Fənn · Kimya mühəndisliyi

Separasiya prosesləriSillabus

IF-3049y4 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
IF-3049y
Kredit
4
Tələbənin iş yükü
120
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) Muhazirə-30 saat b) seminar-15 saat
Auditoriyadan kənar saatlar
a) TSİ-45saat b) MRTSİ-30 saat

Fənn haqqında

Kütlə mübadiləsi prosesləri haqqında ümumi məlumatlar. Kütləötürmənin əsas tənliyi, kütlə mübadiləsi proseslərinin material balansı. Kütlə mübadiləsi prosesinin hərəkətverici qüvvəsi. Kütlə mübadiləsinin əsas qanunları. Absorbsiyanın material balansı və kinetik qanunauyğunluqları. Maye-buxar sistemlərində faza tarazılığı. Rektifikasiyanın prinsipləri. Qarışıqların membranla ayrılması prosesi. Membranlar. Membranla qarışıqların ayrılması prosesinin kinetikası. Filtrləmə, qaz və maye filtrləri, filtrləyici sentrifuqalar

Tədris metodları

  • mühazirə
  • seminar
  • komanda işi
  • təqdimatlar

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Kütləötürmə proseslərinin nəzəri əsaslarını, material balansını və hərəkətverici qüvvəsini izah edir

  2. CLO 2: Absorbsiya, rektifikasiya, membranla ayırma və filtrləmə proseslərinin iş prinsiplərini və kinetik qanunauyğunluqlarını təhlil edir.

  3. CLO 3: Kütləötürmə prosesləri üçün material balansı və faza tarazlığına əsaslanan mühəndislik hesablamalarını yerinə yetirir.

  4. CLO 4: Müxtəlif separasiya üsullarını (absorbsiya, rektifikasiya, membranla ayırma, filtrləmə) müqayisə edir və verilmiş texnoloji proses üçün optimal üsulu seçir.

  5. CLO 5: Separasiya proseslərində istifadə olunan avadanlıqların (absorberlər, rektifikasiya kolonları, membran modulları, filtrlər və sentrifuqalar) iş prinsiplərini izah edir və onların tətbiq sahələrini qiymətləndirir.

  6. CLO 6: Kimya sənayesində separasiya proseslərinin səmərəliliyini texniki, iqtisadi və ekoloji baxımdan qiymətləndirərək proseslərin optimallaşdırılması üzrə əsaslandırılmış təkliflər verir.

Mövzu planı

  1. 1.
    Kütlə mübadiləsi prosesləri haqqında ümumi məlumatlar kimyaMühazirə

    Mövzuda kütlə mübadiləsi proseslərinin mahiyyəti, əsas anlayışları, tətbiq sahələri və kimya texnologiyasında rolu öyrənilir. Kütlə mübadiləsi proseslərinin təsnifatı, fazalar arasında maddə ötürülməsinin ümumi qanunauyğunluqları və sənayedə tətbiq istiqamətləri izah edilir

  2. 2.
    Kütlə ötürmənin əsas tənliyi, kütlə mübadiləsi proseslərinin material balansı. Kütlə mübadiləsi prosesinin hərəkətverici qüvvəsiMühazirə

    Kütlə ötürmənin əsas tənliyi, material balansı və kütlə ötürmə proseslərinin hərəkətverici qüvvəsi öyrənilir. Maddə ötürülməsinin intensivliyinə təsir edən amillər təhlil edilir.

  3. 3.
    Kütlə mübadiləsinin əsas qanunlarıMühazirə

    Kütlə mübadiləsinin əsas qanunları, diffuziya qanunları və onların texnoloji proseslərdə tətbiqi öyrənilir.

  4. 4.
    Entalpiya, Distillə prosesləriMühazirə

    Entalpiya anlayışı, istilik balansı və distillə prosesinin nəzəri əsasları öyrənilir. Distillənin tətbiq sahələri və texnoloji xüsusiyyətləri izah edilir.

  5. 5.
    Absorbsiya və rektifikasiyaMühazirə

    Absorbsiya və rektifikasiya proseslərinin mahiyyəti, aparatları və tətbiq sahələri öyrənilir.

    • Absorbsiya və rektifikasiyanı izah edir; Onların fərqlərini müəyyən edir; Tətbiq sahələrini göstərir; Texnoloji sxemləri izah edir.
  6. 6.
    Çoxdəfəli və tədrici distilləMühazirə

    Çoxdəfəli və tədrici distillə proseslərinin prinsipləri, üstünlükləri və tətbiq sahələri öyrənilir. Təlim nəticələri

  7. 7.
    Absorbsiyanın material balansı və kinetik qanunauyğunluqlarıMühazirə

    Absorbsiya prosesinin material balansı, kinetikası və kütlə ötürmə mexanizmi öyrənilir.

  8. 8.
    Absorbsiya prosesinin material balansı,kinetikası.Absorbsiya proseslərinin prinsipial sxemləriMühazirə

    Absorbsiya aparatlarının quruluşu və prinsipial texnoloji sxemləri öyrənilir.

  9. 9.
    Adsorbsiya. Adsorbsiya prosesində tarazlıqMühazirə

    Adsorbsiya prosesi, adsorbentlər və tarazlıq qanunauyğunluqları öyrənilir.

  10. 10.
    Maye-buxar sistemlərində faza tarazılığıMühazirə

    Maye-buxar sistemlərində faza tarazılığı və onun distillə proseslərində tətbiqi öyrənilir.

  11. 11.
    Rektifikasiyanın prinsipləriMühazirə

    Rektifikasiya prosesinin nəzəri əsasları, kolonların iş prinsipi və tətbiqi öyrənilir.

    • Rektifikasiyanı izah edir; Kolonların iş prinsipini izah edir; Rejimləri müqayisə edir; Tətbiq sahələrini müəyyən edir.
  12. 12.
    Ekstraksiya, material balansıMühazirə

    Ekstraksiya prosesinin mahiyyəti, material balansı və tətbiq sahələri öyrənilir.

    • Ekstraksiyanı izah edir; Material balansını qurur; Həlledici seçimini əsaslandırır; Texnoloji sxemləri izah edir.
  13. 13.
    Qarışıqların membranal ayrılması prosesiMühazirə

    Membran texnologiyaları, onların növləri və tətbiq sahələri öyrənilir.

    • Membran proseslərini izah edir; Membran növlərini fərqləndirir; Tətbiq sahələrini müəyyən edir; Üstünlüklərini qiymətləndirir.
  14. 14.
    Membranlar.Membranlaqarışıqların ayrılması prosesinin kinetikasıMühazirə

    Membranların quruluşu, keçiriciliyi və ayırma proseslərinin kinetik qanunauyğunluqları öyrənilir.

    • Membranların quruluşunu izah edir; Kinetik qanunları şərh edir; Keçiriciliyə təsir edən amilləri müəyyən edir; Hesablamalar aparır.
  15. 15.
    Filtrləmə, qaz və maye filtrləri, filtrləyici sentrifuqalarMühazirə

    Filtrləmə prosesi, qaz və maye filtrləri, filtrləyici sentrifuqaların quruluşu, iş prinsipi və tətbiq sahələri öyrənilir

    • Filtrləmə proseslərinin texnologiyasını və istifadə olunan avadanlıqların iş prinsipini mənimsəyir, müxtəlif istehsal şəraitində uyğun filtrasiya üsulunu seçə bilir.

Ədəbiyyat

Ədəbiyyat əlavə edilməyib.

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5