Bakalavr proqramı

Maşın mühəndisliyi (bachelor)

Bakalavr050622Maşınqayırma və MetallurgiyaMaşınqayırma Texnologiyası48 fənn

Proqram haqqında

050622 – "Maşın mühəndisliyi" ixtisası üzrə bakalavriat səviyyəsinin təhsil proqramı "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa, Nazirlər Kabinetinin müvafiq qərarlarına və ixtisasların dövlət təsnifatına uyğun hazırlanmışdır. Proqram tabeliyindən və mülkiyyət növündən asılı olmayaraq, ölkədə bu sahədə kadr hazırlığı keçirən bütün ali məktəblər üçün məcburidir. Tələbənin əyani forma üzrə normativ təhsil müddəti 4 il, bu müddətdə toplayacağı ümumi kredit miqdarı isə 240 ECTS-dir.

Dərəcə tələbləri

Tələbənin 5 günlük iş rejimində həftəlik auditoriya və auditoriyadankənar ümumi dərs yükünün həcmi 45 saat müəyyən edilir. Həftəlik birbaşa auditoriya saatlarının həcmi ümumi həftəlik yükün maksimum 50%-ni təşkil edə bilər. Tələbələr proqram çərçivəsində ümumi, peşə yönümlü ümummühəndislik və xüsusi ixtisas fənləri modullarını uğurla tamamlamalı, müvafiq istehsalat/sahə təcrübələrini keçməlidirlər.

Proqramı araşdırın