər arasında kimyəvi birləşmələr (sinqulyar nöqtələr) əmələ gətirən sistemlərin hal diaqramlarının incələnməsi.

  10. 10.
    Kristallaşmış ərintilərin real quruluşunda mövcud olan nöqtəvi, səthi və həcmi qüsurlar.Mühazirə

    Vakansiyalar, dislokasiyalar, dənə sərhədləri və məsamələr kimi real kristal qüsurlarının yaranma səbəbləri.

  11. 11.
    Elastik və plastik deformasiyalar. Elastiklik modulu.Mühazirə

    Materiallara xarici qüvvənin təsiri nəticəsində yaranan bərpa olunan (elastik) və bərpa olunmayan (plastik) dəyişikliklər, eləcə də Huk qanunu.

  12. 12.
    Termiki emalMühazirə

    Materialın daxili strukturunu və xassələrini dəyişdirmək məqsədilə aparılan qızdırma, saxlama və soyutma əməliyyatları (tablandırma, yumşaltma və s.).

  13. 13.
    Təmiz dəmir və onun ərintiləri.Mühazirə

    Dəmirin allotropik şəklidəyişmələri və dəmir-karbon (polad, çuqun) ərintilərinin əsas fiziki-mexaniki xassələri.

  14. 14.
    Təbii və süni polimerlər.Mühazirə

    Yüksəkmolekullu birləşmələr olan polimerlərin mənşəyinə görə təsnifatı, makromolekulyar zəncirlərin quruluşu və ümumi xassələri.

  15. 15.
    Kauçuk. Ümumi və xüsusi məqsədli rezin materiallar.Mühazirə

    Kauçukun vulkanizasiyası prosesi, ümumi və xüsusi təyinatlı rezin materiallarının fiziki-kimyəvi xassələri və növ müxtəliflikləri.

Ədəbiyyat

  1. Şükürov R.T. Metalşünaslıq və termiki emal. Bakı. 2020

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5