Fənn · Maşın mühəndisliyi (bachelor)

Maşınqayırmada keyfiyyətin normalaşdırılması

İF-3353m5 kreditPayız semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

5

İş yükü

150saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

“Maşınqayırmada keyfiyyətin normalaşdırılması” fənni “Maşın mühəndisliyi” ixtisası üzrə bakalavriat səviyyəsində təhsil alan tələbələrə müasir sənaye standartlarına cavab verən maşın, detal və konstruksiyaların layihələndirilməsi, istehsalı və istismarı prinsiplərini öyrədən fundamental mühəndislik fənnidir. Kursun əsas məqsədi tələbələrdə yüksək texniki, iqtisadi və istismar göstəricilərinə malik, həmçinin qarşılıqlı əvəzolunma (interchangeability) prinsiplərinə tam cavab verən maşın hissələrinin yaradılması üzrə baza biliklərini formalaşdırmaqdır. Tədris proqramı çərçivəsində maşınqayırmada keyfiyyət tələbləri, hamar elementlərin müsaidə (tolerance) və oturtma sistemləri, hissələrin həndəsi forma və qarşılıqlı vəziyyət dəqiqliyinin normalaşdırılması əsasları dərindən nəzərdən keçirilir. Eyni zamanda tələbələrə pəstah və maşın hissələrinin səth keyfiyyətinin (kələ-kötürlük və dalğalılıq) təyini, elementlərin vurma və yönüm dəqiqlikləri, eləcə də tipik qovşaq birləşmələrinin dəqiqlik normaları aşılanır. Bu fənnin mənimsənilməsi gələcək bakalavrların konstruksiyaetmə və texnoloji prosesləri idarəetmə vərdişlərini inkişaf etdirir. Tələbələr istehsalatda məmulatın keyfiyyətinin təmin olunmasına dair texniki-iqtisadi hesabatları müstəqil şəkildə yerinə yetirmək, düzgün mühəndislik göstərişləri vermək və sahə üzrə idarəetmə və rəhbərlik səriştəsinə sahib olmaq imkanı qazanırlar.

Fənn təlim nəticələri

  1. CLO 1: FTN 1 (Qarşılıqlı əvəzolunma və konstrruksiya prinsiplərinin tətbiqi): Yüksək texniki, texnoloji və istismar göstəricilərinə malik, qarşılıqlı əvəzolunma tələblərini ödəyən maşın və onların hissələrinin layihələndirilməsi prinsiplərini tətbiq etmək.

  2. CLO 2: FTN 2 (Texnoloji proseslərin idarə edilməsi): Maşın hissələrinin istehsalı və istismarı zamanı konstruksiyaetmə və texnoloji prosesləri müstəqil şəkildə idarə etmək vərdişlərini nümayiş etdirmək.

  3. CLO 3: FTN 3 (Texniki-iqtisadi hesablamalar və keyfiyyətin layihələndirilməsi): Məmulatın tələb olunan keyfiyyətini təmin etmək üçün texniki-iqtisadi prinsiplərə əsaslanan mühəndislik hesablamalarını yerinə yetirmək.

  4. CLO 4: FTN 4 (İstehsalatın təşkili və texniki rəhbərlik): Maşın və konstruksiyaların istehsalı prosesində texniki-təşkilati məsələlər üzrə doğru göstərişlər vermək və rəhbərlik etmə səriştəsini nümayiş etdirmək.

  5. CLO 5: FTN 5 (Kompleks mühəndislik məsələlərinin həlli): Qazanılmış nəzəri bilikləri və praktiki iş təcrübəsini maşın mühəndisliyi sahəsindəki mürəkkəb mühəndislik problemlərinin həllinə inteqrasiya etmək.