Ümumi məlumat
- Fənn kodu
- İF-3046y
- Kredit
- 9
- Tələbənin iş yükü
- 270
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) Mühazirə-30 saat b) Seminar-15 saat c) Laboratoriya - 15 saat
- Auditoriyadan kənar saatlar
- a) TSİ-126 saat b) MRTSİ- 84 saat
Fənn haqqında
Kimyəvi termodinanikanın əsasları kimyəvi proseslərin hansı istiqamətdə gedəcəyini, hansı şəraitdə özbaşına baş verəcəyini və enerji baxımından nə dərəcədə əlverişli olduğunu müəyyən etməyə imkan verir. Kimyəvi termodinamikanın predmeti, əsas anlayışları və qanunları öyrənilir. Termodinamik sistem, ətraf mühit, daxili enerji, istilik, iş, entalpiya, entropiya və Gibbs sərbəst enerjisi anlayışları izah edilir. Termodinamikanın I, II və III qanunlarının mahiyyəti, kimyəvi proseslərdə enerji çevrilmələri, istilik effektləri, reaksiyaların özbaşına getmə şərtləri və tarazlıqla əlaqəsi nəzərdən keçirilir. Mövzunun mənimsənilməsi nəticəsində tələbələr kimyəvi reaksiyaların energetikasını təhlil etmək, termodinamik kəmiyyətlərdən istifadə etməklə hesablamalar aparmaq və termodinamikanın qanunlarını kimyəvi proseslərin izahına tətbiq etmək bacarıqlarına yiyələnirlər.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- seminar
- təqdimatlar
- komanda işi
Fənn təlim nəticələri (CLO)
CLO 1: Kimyəvi termodinamikanın əsas anlayışlarını, qanunlarını və prinsiplərini izah edir.
CLO 2: Termodinamik sistemlərdə enerji, istilik, iş, entalpiya, entropiya və Gibbs sərbəst enerjisi anlayışlarını tətbiq edir.
CLO 3: Kimyəvi tarazlıq və faza tarazlığı ilə bağlı termodinamik hesablamaları yerinə yetirir və nəticələri təhlil edir.
CLO 4: Kimya mühəndisliyində rast gəlinən proseslərin termodinamik cəhətdən mümkünlüyünü və səmərəliliyini qiymətləndirir.
CLO 5: Kimyəvi proseslərin layihələndirilməsi və optimallaşdırılmasında termodinamik prinsiplərdən istifadə edərək mühəndislik məsələlərini həll edir.
CLO 6: Ətraf mühit və istehsalat sahələrində baş verən texnoloji prosesləri termodinamik baxımdan əsaslandırır və əldə olunan nəticələri elmi əsaslarla şərh edir.
Mövzu planı
- 1.1.Kimyəvi termodinamikanın predmeti. Termodinamikanın qanunları - Termodinamikanın I qanunuMühazirə
Kimyəvi termodinamika kimyəvi proseslər zamanı enerji çevrilmələrini, istilik effektlərini və sistemlərin tarazlıq vəziyyətini öyrənən fiziki kimyanın əsas bölməsidir. Termodinamikanın qanunları enerji mübadiləsinin ümumi qanunauyğunluqlarını müəyyən edir və kimyəvi reaksiyaların başvermə imkanını qiymətləndirməyə şərait yaradır. Termodinamikanın I qanunu enerjinin saxlanması qanununa əsaslanır və sistemə verilən istiliyin daxili enerjinin dəyişməsinə və sistemin gördüyü işə sərf olunduğunu ifadə edir.
- 1.Kimyəvi termodinamikanın predmetini və əsas anlayışlarını izah edir, termodinamik sistemlərin növlərini və onların xüsusiyyətlərini fərqləndirir.
- 2.Termodinamikanın I qanununu şərh edir, daxili enerji, istilik və iş anlayışları arasındakı əlaqəni izah edərək enerji balansı tənliyini tətbiq edir.
- 3.Kimyəvi proseslərdə enerji çevrilmələrini təhlil edir, termodinamikanın I qanunundan istifadə etməklə istilik effektlərini və enerji dəyişmələrini sadə məsələlər üzərində hesablayır.
