Subject · Mechanical engineering (bachelor)

Maşınqayırmada keyfiyyətin normalaşdırılmasıSyllabus

İF-3353m5 creditsAutumn semesterMandatory2025-2026

Syllabus

The subject's official programme: general information, outcomes, topic plan, reading list and assessment.

General information

Subject code
İF-3353m
Credits
5
Student workload
150
Semester
Autumn semester
Academic year
2025-2026
Subject type
Mandatory
Form of education
Full-time
Language of instruction
Azerbaijani
In-class hours
Mühazirə:30 Seminar:15 Laboratoriya:0
Out-of-class hours
TSİ:63 MRTSİ:42

About the subject

“maşınqayırmada keyfiyyətin normalaşdırılması” fənni “maşın mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələrə müasir sənaye standartlarına cavab verən maşın, detal və konstruksiyaların layihələndirilməsi, istehsalı və istismarı prinsiplərini öyrədən fundamental mühəndislik fənnidir. kursun əsas məqsədi tələbələrdə yüksək texniki, iqtisadi və istismar göstəricilərinə malik, həmçinin qarşılıqlı əvəzolunma (interchangeability) prinsiplərinə tam cavab verən maşın hissələrinin yaradılması üzrə baza biliklərini formalaşdırmaqdır. tədris proqramı çərçivəsində maşınqayırmada keyfiyyət tələbləri, hamar elementlərin müsaidə (tolerance) və oturtma sistemləri, hissələrin həndəsi forma və qarşılıqlı vəziyyət dəqiqliyinin normalaşdırılması əsasları dərindən nəzərdən keçirilir. eyni zamanda tələbələrə pəstah və maşın hissələrinin səth keyfiyyətinin (kələ-kötürlük və dalğalılıq) təyini, elementlərin vurma və yönüm dəqiqlikləri, eləcə də tipik qovşaq birləşmələrinin dəqiqlik normaları aşılanır. bu fənnin mənimsənilməsi gələcək bakalavrların konstruksiyaetmə və texnoloji prosesləri idarəetmə vərdişlərini inkişaf etdirir. tələbələr istehsalatda məmulatın keyfiyyətinin təmin olunmasına dair texniki-iqtisadi hesabatları müstəqil şəkildə yerinə yetirmək, düzgün mühəndislik göstərişləri vermək və sahə üzrə idarəetmə və rəhbərlik səriştəsinə sahib olmaq imkanı qazanırlar.

Teaching methods

  • lecture
  • seminar
  • case study
  • presentations
  • interactive discussion
  • teamwork

Course learning outcomes (CLO)

  1. CLO 1: Ftn 1 (qarşılıqlı əvəzolunma və konstrruksiya prinsiplərinin tətbiqi): yüksək texniki, texnoloji və istismar göstəricilərinə malik, qarşılıqlı əvəzolunma tələblərini ödəyən maşın və onların hissələrinin layihələndirilməsi prinsiplərini tətbiq etmək.

  2. CLO 2: Ftn 2 (texnoloji proseslərin idarə edilməsi): maşın hissələrinin istehsalı və istismarı zamanı konstruksiyaetmə və texnoloji prosesləri müstəqil şəkildə idarə etmək vərdişlərini nümayiş etdirmək.

  3. CLO 3: Ftn 3 (texniki-iqtisadi hesablamalar və keyfiyyətin layihələndirilməsi): məmulatın tələb olunan keyfiyyətini təmin etmək üçün texniki-iqtisadi prinsiplərə əsaslanan mühəndislik hesablamalarını yerinə yetirmək.

  4. CLO 4: Ftn 4 (i̇stehsalatın təşkili və texniki rəhbərlik): maşın və konstruksiyaların istehsalı prosesində texniki-təşkilati məsələlər üzrə doğru göstərişlər vermək və rəhbərlik etmə səriştəsini nümayiş etdirmək.

  5. CLO 5: Ftn 5 (kompleks mühəndislik məsələlərinin həlli): qazanılmış nəzəri bilikləri və praktiki iş təcrübəsini maşın mühəndisliyi sahəsindəki mürəkkəb mühəndislik problemlərinin həllinə inteqrasiya etmək.

Topic plan

  1. 1.
    Giriş. keyfiyyəti normalaşdırmanın əsas anlayışları.Lecture

    Keyfiyyət, keyfiyyətin norma-laşdırılmasının məqsədi və əhəmiyyəti. keyfiyyət göstəriciləri. məmulların qarşılıqlı əvəzolunma keyfiyyətləri.

