Fənn · İnformasiya Texnologiyaları

İnformasiya texnologiyalarının əsaslarıMövzu planı

İF-40127y8 kreditPayız semestriMəcburi1

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

8 mövzu
  1. 1. Kompüterlərin əsas aparat hissələri

    Mühazirə

    Bu mövzu kompüterlərin yaranma tarixindən başlayaraq bu günə qədər keçdiyi inkişaf mərhələləri, texnoloji yeniliklər və kompüter nəsilləri və növləri araşdırılır. Mövzu çərçivəsində çərçivəsində tələbələr kompüterin daxili və xarici qurğularını, onların funksiyalarını, qarşılıqlı əlaqələrini və ümumi sistem fəaliyyətinə təsirlərini anlayacaqlar. Həmçinin müasir kompüter arxitekturası, texniki göstəricilər və texnologiyaların müqayisəsi də mövzunun tərkibinə daxildir.

    Mənbəyə keç: Kompüterlərin əsas aparat hissələri (yeni pəncərədə açılır)
  2. 2. Verilənlərin təsviri və say sistemləri

    Mühazirə

    Say sistemləri rəqəmlərin yazılmasında istifadə olunan simvollardan və qaydalardan ibarət sistemlərdir. Bu mövzuda tələbələr onluq (decimal), ikilik (binary), səkkizlik (octal) və onaltılıq (hexadecimal) ədədi sistemlərlə tanış olur, bu sistemlər arasında çevirmə qaydalarını və onların kompüter texnologiyalarındakı əhəmiyyətini öyrənirlər.

    Mənbəyə keç: Verilənlərin təsviri və say sistemləri (yeni pəncərədə açılır)
  3. 3. Proqram təminatı və təsnifatı

    Mühazirə

    Computer Software — kompüter sisteminin işləməsi və istifadəçi ilə qarşılıqlı əlaqə yaratması üçün nəzərdə tutulmuş proqramlar və əmrlər toplusudur. Bu mövzuda tələbələr kompüter proqram təminatının növlərini, funksiyalarını, iş prinsiplərini və tərtibetmə proseslərini öyrənirlər

    Mənbəyə keç: Proqram təminatı və təsnifatı (yeni pəncərədə açılır)
  4. 4. Əməliyyat sistemləri və fayl strukturu

    Mühazirə

    Bu mövzu əməliyyat sistemlərinin (Operating Systems) əsas prinsiplərini, funksiyalarını və onların daxilində fayl quruluşu (File Structure) anlayışını əhatə edir. Əsas məqsəd tələbələrə əməliyyat sistemlərinin quruluşu, iş prinsipləri və fayl idarəetmə mexanizmləri barədə praktiki və nəzəri biliklər verməkdir.

    Mənbəyə keç: Əməliyyat sistemləri və fayl strukturu (yeni pəncərədə açılır)
  5. 5. Ms word-də strukturlaşdırılmış sənədlər hazırlanması

    Mühazirə

    Bu mövzuda tələbələr Microsoft Word proqramının əsas funksiyaları və iş prinsipləri ilə tanış olurlar. Mühazirədə sənəd yaradılması, mətnin redaktəsi və formatlanması, cədvəllər və şəkillərlə işləmə, səhifə tərtibatı, avtomatik siyahılar, orfoqrafik yoxlama, səhifə nömrələmə və sənədlərin çap üçün hazırlanması mövzuları əhatə olunur. Tələbələr həm nəzəri, həm də praktiki tapşırıqlar vasitəsilə peşəkar və səliqəli sənədlər hazırlama bacarığı qazanırlar.

    Mənbəyə keç: Ms word-də strukturlaşdırılmış sənədlər hazırlanması (yeni pəncərədə açılır)
  6. 6. Ms powerpoint-də təqdimatların hazırlanması

    Mühazirə

    MS PowerPoint – təqdimatların hazırlanması və nümayişi üçün Microsoft tərəfindən yaradılmış proqramdır. İstifadəçilərə slaydlar vasitəsilə mətn, şəkil, cədvəl, diaqram, audio və video kimi müxtəlif multimedia elementlərini birləşdirərək vizual və interaktiv təqdimatlar qurmaq imkanı verir. Təhsil, biznes və elmi fəaliyyətlərdə məlumatı aydın, təsirli və strukturlaşdırılmış şəkildə təqdim etmək üçün geniş istifadə olunur.

    Mənbəyə keç: Ms powerpoint-də təqdimatların hazırlanması (yeni pəncərədə açılır)
  7. 7. Verilənlər bazasının əsasları

    Mühazirə

    Bu mövzuda tələbələr Verilənlər bazası konsepsiyası proqramı ilə tanış olurlar. Onlar verilənlər bazası idarəetmə sistemlərinin (VBİS) əsas anlayışlarını, onun əsas komponentlərini və funksiyalarını öyrənir, həmçinin praktiki olaraq cədvəllər, sorğular, formalar və hesabatlar yaratmağı mənimsəyirlər. Mövzu, məlumatların səmərəli idarə olunması və təhlili üçün (VBİS) -in imkanlarını əhatə edir və tələbələrin verilənlər bazası layihələrini hazırlamaq bacarıqlarını inkişaf etdirir.

    Mənbəyə keç: Verilənlər bazasının əsasları (yeni pəncərədə açılır)
  8. 8. Kompüter şəbəkələri

    Mühazirə

    Bu mövzu kompüter şəbəkələriniin əsaslarını əhatə edir. Burada tələbələrə kompüterlərin və digər cihazların necə bir-birinə qoşulduğu, məlumatların necə ötürüldüyü və paylaşdığı izah edilir. Eyni zamanda, şəbəkə növləri (LAN, WAN və s.), əsas şəbəkə komponentləri (server, router, switch), və internetin strukturu ilə bağlı fundamental anlayışlar təqdim olunur. Mövzu çərçivəsində həmçinin, internetdə məlumat ötürülməsini təmin edən protokollar (TCP/IP) və onların rolu izah edilir.

    Mənbəyə keç: Kompüter şəbəkələri (yeni pəncərədə açılır)