- 2.2.Kimyəvi termodinamikanın predmeti. Termodinamikanın qanunları - Termodinamikanın II qanunu Mühazirə
- 3.3.Kimyəvi termodinamikanın pred-meti. Termodinamikanın qanunları - Termodinamikanın III qanunu Mühazirə
- 4.4.Termodinamiki parametrlərin təyini üsulları -Təcrübi təyini üsullarıMühazirə
- 5.5.Termodinamiki parametrlərin təyini üsulları) -Nəzəri təyini üsullarıMühazirə
- 6.6.Kimyəvi potensial. -Parsial və inteqral termodinamiki funksiyalr. Gibbs –Dyugem tənliyiMühazirə
- 7.7. Məhlullar. -Məhlulların əmələ gəlməsinin termodinamik və molekulyar-kinetik şərtləri Mühazirə
- 8.8.İdeal məhlullar və real məhlullar - Raul qanunu və ondan kənara çıxmalarMühazirə
- 9.9.Bir-birində həllolmayan, məhdud həllolan mayelər. -Azeotrop qarışıqlar. Paylanma qanunu, ekstraksiya Mühazirə
- 10.10.Ərintilər. - Ərintilərin əmələgəlmə termodinamiki funksiyalarının analitik ifadələri Mühazirə
- 11.11. Faza tarazlıqlarının termodinamikası. Fiziki və kimyəvi analiz. Faza keçidləri. Fazalar qaydası Bir komponentli sistemlər Mühazirə
- 12.12.Faza diaqramlarının termodinamik modelləşdirilməsi. Maye (likvidus) və bərk faza (solidus) sərhədlərinin termodinamiki modeliMühazirə
- 13.13. Filizlərin emalı. Filiz konsentratlarının oksidləşmə-reduksiya proseslərinin termodinamiki funksiyalarının təyini və modelləşdirlməsi Mühazirə
- 14.14.Maye ərintilərin təbəqələşməsi. -Onun hüdudlarının yüksək temperatur və təzyiqlər üçün hesablanmasıMühazirə
- 15.15. Nanotermodinamika. Nanohissəciklərin termodinamiki parametrlərinin xüsusiyyətləriMühazirə
- 16.1. Termodinamikanın I qanunun kimyəvi reaksiyalara tətbiqi. Hess qanunu Məşğələ
- 17.2.Termodinamikanın I qanunun kimyəvi reaksiyalara tətbiqi. Hess qanunu Məşğələ
- 18.3. İstilik tututumunun temperatur asllılığına əsasın reaksiyanın entalpiyasının təyin Məşğələ
- 19.4. Bərk məhlullar və intermetallidlər.. Onların yarandığı tipik faza diaqramları Məşğələ
- 20.5. Azeotrop qarışıqların faza diaqramlarıMəşğələ
- 21.6.Faza diaqramlarının əsas növləri. Evtektik faz diaqramları. Bərk məhlulların və birləşmələrin əmələ gəlməsi ilə faza diaqramları Məşğələ
- 22.7.Titanomaqnetit filiz konsentratlarının oksidləşmə-reduksiya proseslərinin ermodinamiki funksiyalarının təyini və modelləşdirlməsi Məşğələ
- 23.8. Dəmir qlasterlərin alınmasının termodinamikasıMəşğələ
- 24.1.Maddələrin sintezi. Maddələrin istilik tutumu. İzobar və izoxor istilik tutumlarının təyiniLaboratoriya
- 25.2. Differensial skan termiki analizLaboratoriya
- 26.3.Elektrik hərəkət qüvvəsi üsulu Laboratoriya
- 27.4.Məhlulların xassələri. Krioskopiya və ebuloskopiyaLaboratoriya
- 28.5. İkikomponentli metal ərintilərində likvidusunun təyini Laboratoriya
- 29.6. Kristallaşma temperaturunun təyini Laboratoriya
- 30.Azərbaycanda Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin hakimiyyətiMühazirə
Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin yaranması, idarəçilik sistemi, xarici və daxili siyasəti nəzərdən keçirilir. Bu dövlətlərin Azərbaycan dövlətçilik ənənələrinin inkişafına təsiri və regional siyasi proseslərdə mövqeyi işıqlandırılır.
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |