Bakalavr proqramı
Maşın mühəndisliyi (bachelor)Təlim məqsədləri
Proqram təlim məqsədləri
Məzunun proqramı bitirdikdə nümayiş etdirməli olduğu bilik və bacarıqlar.
PLO 1PLO-93277
Məzunların maşınqayırma texnologiyaları, materialşünaslıq, kəsmə emalı və avtomatlaşdırma sahələrində müasir mühəndislik bilikləri və proqram təminatlarını tətbiq edərək texnoloji prosesləri layihələndirmək və kompleks istehsalat məsələlərini həll etmək bacarığına yiyələnməsi.
PLO 2PLO-61977
Maşın hissələrinin dəqiq emalı, müasir metalkəsən avadanlıq və alətlərin seçilməsi, səthlərin nəzarəti və ölçmə vasitələrindən istifadə etməklə yüksək keyfiyyətli, rəqabətədavamlı məhsul istehsalını təmin etməsi.
PLO 3PLO-11179
Məzunların sürətlə dəyişən sənaye texnologiyalarına adaptasiya olmaq üçün müstəqil öyrənmə, innovativ texnologiyaları mənimsəmə, akademik biliklərini artırma və magistratura səviyyəsində təhsilini uğurla devam etdirmək qabiliyyətinə malik olması.
PLO 4PLO-63231
Sənaye və mühəndislik layihələrində effektiv komanda üzvü və ya rəhbəri kimi çıxış etmək, texniki layihələri, analiz nəticələrini işəgötürənlərə və peşəkar auditoriyaya akademik və texniki dildə aydın təqdim etmək bacarığına sahib olması.
PLO 5PLO-43855
Maşın mühəndisliyi fəaliyyətində milli dövlət standartlarına, beynəlxalq normativlərə, peşə etikasına, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması prinsiplərinə tam riayət edən cavabdeh mütəxəssislər kimi formalaşması.