Bakalavr proqramı

Maşın mühəndisliyi (bachelor)Səriştələr

Bakalavr050622Maşınqayırma və MetallurgiyaMaşınqayırma Texnologiyası48 fənn

Proqram səriştələri

Məzunun əldə etdiyi peşə və ixtisas səriştələri.

9 səriştə

Peşə səriştələri· 4

  • COMPETENCY-91026

    Layihə-konstruktor sahəsində: Müasir informasiya texnologiyalarını və CAD/CAM sistemlərini tətbiq etməklə maşınların, avtomatlaşdırma və diaqnostika sistemlərinin layihələrini və texniki sənədlərini işləmək.

  • COMPETENCY-46919

    İstehsal-texnoloji sahəsində: Maşın istehsalı texnologiyalarını praktikada tənzimləmək, optimal texnoloji parametrləri və avadanlıqları hesablamaq, seçmək və zay məhsul yaranma səbəblərini təhlil etmək.

  • COMPETENCY-21640

    Təşkilati-inzibatçılıq sahəsində: Kiçik icraçı qrupların işini təşkil etmək, istehsal xərclərini, maya dəyərini və məhsul keyfiyyətini idarə edərək əməli planlar hazırlamaq.

  • COMPETENCY-81199

    Elmi-tədqiqat sahəsində: Müəyyən edilmiş metodikalara uyğun sınaq və təcrübələr aparmaq, maşınqayırma obyektlərinin modelləşdirilməsi işlərini yerinə yetirmək.

İxtisas səriştələri· 5

  • COMPETENCY-49929

    Azərbaycan dilində və ən azı bir xarici dildə şifahi/yazılı peşəkar kommunikasiya qurmaq bacarığı.

  • COMPETENCY-42216

    İş yerində müasir informasiya texnologiyalarından və kompüter sistemlərindən effektiv istifadə etmək qabiliyyəti.

  • COMPETENCY-87117

    Komandada işləmək, problemlərin həllinə ortaq yanaşma nümayiş etdirmək, yeni şəraitə sürətlə uyğunlaşmaq və təşəbbüskarlıq.

  • COMPETENCY-16549

    Peşəkar məqsədlər üçün məlumatları təhlil etmək, ümumiləşdirmək, fəaliyyəti planlaşdırmaq və vaxtı düzgün idarə etmək bacarığı.

  • COMPETENCY-97720

    Sosial, etik və ekoloji məsuliyyəti dərk etmək, fəaliyyətində keyfiyyət standartlarını rəhbər tutmaq.