Ümumi məlumat
- Fənn kodu
- İF-40127y
- Kredit
- 8
- Tələbənin iş yükü
- 4
- Semestr
- Payız semestri
- Akademik il
- 1
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 40 saat - mühazirə b) 30 saat - seminar
Fənn haqqında
"İnformasiya Texnologiyalarının əsasları" fənni İnformasiya Texnologiyaları (İT) ixtisasında təhsil alan tələbələrə müasir kompüter sistemləri və İT-nin əsas anlayışlarını, arxitekturasını və tətbiq sahələrini öyrətmək məqsədi daşıyır. Fənn çərçivəsində tələbələr kompüterin arxitekturu, say sistemləri, əməliyyat sistemləri, əsas tətbiqi proqram təminatı, verilənlər bazası sistemləri, kompüter şəbəkələri,, internet, veb, bulud texnologiyaları, informasiya təhlükəsizliyi və süni intellekt kimi mövzularla tanış olurlar. Həmçinin, tələbələr mühəndislik sahəsində geniş istifadə olunan proqram təminatları ilə praktiki bacarıqlar qazanır, informasiya texnologiyalarının mühəndislik problemlərinin həllində necə tətbiq olunduğunu öyrənirlər.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- seminar
- təqdimatlar
- layihə əsaslı öyrənmə
Fənn təlim nəticələri (CLO)
CLO 1: İnformasiya texnologiyalarının əsas anlayışlarını, inkişaf mərhələlərini və tətbiq sahələrini izah edir.
CLO 2: Kompüter sisteminin əsas aparat (hardware) və proqram (software) komponentlərini fərqləndirir və onların funksiyalarını təsvir edir.
CLO 3: Əməliyyat sistemlərinin təyinatını və əsas imkanlarını izah edir, istifadəçi səviyyəsində əməliyyatları yerinə yetirir.
CLO 4: Kompüter şəbəkələrinin və internet texnologiyalarının əsas prinsiplərini izah edir.
CLO 5: Elektron poçt, bulud xidmətləri və digər rəqəmsal kommunikasiya vasitələrindən səmərəli istifadə edir.
CLO 6: Mətn prosessorları, elektron cədvəllər və təqdimat proqramları ilə əsas iş əməliyyatlarını yerinə yetirir.
CLO 7: Məlumatların saxlanılması, emalı və idarə olunmasının əsas prinsiplərini izah edir.
CLO 8: İnformasiya təhlükəsizliyi, məxfilik və kibertəhlükəsizliklə bağlı əsas qaydalara əməl edir.
CLO 9: Müasir informasiya texnologiyalarının cəmiyyətə, təhsilə və peşə fəaliyyətinə təsirini qiymətləndirir.
CLO 10: Müxtəlif mənbələrdən rəqəmsal məlumatları axtarır, seçir, təhlil edir və etik qaydalara uyğun istifadə edir.
Mövzu planı
- 1.Kompüterlərin əsas aparat hissələriMühazirə
Bu mövzu kompüterlərin yaranma tarixindən başlayaraq bu günə qədər keçdiyi inkişaf mərhələləri, texnoloji yeniliklər və kompüter nəsilləri və növləri araşdırılır. Mövzu çərçivəsində çərçivəsində tələbələr kompüterin daxili və xarici qurğularını, onların funksiyalarını, qarşılıqlı əlaqələrini və ümumi sistem fəaliyyətinə təsirlərini anlayacaqlar. Həmçinin müasir kompüter arxitekturası, texniki göstəricilər və texnologiyaların müqayisəsi də mövzunun tərkibinə daxildir.
- 2.Verilənlərin təsviri və say sistemləriMühazirə
Say sistemləri rəqəmlərin yazılmasında istifadə olunan simvollardan və qaydalardan ibarət sistemlərdir. Bu mövzuda tələbələr onluq (decimal), ikilik (binary), səkkizlik (octal) və onaltılıq (hexadecimal) ədədi sistemlərlə tanış olur, bu sistemlər arasında çevirmə qaydalarını və onların kompüter texnologiyalarındakı əhəmiyyətini öyrənirlər.
