Fənn · Materiallar mühəndisliyi
MaterialşünaslıqCLO↔PLO matrisi
CLO ↔ PLO uyğunluq cədvəli
Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.
| Fənn təlim nəticəsi | PLO 1 | PLO 2 | PLO 3 | PLO 4 | PLO 5 | PLO 6 | PLO 7 | PLO 8 | PLO 9 |
|---|---|---|---|---|---|---|---|---|---|
| CLO 1CLO-84202"Materialşünaslıq" fənni üzrə ümumi təlim nəticələri tələbələrin müxtəlif materialların daxili strukturu ilə onların mexaniki və fiziki xassələri arasındakı əlaqələri dərindən mənimsəməsini təmin edir. Tələbələr metallar, polimerlər, keramika və kompozitlərin xüsusiyyətlərini təhlil edərək, onları mühəndislik tələblərinə uyğun təsnifləndirmək bacarığına yiyələnirlər. Kurs müddətində onlar laboratoriya sınaqları vasitəsilə materialların xassələrini təyin etməyi və real layihələr üçün ən effektiv materialı sərbəst seçməyi öyrənirlər. Bununla yanaşı, materialların istismar zamanı məruz qaldığı korroziya və aşınma kimi xarab olma mexanizmlərini qiymətləndirərək müvafiq mühafizə üsullarını tətbiq edə bilirlər. Yekunda qazanılan bu kompleks biliklər gələcək mütəxəssislərə istehsalatda həm texniki, həm də iqtisadi cəhətdən optimal və təhlükəsiz qərarlar qəbul etmək imkanı verir. | uyğun deyil | uyğundur | uyğun deyil | uyğun deyil | uyğundur | uyğun deyil | uyğun deyil | uyğun deyil | uyğun deyil |
Proqram təlim məqsədləri
PLO 1
Riyaziyyat, fiziki-kimya, mexanika və kristalloqrafiya sahəsində fundamental biliklərə yiyələnmək və onları materialşünaslıq məsələlərinin həllində tətbiq etmək bacarığı qazandırmaq.
Bu fənndən töhfə yoxdur
PLO 2
Materialların daxili quruluşunu, mikro və makroquruluşlarını, materialların əsas xassələrinin onların tərkibindən və quruluşundan asılılığını öyrətmək.
Töhfə verən: CLO 1
PLO 3
Fiziki-kimyəvi proseslərin və qanunauyğunluqların mahiyyətini, termodinamikanın qanunlarını, materialların istehsalı zamanı baş verən fiziki-kimyəvi prosesləri mənimsətmək və lazım olan xassəyə malik materialın əldə edilməsi üçün texnoloji prosesi tənzimləmək bacarığı formalaşdırmaq.
Bu fənndən töhfə yoxdur
PLO 4
Müasir fiziki-kimyəvi analiz üsulları (rentgenoqrafiya, diferensial-termiki analiz, elektron mikroskopiyası) haqqında nəzəri biliklərə yiyələnmək və bu analizlərin həyata keçirilməsi üçün istifadə olunan cihazlarda işləmək bacarığı aşılamaq.
Bu fənndən töhfə yoxdur
PLO 5
Materialların mənşəyi, quruluşu və xassələri haqqında nəzəri və praktiki biliklərə yiyələnməklə, konstruksiya və qurğuların istismar şəraitinə uyğun materialların seçilməsi bacarığı formalaşdırmaq.
Töhfə verən: CLO 1
PLO 6
Materialların unifikasiya və standartlaşdırma səviyyəsini təmin etməklə müasir insanların dayanmadan artan tələbatını və daima dəyişən zövqünü təmin edən materiallar istehsal etmək bacarığı qazandırmaq.
Bu fənndən töhfə yoxdur
PLO 7
Yeni növ material tərkiblərinin və istehsal texnologiyalarının işlənməsində informasiya texnologiyalarından (SolidWorks, SolidCam, ANSYS və s.) istifadə bacarığı aşılamaq.
Bu fənndən töhfə yoxdur
PLO 8
Materialların təkrar emalı və istifadəsi, sənaye tullantıları əsasında məmulat istehsalının xüsusiyyətlərini, texniki-iqtisadi səmərəliliyi və ekoloji təhlükəsizliyi mənimsətmək.
Bu fənndən töhfə yoxdur
PLO 9
Peşə fəaliyyətində sosial və ekoloji məsuliyyət, əmək təhlükəsizliyi qaydalarına riayət etmə, etik dəyərlərə söykənən yanaşma formalaşdırmaq, elmi-texniki tərəqqiyə uyğun olaraq bilik və bacarıqlarını daim təkmilləşdirmək və ömürboyu təhsil almaq vərdişləri aşılamaq.
Bu fənndən töhfə yoxdur