Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
“Üzvi kimya” fənni aşağıdakı mövzular üz¬rə tədris olunur: Üzvi birləşmələrin təsnifata ayrılmasını, əsas sinif üzvi birləşmələrin nomenklaturasını, alınma üsullarını, fiziki və kimyəvi xassələrini, üzvi maddələrin molekulyar, struktur və elektron quruluşlarını, izomerliyi, üzvi birləşmələrin fəza quruluşlarını, üzvi birləşmələrin sənayedə alınma üsullarını və onların tətbiqini, üzvi birləşmələrdə əvəzləyicilərin elektron effektlərini, üzvi birləşmələrin quruluşunun təyinində müasir fiziki-kimyəvi üsullardan istifadə edilməsi.
Fənn təlim nəticələri
CLO 1: Üzvi birləşmələrin təsnifatını, nomenklaturasını, molekulyar quruluşunu və əsas siniflərinin fiziki-kimyəvi xassələrini izah edir.
CLO 2: Üzvi birləşmələrin alınma üsullarını, kimyəvi çevrilmələrini və reaksiya mexanizmlərini təhlil edir.
CLO 3: Üzvi birləşmələrdə izomerlik, fəza quruluşu və elektron effektlərinin maddələrin xassələrinə və reaksiyaya girmə qabiliyyətinə təsirini qiymətləndirir.
CLO 4: Üzvi birləşmələrin quruluşunun müəyyən edilməsində müasir fiziki-kimyəvi analiz üsullarından istifadə edir və əldə olunan nəticələri şərh edir.
CLO 5: Müxtəlif sənaye prosesləri üçün uyğun üzvi birləşmələrin alınma texnologiyalarını və tətbiq sahələrini seçərək əsaslandırır.
CLO 6: Üzvi kimya üzrə nəzəri bilikləri kimya mühəndisliyi problemlərinin həllində tətbiq edir və eksperimental nəticələr əsasında elmi əsaslandırılmış qərarlar qəbul edir.