Fənn · Kimya mühəndisliyi
Kimyəvi termodinamikanın əsasları
Fənn haqqında
Kredit
9
İş yükü
270saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Kimyəvi termodinanikanın əsasları kimyəvi proseslərin hansı istiqamətdə gedəcəyini, hansı şəraitdə özbaşına baş verəcəyini və enerji baxımından nə dərəcədə əlverişli olduğunu müəyyən etməyə imkan verir. Kimyəvi termodinamikanın predmeti, əsas anlayışları və qanunları öyrənilir. Termodinamik sistem, ətraf mühit, daxili enerji, istilik, iş, entalpiya, entropiya və Gibbs sərbəst enerjisi anlayışları izah edilir. Termodinamikanın I, II və III qanunlarının mahiyyəti, kimyəvi proseslərdə enerji çevrilmələri, istilik effektləri, reaksiyaların özbaşına getmə şərtləri və tarazlıqla əlaqəsi nəzərdən keçirilir. Mövzunun mənimsənilməsi nəticəsində tələbələr kimyəvi reaksiyaların energetikasını təhlil etmək, termodinamik kəmiyyətlərdən istifadə etməklə hesablamalar aparmaq və termodinamikanın qanunlarını kimyəvi proseslərin izahına tətbiq etmək bacarıqlarına yiyələnirlər.
Fənn təlim nəticələri
CLO 1: Kimyəvi termodinamikanın əsas anlayışlarını, qanunlarını və prinsiplərini izah edir.
CLO 2: Termodinamik sistemlərdə enerji, istilik, iş, entalpiya, entropiya və Gibbs sərbəst enerjisi anlayışlarını tətbiq edir.
CLO 3: Kimyəvi tarazlıq və faza tarazlığı ilə bağlı termodinamik hesablamaları yerinə yetirir və nəticələri təhlil edir.
CLO 4: Kimya mühəndisliyində rast gəlinən proseslərin termodinamik cəhətdən mümkünlüyünü və səmərəliliyini qiymətləndirir.
CLO 5: Kimyəvi proseslərin layihələndirilməsi və optimallaşdırılmasında termodinamik prinsiplərdən istifadə edərək mühəndislik məsələlərini həll edir.
CLO 6: Ətraf mühit və istehsalat sahələrində baş verən texnoloji prosesləri termodinamik baxımdan əsaslandırır və əldə olunan nəticələri elmi əsaslarla şərh edir.