Ümumi məlumat
- Fənn kodu
- İF-3353m
- Kredit
- 5
- Tələbənin iş yükü
- 150
- Semestr
- Payız semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- Mühazirə:30 Seminar:15 Laboratoriya:0
- Auditoriyadan kənar saatlar
- TSİ:63 MRTSİ:42
Fənn haqqında
“Maşınqayırmada keyfiyyətin normalaşdırılması” fənni “Maşın mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələrə müasir sənaye standartlarına cavab verən maşın, detal və konstruksiyaların layihələndirilməsi, istehsalı və istismarı prinsiplərini öyrədən fundamental mühəndislik fənnidir. Kursun əsas məqsədi tələbələrdə yüksək texniki, iqtisadi və istismar göstəricilərinə malik, həmçinin qarşılıqlı əvəzolunma (interchangeability) prinsiplərinə tam cavab verən maşın hissələrinin yaradılması üzrə baza biliklərini formalaşdırmaqdır. Tədris proqramı çərçivəsində maşınqayırmada keyfiyyət tələbləri, hamar elementlərin müsaidə (tolerance) və oturtma sistemləri, hissələrin həndəsi forma və qarşılıqlı vəziyyət dəqiqliyinin normalaşdırılması əsasları dərindən nəzərdən keçirilir. Eyni zamanda tələbələrə pəstah və maşın hissələrinin səth keyfiyyətinin (kələ-kötürlük və dalğalılıq) təyini, elementlərin vurma və yönüm dəqiqlikləri, eləcə də tipik qovşaq birləşmələrinin dəqiqlik normaları aşılanır. Bu fənnin mənimsənilməsi gələcək bakalavrların konstruksiyaetmə və texnoloji prosesləri idarəetmə vərdişlərini inkişaf etdirir. Tələbələr istehsalatda məmulatın keyfiyyətinin təmin olunmasına dair texniki-iqtisadi hesabatları müstəqil şəkildə yerinə yetirmək, düzgün mühəndislik göstərişləri vermək və sahə üzrə idarəetmə və rəhbərlik səriştəsinə sahib olmaq imkanı qazanırlar.
Tədris metodları
- mühazirə
- seminar
- case study
- təqdimatlar
- interaktiv müzakirə
- komanda işi
Fənn təlim nəticələri (CLO)
CLO 1: FTN 1 (Qarşılıqlı əvəzolunma və konstrruksiya prinsiplərinin tətbiqi): Yüksək texniki, texnoloji və istismar göstəricilərinə malik, qarşılıqlı əvəzolunma tələblərini ödəyən maşın və onların hissələrinin layihələndirilməsi prinsiplərini tətbiq etmək.
CLO 2: FTN 2 (Texnoloji proseslərin idarə edilməsi): Maşın hissələrinin istehsalı və istismarı zamanı konstruksiyaetmə və texnoloji prosesləri müstəqil şəkildə idarə etmək vərdişlərini nümayiş etdirmək.
CLO 3: FTN 3 (Texniki-iqtisadi hesablamalar və keyfiyyətin layihələndirilməsi): Məmulatın tələb olunan keyfiyyətini təmin etmək üçün texniki-iqtisadi prinsiplərə əsaslanan mühəndislik hesablamalarını yerinə yetirmək.
CLO 4: FTN 4 (İstehsalatın təşkili və texniki rəhbərlik): Maşın və konstruksiyaların istehsalı prosesində texniki-təşkilati məsələlər üzrə doğru göstərişlər vermək və rəhbərlik etmə səriştəsini nümayiş etdirmək.
CLO 5: FTN 5 (Kompleks mühəndislik məsələlərinin həlli): Qazanılmış nəzəri bilikləri və praktiki iş təcrübəsini maşın mühəndisliyi sahəsindəki mürəkkəb mühəndislik problemlərinin həllinə inteqrasiya etmək.
Mövzu planı
- 1.Giriş. Keyfiyyəti normalaşdırmanın əsas anlayışları.Mühazirə
Keyfiyyət, Keyfiyyətin norma-laşdırılmasının məqsədi və əhəmiyyəti. Keyfiyyət göstəriciləri. Məmulların qarşılıqlı əvəzolunma keyfiyyətləri.
- 2.Keyfiyyət, keyfiyyət göstəriciləri. Nominal ölçü, ölçü sapmaları.Məşğələ
Hədd ölçülərin hesab-lanması. Müsaidə, onun hesablanması. Müsaidə sahələri, onların sxemlərinin qu-rulması
- 3.Dəqiqlik. Dəqiqliyin növləri. Dəqiqlik me-yarları, хətalar.Mühazirə
Hissələrin elementlərinin həndəsi parametrlərinin хətalarının yaran-ma səbəbləri. Хətaların keyfiyyətə təsiri. Texniki konstruksiyalarda keyfiyyət və də-qiqlik tələbatlarının normalaşdırılması. Key-fiyyəti normalaşdırma sənədləri
- 4.Hissələrin hamar elementlərinin müsaidə (ölçü dəqiqliyi) və oturtmalarının normalaş-dırılması.Mühazirə
Ölçü, sapma və oturtmalar üzrə terminlər və əsas anlayışlar. Ölçü və müsai--dələr. Yuva və valların birləşmələri. Ölçü və apmaların qrafiki təsviri.
- 5.Yuva və val sistemləri.Məşğələ
Yuva ilə valın stan-dart müsaidə sahələri. Dəqiqlik kvalitetləri, ölçü intervalları. Hamar səthlər üçün oturt-malar, onların növləri
- 6.Ölçü intervalları, müsaidə vahidi, dəqiqlik sıraları (kvalitetləri).Mühazirə
Yuva və valların müsai-də sahələri. Oturtmalar, birləşmələr. Oturt-malar, yuva və val sistemləri.
- 7.Hamar silindrik səthlər və birləşmələrin mü-saidə və oturtmalar sistemi.Mühazirə
Müsaidə və oturtmaların cizgidə göstərilməsi. Ölçülərin müsaidələrinin formalaşma əsasları.
- 8.Ən böyük və ən kiçik ara boşluqları və gə-rilmələrin hesablanması və müsaidə sahə-ləri sxemlərində göstərilməsi.Məşğələ
Hamar silin-drik səthlər üçün ölçülərin cizgidə rəqəm və hərflərlə göstərilməsi
- 9.Bucaq ölçüləri və hamar konik birləşmələ-rin keyfiyyətlərinin normalaşdırması.Mühazirə
Bucaq ölçüləri və müsaidələri. Bucaq ölçülərinə dəqiqlik tələbatlarının normalaşdırılması. Konik birləşmələr və onların keyfiyyətlə-rinin normalaşdırması.
- 10.Səth və hissələrin qarşılıqlı vəziyyət də-qiqliyini normalaşdırma əsasları.Mühazirə
Ölçü əla-qələri. Ölçü zəncirləri. Onların növləri, bəndləri. Qapayıcı bəndin formalaşma me-xanizmi. Ölçü zəncirlərinin maksimum və minimum və ehtimal üsulları ilə hesablan-ması.
- 11.Səth, hissə və qovşaqların qarşılıqlı və-ziyyət dəqiqliyini təmin etmə məsələləriMəşğələ
- 12.Düz və əks məsələlərin həlli özəllikləri.Mühazirə
Yığmada qapayıcı bəndin dəqiqliyinin təmin edilməsi. Tam və natamam qarşılıqlı əvəz-olunma, seçmə, çatdırma və tənzimləmə ilə yığmada qapayıcı bəndin dəqiqliyinin təmin edilməsi
- 13.Elementlərin həndəsi forma, yerləşmə və yönüm dəqiqliklərini normalaşdırma əsasla-rı. Mühazirə
Elementlərin həndəsi forma sapmaları və müsaidələri. Elementlərin yönüm sapmaları və müsaidələri.
- 14.Səthlərin forma, yerləşmə, yönüm və vurma dəqiqlikləri, onların şərti işarələri və cizgilər-də göstərilməsiMəşğələ
- 15.Elementlərin yerləşmə sapmaları və müsai-dələri.Məşğələ
Səthlərin forma və vəziyyət müsaidə-lərinin cizgidə təsviri. Səthlərin forma və və-ziyyət müsaidələrinin cizgidə təsvirinin tipik nümunələri
- 16.Səth keyfiyyətinin özəllikləri. Səth keyfiyyə-tinin normalaşdırılması.Məşğələ
Səthin kələ-kötür-lük parametrləri və onların normalaşdırılma-sı. Səth dalğavariliyinin normalaşdırılması. Səth keyfiyyətinin cizgidə göstərilməsi.
