Fənn · Materiallar mühəndisliyi

MaterialşünaslıqSillabus

İF-36134y 7 kreditPayız semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-36134y
Kredit
7
Tələbənin iş yükü
210
Semestr
Payız semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 45 saat - mühazirə b) 15 - məşğələ c) 15 - laboratoriya
Auditoriyadan kənar saatlar
a) 81 saat - sərbəst iş b) 54 saat - hazırlıq

Fənn haqqında

“Materialşünaslıq” fənninin məqsədi 050623–“Materiallar mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil alanlarda metal və ərintilərin keyfiyyət göstəriciləri, onun müxtəlif sənaye sahələrdə tətbiq imkanlarının genişləndirilməsi, metallik ərintilərin əldə olunması texnologiyalarının inkişaf etdirmək və daha da təkmilləşdirilməsindən ibarətdir. 2. Müəllimin metodları

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • interaktiv müzakirə
  • seminar
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: "Materialşünaslıq" fənni üzrə ümumi təlim nəticələri tələbələrin müxtəlif materialların daxili strukturu ilə onların mexaniki və fiziki xassələri arasındakı əlaqələri dərindən mənimsəməsini təmin edir. Tələbələr metallar, polimerlər, keramika və kompozitlərin xüsusiyyətlərini təhlil edərək, onları mühəndislik tələblərinə uyğun təsnifləndirmək bacarığına yiyələnirlər. Kurs müddətində onlar laboratoriya sınaqları vasitəsilə materialların xassələrini təyin etməyi və real layihələr üçün ən effektiv materialı sərbəst seçməyi öyrənirlər. Bununla yanaşı, materialların istismar zamanı məruz qaldığı korroziya və aşınma kimi xarab olma mexanizmlərini qiymətləndirərək müvafiq mühafizə üsullarını tətbiq edə bilirlər. Yekunda qazanılan bu kompleks biliklər gələcək mütəxəssislərə istehsalatda həm texniki, həm də iqtisadi cəhətdən optimal və təhlükəsiz qərarlar qəbul etmək imkanı verir.

Mövzu planı

  1. 1.
    Fənn haqqında məlumat. Metalların təsnifatı. Onların kristallik quruluşu, amorf halı. Metalların real quruluşu. Miller indeksləri. AnizotropiyaMühazirə

    Materialşünaslıq fənninə giriş, metalların ideal və real kristal quruluşu, qəfəs qüsurları, kristalloqrafik müstəvilərin Miller indeksləri ilə təyini və anizotropiya hadisəsi.

  2. 2.
    Kristallaşma, onun mexanizmi və kristallaşmaya təsir edən amillər. Metal töküyün quruluşu, Bərkimiş halda olan metallarda çevrilmə (allotropiya). Maqnit çevrilməsiMühazirə

    Maye metaldan bərk hala keçidin termodinamikası, töküklərdə formalaşan struktur zonaları, polimorf (allotropik) və maqnit (Küri nöqtəsi) faza çevrilmələri.

  3. 3.
    Elastiki və plastiki deformasiyalar. İfratplastiklik. Dağılma. Metalların mexaniki xassələri. Mexaniki xassələrin təyin edilməsinin üsulları. Soyuq halda təzyiqlə emalın metalın struktur və xassələrinə təsiri. Döyənəklik.Mühazirə

    Metallarda gərginlik-deformasiya əlaqəsi, dağılma mexanizmləri, standart sınaq metodları və soyuq deformasiya zamanı yaranan döyənəklik hadisəsi.

  4. 4.
    Fazalar qaydası. Hal diaqramları. Onların qurulması. Parçalar qaydası. Komponentləri mexaniki qatışıq (birinci növ), komponentləri qeyri-məhdud həll olan (ikinci növ) ərintilərin hal diaqramlarıMühazirə

    Qibbsin fazalar qaydası, rıçaq qaydasının tətbiqi və termiki analiz üsulu ilə evtektik və izomorf sistemlərin faza diaqramlarının qurulması.

  5. 5.
    Komponentləri məhdud həll olan ərintilərin (üçüncü növ) və komponentləri kimyəvi birləşmə əmələ gətirən (dördüncü növ) ərintilərin hal diaqramları. Üç komponentli ərintilərin hal diaqramıMühazirə

    Qatı halda məhdud həllolan, kimyəvi birləşmələri olan mürəkkəb ikikomponentli və sadə üçkomponentli (fəzavi) sistemlərin hal diaqramları.

  6. 6.
    Dəmir-karbon hal diaqramıMühazirə

    Fe-C sisteminin struktur komponentləri (ferrit, austenit, sementit, perlit, ledeburit), diaqramın kritik nöqtələri və konsentrasiya bölgüləri.

  7. 7.
    Karbonlu poladlar. Poladlara daimi qatışıqların təsiri. Poladların keyfiyyətiMühazirə

    Karbonun miqdarının poladın xassələrinə təsiri; zərərli (S, P) və faydalı (Si, Mn) qatışıqların poladın kövrəkliyinə və keyfiyyətinə təsiri.

  8. 8.
    Ümumi işlərdə istifadə olunan karbonlu poladlar. Döyənəklənmiş polad. Avtomat poladlarMühazirə

    Standart tikinti və maşınqayırma poladları, soyuq deformasiya ilə möhkəmləndirilmiş və kəsmə ilə emalı asanlaşdırmaq üçün yaradılmış avtomat poladları.

  9. 9.
    Çuqunlar, növləri markaları. Çuqunlarda qrafitləşmə prosesiMühazirə

    Çuqunların təsnifatı (boz, ağ, döyülən, yüksək möhkəmlikli), qrafit fazasının ayrılma termodinamikası və qrafitləşməyə təsir edən amillər.

  10. 10.
    Çuqunun struktur və xassələrinə qatışıqların təsiri. Xüsusi çuqunMühazirə

    Silisium, manqan kimi elementlərin qrafitləşməyə təsirləri. Xüsusi mühitlərdə (istilik, yeyilmə, korroziya) işləmək üçün legirlənmiş xüsusi çuqunlar.

  11. 11.
    Termiki emal və onun növləriMühazirə

    Poladların faza çevrilmələrinə əsaslanan istilik işlənməsinin ümumi nəzəriyyəsi və əsas növlərinin (tablandırma, yumşaltma, tabəksiltmə) icmalı.

  12. 12.
    Poladlarda struktur çevrilmələri. Poladı qızdırarkən onda austenitin əmələ gəlməsiMühazirə

    Kritik temperaturlardan yuxarı qızdırma zamanı perlitin austenitə çevrilməsi kinetikası, austenit dənələrinin böyüməyə meylliliyi.

  13. 13.
    Poladı soyudarkən onun qurluşunda baş verən çevrilmələr. Austenitin parçalanmasıMühazirə

    İfrat soyudulmuş austenitin izotermik parçalanma diaqramları (S-əyriləri) və fərqli soyuma sürətlərində strukturun yaranma kinetikası.

  14. 14.
    Martensit, perlit və beynit çevrilmələriMühazirə

    Austenitin diffuziyalı (perlit), diffuziyasız (martensit) və aralıq (beynit) çevrilmələrinin kristalloqrafik xüsusiyyətləri.

  15. 15.
    Tabəksiltmə zamanı gedən çevrilmələr. Tabəksiltmə kövrəkliyi. KöhnəlməMühazirə

    Tablanmış strukturun qızdırılması ilə gərginliklərin çıxarılması. Tabəksiltmə kövrəkliyinin səbəbləri və təbii/süni köhnəlmə prosesləri.

  16. 16.
    Termiki emalın poladın xassələrinə təsiri. Termo-mexaniki emalMühazirə

    İstilik əməliyyatlarının yekun fiziki-mexaniki göstəricilərə təsiri və plastik deformasiya ilə termiki emalın kombinasiyasından ibarət (TME) üsullar.

  17. 17.
    Tablandırma temperaturu, qızdırma müddəti, soyuducu mühitlər. Metallik ərintilər, onların formalaşması və əsas xüsusiyyətləriMühazirə

    Optimal tablandırma rejiminin (temperatur və vaxt) təyini, soyutma mühitlərinin istilik ayırma qabiliyyətləri.

  18. 18.
    Tablandırma dərinliyi. Yumşaltma. Kimyəvi-termiki emal və onun növləriMühazirə

    Poladların tablanma qabiliyyəti, strukturun tarazlaşdırılması üçün yumşaltma və səthin karbon/azot ilə doydurulması prosesləri (sementləmə, nitratlama).

  19. 19.
    Legirli poladların təsnifatı və markalanması. Legirli poladların növləriMühazirə

    Legirləyici elementlərin təyinatına və poladın quruluş sinfinə görə legirli poladların qruplaşdırılması və standart markalanma sistemi.

  20. 20.
    SDN kontrollerləri və onların iş prinsipiMühazirə

    SDN kontrollerlərinin funksiyaları, şəbəkənin mərkəzləşdirilmiş idarə edilməsi, kontroller–şəbəkə qurğusu qarşılıqlı əlaqəsi və kontrollerlərin əsas xüsusiyyətləri araşdırılır.

  21. 21.
    Xüsusi xassəli poladlar və ərintilərMühazirə

    Aqressiv mühitlər və ekstremal temperaturlar üçün nəzərdə tutulmuş korroziyaya davamlı, istiyədözümlü və maqnit poladların quruluş xüsusiyyətləri.

  22. 22.
    Alüminium, mis və onların ərintiləriMühazirə

    Sənayedə geniş istifadə olunan əlvan metalların – misin (bürünc, tunc, latun) və alüminiumun fiziki-kimyəvi xarakteristikası və termiki emalı.

  23. 23.
    Maqnezium, titan, berillium və onun ərintiləri. Kompozisiya materiallarıMühazirə

    Yüksək reaktivliyə malik nadir/yüngül metallar və onların ərintiləri. Matris və möhkəmləndirici fazadan ibarət müasir kompozit materialların prinsipləri.

Ədəbiyyat

  1. R.İ.Şükürov , “Metalşünaslıq və termiki emal”,. Bakı-Sabah., 2020
  2. R.İ.Şükürov ,“Metalşünaslıq və termiki emal” Bakı-Sabah, 2020

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5