Fənn · Kimya mühəndisliyi

Üzvi sintezin əsasları

İFS-3070y7 kreditPayız semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

7

İş yükü

210saat

Semestr

Payız

Tədris ili

2025-2026

Fənnin təsviri

“Üzvi sintezin əsaslari” fənni üzvi sintezin ümumi metodologiyası, strategiya və taktikası, mono- və polifunksional birləşmələrin sintezinin retrosintetik planlaşdırılması qaydaları və onların dərman, ətirli, qida və dad verən birləşmələr, bitkilərin mühafizəsi vasitələri, feromonlar, boyaqlar və flotomaterialların sintezinin misalında tətbiqi verilir.

Fənn təlim nəticələri

  1. CLO 1: Üzvi sintezin əsas anlayışlarını, metodologiyasını, strategiyasını və taktikasını izah edir.

  2. CLO 2: Mono- və polifunksional üzvi birləşmələrin retrosintetik planlaşdırılmasının prinsiplərini tətbiq edir və sintez marşrutlarını hazırlayır.

  3. CLO 3: Üzvi sintez reaksiyalarını reagentlərin, katalizatorların və reaksiya şəraitinin təsirinə görə təhlil edir və optimal sintez üsulunu seçir.

  4. CLO 4: Dərman preparatları, ətirli maddələr, qida və dad birləşmələri, bitki mühafizə vasitələri, feromonlar, boyalar və flotoreagentlərin sintez proseslərini qiymətləndirir və tətbiq sahələrini əsaslandırır.

  5. CLO 5: Üzvi sintez proseslərini təhlükəsizlik, məhsuldarlıq, iqtisadi səmərəlilik və ətraf mühitin mühafizəsi baxımından qiymətləndirərək uyğun texnoloji həllər təklif edir.

  6. CLO 6: Üzvi sintez üzrə nəzəri bilikləri kimya mühəndisliyi problemlərinin həllində tətbiq edir, sintez nəticələrini təhlil edir və elmi əsaslandırılmış qərarlar qəbul edir.