  2. 2.
    Keyfiyyət, keyfiyyət göstəriciləri. nominal ölçü, ölçü sapmaları.Seminar

    Hədd ölçülərin hesab-lanması. müsaidə, onun hesablanması. müsaidə sahələri, onların sxemlərinin qu-rulması

  3. 3.
    Dəqiqlik. dəqiqliyin növləri. dəqiqlik me-yarları, хətalar.Lecture

    Hissələrin elementlərinin həndəsi parametrlərinin хətalarının yaran-ma səbəbləri. хətaların keyfiyyətə təsiri. texniki konstruksiyalarda keyfiyyət və də-qiqlik tələbatlarının normalaşdırılması. key-fiyyəti normalaşdırma sənədləri

  4. 4.
    Hissələrin hamar elementlərinin müsaidə (ölçü dəqiqliyi) və oturtmalarının normalaş-dırılması.Lecture

    Ölçü, sapma və oturtmalar üzrə terminlər və əsas anlayışlar. ölçü və müsai--dələr. yuva və valların birləşmələri. ölçü və apmaların qrafiki təsviri.

  5. 5.
    Yuva və val sistemləri.Seminar

    Yuva ilə valın stan-dart müsaidə sahələri. dəqiqlik kvalitetləri, ölçü intervalları. hamar səthlər üçün oturt-malar, onların növləri

  6. 6.
    Ölçü intervalları, müsaidə vahidi, dəqiqlik sıraları (kvalitetləri).Lecture

    Yuva və valların müsai-də sahələri. oturtmalar, birləşmələr. oturt-malar, yuva və val sistemləri.

  7. 7.
    Hamar silindrik səthlər və birləşmələrin mü-saidə və oturtmalar sistemi.Lecture

    Müsaidə və oturtmaların cizgidə göstərilməsi. ölçülərin müsaidələrinin formalaşma əsasları.

  8. 8.
    Ən böyük və ən kiçik ara boşluqları və gə-rilmələrin hesablanması və müsaidə sahə-ləri sxemlərində göstərilməsi.Seminar

    Hamar silin-drik səthlər üçün ölçülərin cizgidə rəqəm və hərflərlə göstərilməsi

  9. 9.
    Bucaq ölçüləri və hamar konik birləşmələ-rin keyfiyyətlərinin normalaşdırması.Lecture

    Bucaq ölçüləri və müsaidələri. bucaq ölçülərinə dəqiqlik tələbatlarının normalaşdırılması. konik birləşmələr və onların keyfiyyətlə-rinin normalaşdırması.

  10. 10.
    Səth və hissələrin qarşılıqlı vəziyyət də-qiqliyini normalaşdırma əsasları.Lecture

    Ölçü əla-qələri. ölçü zəncirləri. onların növləri, bəndləri. qapayıcı bəndin formalaşma me-xanizmi. ölçü zəncirlərinin maksimum və minimum və ehtimal üsulları ilə hesablan-ması.

  11. 11.
    Səth, hissə və qovşaqların qarşılıqlı və-ziyyət dəqiqliyini təmin etmə məsələləriSeminar
  12. 12.
    Düz və əks məsələlərin həlli özəllikləri.Lecture

    Yığmada qapayıcı bəndin dəqiqliyinin təmin edilməsi. tam və natamam qarşılıqlı əvəz-olunma, seçmə, çatdırma və tənzimləmə ilə yığmada qapayıcı bəndin dəqiqliyinin təmin edilməsi

  13. 13.
    Elementlərin həndəsi forma, yerləşmə və yönüm dəqiqliklərini normalaşdırma əsasla-rı.Lecture

    Elementlərin həndəsi forma sapmaları və müsaidələri. elementlərin yönüm sapmaları və müsaidələri.

  14. 14.
    Səthlərin forma, yerləşmə, yönüm və vurma dəqiqlikləri, onların şərti işarələri və cizgilər-də göstərilməsiSeminar
  15. 15.
    Elementlərin yerləşmə sapmaları və müsai-dələri.Seminar

    Səthlərin forma və vəziyyət müsaidə-lərinin cizgidə təsviri. səthlərin forma və və-ziyyət müsaidələrinin cizgidə təsvirinin tipik nümunələri

  16. 16.
    Səth keyfiyyətinin özəllikləri. səth keyfiyyə-tinin normalaşdırılması.Seminar

    Səthin kələ-kötür-lük parametrləri və onların normalaşdırılma-sı. səth dalğavariliyinin normalaşdırılması. səth keyfiyyətinin cizgidə göstərilməsi.