- 17.Səthin keyfiyyət parametrlərinin cizgidə göstərilməsi Yiv və işgil birləşmələrinin də-qiqliyi və ölçülərinin cizgidə göstərilməsiMəşğələ
- 18.Yiv birləşmələrinin normalaşdırması. Yiv birləşmələri.Mühazirə
Onların növləri, parametrləri və vəzifələri. Yiv parametrlərinin xətaları və onların əvəzolunma prinsipləri. Silindrik yiv-lərin dəqiqliklərinin normalaşdırılması. Met-rik yivin oturtma və müsaidələr sistemi. Yiv və yiv birləşmələrinin ölçü müsaidə və oturt-malarının cizgidə göstərilməsi.
- 19.Yiv birləşmələrinin normalaşdırması. Yiv birləşmələri.Mühazirə
Onların növləri, parametrləri və vəzifələri. Yiv parametrlərinin xətaları və onların əvəzolunma prinsipləri. Silindrik yiv-lərin dəqiqliklərinin normalaşdırılması. Met-rik yivin oturtma və müsaidələr sistemi. Yiv və yiv birləşmələrinin ölçü müsaidə və oturt-malarının cizgidə göstərilməsi.
- 20.Dişli çarxlar və onların ötürmələrinin keyfiy-yətlərinin normalaşdırılması.Mühazirə
Dişli çarxlar və ötürmələrinin təyinatı, növləri və parametr-lərinin normalaşdırılması. Silindrik, konik və sonsuz vint çarxlarının dəqiqliklərinin nor-malaşdırılması. Dişli çarxlar və onların ötür-mələrinin parametrlərinin ölçü, müsaidə və oturtmalarının cizgidə göstərilməsi
- 21.Dişli çarx, düzyanlı və evolvent şlis birləş-mələrinin dəqiqliyi, onların ölçülərinin cizgi-də göstərilməsiMəşğələ
- 22.İşgil birləşmələrinin keyfiyyətlərinin norma-laşdırılması.Mühazirə
İşgil birləşmələri və onların elementlərinin konstruktiv özəllikləri. Priz-matik və seqment işgil birləşmələrinin də-qiqliklərinin normalaşdırılması, müsaidə və oturtmaları. İşgil və işgil birləşmələrinin öl-çü, müsaidə və oturtmalarının cizgidə gös-tərilməsi.
- 23.Şlis birləşmələrinin keyfiyyətlərinin norma-laşdırılması. Mühazirə
Şlis birləşmələri və onların ele-mentlərinin konstruktiv özəllikləri. Düz yan-üzlü və evolvent profilli şlis birləşmələrinin dəqiqliklərinin normalaşdırılması, onların elementlərinin konstruktiv özəllikləri, mü-saidə və oturtmaları. Şlis və şlis birləş-mələrinin ölçü, müsaidə və oturtmalarının cizgidə göstərilməsi.
- 24.Dişli çarx, düzyanlı və evolvent şlis birləş-mələrinin dəqiqliyi, onların ölçülərinin cizgi-də göstərilməsiMəşğələ
Ədəbiyyat
- 1. Rəsulov N.M. Qarşılıqlı əvəzolunmanın əsasları. Ali texniki məktəblər üçün dərslik. Bakı, AzTU, 2015, – 382 s.
- 2. Mövlazadə V.Z., Rəsulov N.M., Hüseynova N.R. və b. Maşınqayırma texnologiyası. I hissə. Maşınqayırma Texnologiyasının əsasları. Dərslik. Bakı, Çaşıoğlu. Təhsil – 1995, 386 s.
- 3. Rəsulov N.M. Maşın istehsalı texnologiyası. 1 hissə. Ali məktəblər üçün dərslik. Бакы, “Təhsil”. NPM, 2010, 432 s.
- 4. Марков Н. Н., Осипов В. В., Шабалина М. Б. Нормирование точности в машино-строении; Учеб. Для машиностроит. спец. вузов. Под ред. Х.М. Соломенцева-М.: Выс. шк. 2001, 335 с.
- 5. İSO standartları.
- 6. AZS və QOST standartları.
- 7. Məmmədov N.R. “Qarşılıqlı əvəzolunmanın əsasları” .Bakı. 2002, 173 s.
- 8. Допуски и посадки: Справочник в 2-х частях/ Под ред. Мягкого В. Д.-Л.: Машино-строение-Ч. 1 – 1979; Ч. 2. -1982
- 9. Никифоров А.Д., Бакиев Т.А Метрология, стандартизация и сертификация. – М.: Высшая школа, 2005. 421 с
- 10. Радкевич Я. М., Схиртладзе А.Г., Лактионов Б.И. Метрология, стандартизация и сертификация. – М.Высшая школа, 2006. – 767 с.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |