Fənn haqqında
Kredit
7
İş yükü
210saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Materialların fizikası” fənninin məqsədi «050623 - “Materiallar mühəndisliyi”» ixtisası üzrə bakalavr pilləsində təhsilalanlara “Materialların fizikası” haqqında ətraflı məlumat verməkdir. Tələbələrə bu fənni öyrənən zaman klassik elektron nəzəriyyəsi əsasında kristallarda atomlararası rabitənin növləri, kristallik qəfəslərin qüsurları və onların həndəsəsi, kristalların elastiki və plastiki xassələri, nöqtəvi və xətti qüsurlar və s. haqqında geniş məlumatlar verilir. Proqramda bərk cisimlərdə rabitə qüvvələrinin təbiətindən, kristallik qüsurlardan və atomların istilik hərəkətlərindən, diamaqnetizm və paramaqnetizmdən də bəhs olunur. Fənnin tədrisində məqsəd metalların fizikası haqqında sistemli bilik və bacarıqlar aşılamaq, akademik və sosial-fərdi kompetensiyaları inkişaf etdirmək və möhkəmləndirməkdən ibarətdir.
Fənn təlim nəticələri
CLO 1: Fənn bərk cisimlərin fizikasının fundamental qanunlarına əsaslanaraq, metalların və ərintilərin təbiətini bilavasitə kvant və atomar səviyyədə izah edir. Tələbələr materiallarda fononların və elektronların hərəkəti, zolaq nəzəriyyəsi və kristal qəfəs defektlərinin energetikası kimi mikro-fiziki prosesləri dərk edəcəklər. Bu nəzəri biliklər sayəsində onlar makroskopik fiziki xassələrin (istilik tutumu, superkeçiricilik, elektrik keçiriciliyi) yaranma mexanizmlərini fundamental cəhətdən izah edə biləcəklər. Yekunda, cihazqayırma üçün xüsusi fiziki xassəli qabaqcıl materialların yaradılmasında elmi hesablama apara bilmə vərdişləri inkişaf edəcək.