  17. 17.
    Səthin keyfiyyət parametrlərinin cizgidə göstərilməsi yiv və işgil birləşmələrinin də-qiqliyi və ölçülərinin cizgidə göstərilməsiSeminar
  18. 18.
    Yiv birləşmələrinin normalaşdırması. yiv birləşmələri.Lecture

    Onların növləri, parametrləri və vəzifələri. yiv parametrlərinin xətaları və onların əvəzolunma prinsipləri. silindrik yiv-lərin dəqiqliklərinin normalaşdırılması. met-rik yivin oturtma və müsaidələr sistemi. yiv və yiv birləşmələrinin ölçü müsaidə və oturt-malarının cizgidə göstərilməsi.

  19. 19.
    Yiv birləşmələrinin normalaşdırması. yiv birləşmələri.Lecture

    Onların növləri, parametrləri və vəzifələri. yiv parametrlərinin xətaları və onların əvəzolunma prinsipləri. silindrik yiv-lərin dəqiqliklərinin normalaşdırılması. met-rik yivin oturtma və müsaidələr sistemi. yiv və yiv birləşmələrinin ölçü müsaidə və oturt-malarının cizgidə göstərilməsi.

  20. 20.
    Dişli çarxlar və onların ötürmələrinin keyfiy-yətlərinin normalaşdırılması.Lecture

    Dişli çarxlar və ötürmələrinin təyinatı, növləri və parametr-lərinin normalaşdırılması. silindrik, konik və sonsuz vint çarxlarının dəqiqliklərinin nor-malaşdırılması. dişli çarxlar və onların ötür-mələrinin parametrlərinin ölçü, müsaidə və oturtmalarının cizgidə göstərilməsi

  21. 21.
    Dişli çarx, düzyanlı və evolvent şlis birləş-mələrinin dəqiqliyi, onların ölçülərinin cizgi-də göstərilməsiSeminar
  22. 22.
    İşgil birləşmələrinin keyfiyyətlərinin norma-laşdırılması.Lecture

    İşgil birləşmələri və onların elementlərinin konstruktiv özəllikləri. priz-matik və seqment işgil birləşmələrinin də-qiqliklərinin normalaşdırılması, müsaidə və oturtmaları. i̇şgil və işgil birləşmələrinin öl-çü, müsaidə və oturtmalarının cizgidə gös-tərilməsi.

  23. 23.
    Şlis birləşmələrinin keyfiyyətlərinin norma-laşdırılması.Lecture

    Şlis birləşmələri və onların ele-mentlərinin konstruktiv özəllikləri. düz yan-üzlü və evolvent profilli şlis birləşmələrinin dəqiqliklərinin normalaşdırılması, onların elementlərinin konstruktiv özəllikləri, mü-saidə və oturtmaları. şlis və şlis birləş-mələrinin ölçü, müsaidə və oturtmalarının cizgidə göstərilməsi.

  24. 24.
    Dişli çarx, düzyanlı və evolvent şlis birləş-mələrinin dəqiqliyi, onların ölçülərinin cizgi-də göstərilməsiSeminar

Reading list

  1. 1. rasulov n.m. basics of mutual substitution. textbook for higher technical schools. baku, aztu, 2015, - 382 p.
  2. 2. movlazade v.z., rasulov n.m., huseynova n.r. and b. engineering technology. part i. fundamentals of mechanical engineering technology. textbook. baku, çaşıoğlu. education - 1995, 386 p.
  3. 3. rasulov n.m. machine manufacturing technology. 1 part. textbook for higher schools. baku, "education". npm, 2010, 432 p.
  4. 4. markov n. n., osipov v. v., shabalina m. b. standardization of accuracy in machine building; учеб. for machine building. spec. universities. under the editorship. h.m. solomentseva-m.: vys. shk. 2001, 335 p.
  5. 5. ISO standards.
  6. 6. AZS and GOST standards.
  7. 7. mammadov n.r. "basics of mutual substitution". baku. 2002, 173 p.
  8. 8. допуски и посадки: справочник в 2-х частях/ под ред. мягкого в. д.-л.: машино-строение-ч. 1 – 1979; ch. 2. -1982
  9. 9. nikiforov a.d., bakiev t.a metrology, standardization and certification. – m.: vysshaya shkola, 2005. 421 с
  10. 10. radkevich ya. m., shirtladze a.g., laktionov b.i. metrology, standardization and certification. – m. vysshaya shkola, 2006. – 767 p.

Assessment

FormDescriptionScoreRelated CLO
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5