- 3.Proqram təminatı və təsnifatıMühazirə
Computer Software — kompüter sisteminin işləməsi və istifadəçi ilə qarşılıqlı əlaqə yaratması üçün nəzərdə tutulmuş proqramlar və əmrlər toplusudur. Bu mövzuda tələbələr kompüter proqram təminatının növlərini, funksiyalarını, iş prinsiplərini və tərtibetmə proseslərini öyrənirlər
- 4.Əməliyyat sistemləri və fayl strukturuMühazirə
Bu mövzu əməliyyat sistemlərinin (Operating Systems) əsas prinsiplərini, funksiyalarını və onların daxilində fayl quruluşu (File Structure) anlayışını əhatə edir. Əsas məqsəd tələbələrə əməliyyat sistemlərinin quruluşu, iş prinsipləri və fayl idarəetmə mexanizmləri barədə praktiki və nəzəri biliklər verməkdir.
- 5.Ms word-də strukturlaşdırılmış sənədlər hazırlanmasıMühazirə
Bu mövzuda tələbələr Microsoft Word proqramının əsas funksiyaları və iş prinsipləri ilə tanış olurlar. Mühazirədə sənəd yaradılması, mətnin redaktəsi və formatlanması, cədvəllər və şəkillərlə işləmə, səhifə tərtibatı, avtomatik siyahılar, orfoqrafik yoxlama, səhifə nömrələmə və sənədlərin çap üçün hazırlanması mövzuları əhatə olunur. Tələbələr həm nəzəri, həm də praktiki tapşırıqlar vasitəsilə peşəkar və səliqəli sənədlər hazırlama bacarığı qazanırlar.
- 6.Ms powerpoint-də təqdimatların hazırlanmasıMühazirə
MS PowerPoint – təqdimatların hazırlanması və nümayişi üçün Microsoft tərəfindən yaradılmış proqramdır. İstifadəçilərə slaydlar vasitəsilə mətn, şəkil, cədvəl, diaqram, audio və video kimi müxtəlif multimedia elementlərini birləşdirərək vizual və interaktiv təqdimatlar qurmaq imkanı verir. Təhsil, biznes və elmi fəaliyyətlərdə məlumatı aydın, təsirli və strukturlaşdırılmış şəkildə təqdim etmək üçün geniş istifadə olunur.
- 7.Verilənlər bazasının əsaslarıMühazirə
Bu mövzuda tələbələr Verilənlər bazası konsepsiyası proqramı ilə tanış olurlar. Onlar verilənlər bazası idarəetmə sistemlərinin (VBİS) əsas anlayışlarını, onun əsas komponentlərini və funksiyalarını öyrənir, həmçinin praktiki olaraq cədvəllər, sorğular, formalar və hesabatlar yaratmağı mənimsəyirlər. Mövzu, məlumatların səmərəli idarə olunması və təhlili üçün (VBİS) -in imkanlarını əhatə edir və tələbələrin verilənlər bazası layihələrini hazırlamaq bacarıqlarını inkişaf etdirir.
- 8.Kompüter şəbəkələriMühazirə
Bu mövzu kompüter şəbəkələriniin əsaslarını əhatə edir. Burada tələbələrə kompüterlərin və digər cihazların necə bir-birinə qoşulduğu, məlumatların necə ötürüldüyü və paylaşdığı izah edilir. Eyni zamanda, şəbəkə növləri (LAN, WAN və s.), əsas şəbəkə komponentləri (server, router, switch), və internetin strukturu ilə bağlı fundamental anlayışlar təqdim olunur. Mövzu çərçivəsində həmçinin, internetdə məlumat ötürülməsini təmin edən protokollar (TCP/IP) və onların rolu izah edilir.
Ədəbiyyat
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |