Fənn · İnformasiya Texnologiyaları
İnformasiya texnologiyalarının əsasları
Fənn haqqında
Kredit
8
İş yükü
4saat
Semestr
Payız
Tədris ili
1
Fənnin təsviri
"İnformasiya Texnologiyalarının əsasları" fənni İnformasiya Texnologiyaları (İT) ixtisasında təhsil alan tələbələrə müasir kompüter sistemləri və İT-nin əsas anlayışlarını, arxitekturasını və tətbiq sahələrini öyrətmək məqsədi daşıyır. Fənn çərçivəsində tələbələr kompüterin arxitekturu, say sistemləri, əməliyyat sistemləri, əsas tətbiqi proqram təminatı, verilənlər bazası sistemləri, kompüter şəbəkələri,, internet, veb, bulud texnologiyaları, informasiya təhlükəsizliyi və süni intellekt kimi mövzularla tanış olurlar. Həmçinin, tələbələr mühəndislik sahəsində geniş istifadə olunan proqram təminatları ilə praktiki bacarıqlar qazanır, informasiya texnologiyalarının mühəndislik problemlərinin həllində necə tətbiq olunduğunu öyrənirlər.
Fənn təlim nəticələri
CLO 1: İnformasiya texnologiyalarının əsas anlayışlarını, inkişaf mərhələlərini və tətbiq sahələrini izah edir.
CLO 2: Kompüter sisteminin əsas aparat (hardware) və proqram (software) komponentlərini fərqləndirir və onların funksiyalarını təsvir edir.
CLO 3: Əməliyyat sistemlərinin təyinatını və əsas imkanlarını izah edir, istifadəçi səviyyəsində əməliyyatları yerinə yetirir.
CLO 4: Kompüter şəbəkələrinin və internet texnologiyalarının əsas prinsiplərini izah edir.
CLO 5: Elektron poçt, bulud xidmətləri və digər rəqəmsal kommunikasiya vasitələrindən səmərəli istifadə edir.
CLO 6: Mətn prosessorları, elektron cədvəllər və təqdimat proqramları ilə əsas iş əməliyyatlarını yerinə yetirir.
CLO 7: Məlumatların saxlanılması, emalı və idarə olunmasının əsas prinsiplərini izah edir.
CLO 8: İnformasiya təhlükəsizliyi, məxfilik və kibertəhlükəsizliklə bağlı əsas qaydalara əməl edir.
CLO 9: Müasir informasiya texnologiyalarının cəmiyyətə, təhsilə və peşə fəaliyyətinə təsirini qiymətləndirir.
CLO 10: Müxtəlif mənbələrdən rəqəmsal məlumatları axtarır, seçir, təhlil edir və etik qaydalara uyğun istifadə edir.