Fənn · Kimya mühəndisliyi

Separasiya prosesləri

IF-3049y4 kreditYaz semestriMəcburi2025-2026

Fənn haqqında

Kredit

4

İş yükü

120saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Kütlə mübadiləsi prosesləri haqqında ümumi məlumatlar. Kütləötürmənin əsas tənliyi, kütlə mübadiləsi proseslərinin material balansı. Kütlə mübadiləsi prosesinin hərəkətverici qüvvəsi. Kütlə mübadiləsinin əsas qanunları. Absorbsiyanın material balansı və kinetik qanunauyğunluqları. Maye-buxar sistemlərində faza tarazılığı. Rektifikasiyanın prinsipləri. Qarışıqların membranla ayrılması prosesi. Membranlar. Membranla qarışıqların ayrılması prosesinin kinetikası. Filtrləmə, qaz və maye filtrləri, filtrləyici sentrifuqalar

Fənn təlim nəticələri

  1. CLO 1: Kütləötürmə proseslərinin nəzəri əsaslarını, material balansını və hərəkətverici qüvvəsini izah edir

  2. CLO 2: Absorbsiya, rektifikasiya, membranla ayırma və filtrləmə proseslərinin iş prinsiplərini və kinetik qanunauyğunluqlarını təhlil edir.

  3. CLO 3: Kütləötürmə prosesləri üçün material balansı və faza tarazlığına əsaslanan mühəndislik hesablamalarını yerinə yetirir.

  4. CLO 4: Müxtəlif separasiya üsullarını (absorbsiya, rektifikasiya, membranla ayırma, filtrləmə) müqayisə edir və verilmiş texnoloji proses üçün optimal üsulu seçir.

  5. CLO 5: Separasiya proseslərində istifadə olunan avadanlıqların (absorberlər, rektifikasiya kolonları, membran modulları, filtrlər və sentrifuqalar) iş prinsiplərini izah edir və onların tətbiq sahələrini qiymətləndirir.

  6. CLO 6: Kimya sənayesində separasiya proseslərinin səmərəliliyini texniki, iqtisadi və ekoloji baxımdan qiymətləndirərək proseslərin optimallaşdırılması üzrə əsaslandırılmış təkliflər verir.