Fənn · İnformasiya təhlükəsizliyi

Əməliyyat sistemləriMövzu planı

İF-2206y5 kreditPayız semestriMəcburi2

Mövzu planı

Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.

13 mövzu
  1. 1. Əməliyyat sistemlərinə giriş

    Mühazirə

    Bu mövzuda tələbələr proqram təminatının əsas anlayışları, təyinatı və təsnifatı ilə tanış olurlar. Əməliyyat sistemi anlayışı, onun kompüter sistemində rolu və əsas funksiyaları ətraflı izah edilir. Həmçinin əməliyyat sistemlərinin müxtəlif meyarlara görə təsnifatı, istifadə sahələri və fərqli növlərinin xüsusiyyətləri təqdim olunur.

  2. 2. Windows əməliyyat sistemləri

    Mühazirə

    əməliyyat sistemləri Windows əməliyyat sistemlərinin əsas komponentləri, arxitekturası, fayl sistemi, istifadəçi və qrup idarəetməsi, proseslər, xidmətlər, sistem resursları və sistem konfiqurasiyası araşdırılır. Windows mühitində təhlükəsizlik mexanizmləri, girişə nəzarət, təhlükəsizlik siyasətləri, hadisə jurnalları və sistemin monitorinqi haqqında məlumat verilir.

    Mövzu təlim nəticələri

    • • CLO1: Explains the key characteristics of the main periods of Azerbaijani history.
    • • CLO2: Clarifies selected controversial issues in Azerbaijani history.
    • • CLO3: Develops an objective position on relevant historical issues.
    • • CLO4: Demonstrates the required basic knowledge and formulates independent views on course topics.
    • • CLO5:Relates Azerbaijan's ancient history to the modern era.
  3. 3. Şəbəkə əməliyyat sistemləri. Linux ƏS

    Mühazirə

    Bu mövzuda tələbələr şəbəkə əməliyyat sistemlərinin təyinatı, funksiyaları və istifadə sahələri ilə tanış olurlar. Unix və GNU/Linux əməliyyat sistemlərinin yaranması, arxitekturası və əsas xüsusiyyətləri izah edilir. Linux nüvəsinin (kernel) rolu, məşhur Linux distributivləri və informasiya təhlükəsizliyi sahəsində geniş istifadə olunan Kali Linux distributivi haqqında məlumat verilir. Həmçinin Linux əməliyyat sistemində fayl sistemi, istifadəçi idarəetməsi və sistem inzibatçılığı üçün vacib komanda sətri əmrləri təqdim olunur.

  4. 4. Fayl sistemi və onun təşkili

    Mühazirə

    Bu mövzuda tələbələr fayl sistemi anlayışı, onun quruluşu və əməliyyat sistemindəki rolu ilə tanış olurlar. Fayl anlayışı, fayl strukturları və müxtəlif fayl sistemi növlərinin xüsusiyyətləri izah edilir. Əməliyyat sisteminin fayl idarəçiliyi üzrə əsas vəzifələri, fayl və qovluqların yaradılması, saxlanılması, təşkili və onlara girişin idarə edilməsi prinsipləri təqdim olunur. Həmçinin fayl sisteminin iyerarxik quruluşu, kataloq strukturu və faylların təşkil olunma qaydaları ətraflı nəzərdən keçirilir.

  5. 5. Proseslər və onların idarə olunması

    Mühazirə

    Bu mövzuda tələbələr əməliyyat sistemlərində proses anlayışı və proseslərin idarə olunması prinsipləri ilə tanış olurlar. Prosesin əsas komponentləri, yaradılması və idarə edilməsi əməliyyatları, eləcə də prosesin həyat dövrünün mərhələləri (creation, running, waiting, termination) ətraflı izah edilir. Həmçinin proseslərarası kommunikasiya (Inter-Process Communication – IPC) mexanizmləri və CPU Scheduler-in proseslərin planlaşdırılmasındakı rolu təqdim olunur.

  6. 6. Thread-lərin idarə olunması və multithreading arxitekturası

    Mühazirə

    Bu mövzuda tələbələr thread anlayışı, onun prosesdən fərqləri və müasir əməliyyat sistemlərində çoxaxınlı (multithreading) proqramlaşdırmanın prinsipləri ilə tanış olurlar. Çoxnüvəli proqramlaşdırmanın üstünlükləri və qarşıya çıxan çətinliklər, paralel emalın əsas növləri, multithreading modelləri və thread kitabxanalarının funksiyaları izah edilir. Həmçinin Windows və Linux əməliyyat sistemlərində thread-lərin idarə olunma mexanizmləri və onların xüsusiyyətləri müqayisəli şəkildə təqdim olunur.

  7. 7. Prosesin sinxronizasiyası

    Mühazirə

    Bu mövzuda tələbələr əməliyyat sistemlərində proses və thread-lərin sinxronizasiyası prinsipləri ilə tanış olurlar. Sinxronizasiyanın məqsədi, kritik bölmə (critical section) problemi və paylaşılan resurslara təhlükəsiz girişin təmin edilməsi üsulları izah edilir. Semaforlar, mutekslər (mutex), monitorlar və digər sinxronizasiya mexanizmlərinin iş prinsipləri, həmçinin istehsalçı–istehlakçı, oxucular–yazıçılar və filosofların şam yeməyi kimi klassik sinxronizasiya problemləri nümunələr əsasında təqdim olunur.

  8. 8. Deadlock-lar və onların idarə olunması

    Mühazirə

    Bu mövzuda tələbələr əməliyyat sistemlərində deadlock (kilidlənmə) anlayışı, yaranma səbəbləri və onun sistemin fəaliyyətinə təsiri ilə tanış olurlar. Deadlock-un yaranması üçün zəruri şərtlər, onun aşkarlanması, qarşısının alınması, yayınma (avoidance) və aradan qaldırılması metodları ətraflı izah edilir. Həmçinin resursların idarə olunması zamanı deadlock hallarının təhlili və onların həlli üçün istifadə olunan əsas yanaşmalar təqdim olunur.

  9. 9. Yaddaşın idarə olunması

    Mühazirə

    Bu mövzuda tələbələr əməliyyat sistemlərində yaddaşın idarə olunması prinsipləri və yaddaş resurslarının səmərəli istifadəsi ilə tanış olurlar. Yaddaşın növləri, fiziki və virtual yaddaş anlayışları, əməliyyat sisteminin yaddaşın idarə edilməsindəki funksiyaları izah edilir. Həmçinin yaddaşın paylanması alqoritmləri, swapping, segmentation və paging mexanizmlərinin iş prinsipləri, üstünlükləri və məhdudiyyətləri ətraflı təqdim olunur.

  10. 10. Virtuallaşdırma texnologiyaları

    Mühazirə

    Bu mövzuda tələbələr virtuallaşdırma texnologiyalarının əsas anlayışları və müasir informasiya sistemlərində tətbiqi ilə tanış olurlar. Virtuallaşdırmanın məqsədi, üstünlükləri və əsas növləri izah edilir. Həmçinin virtual maşınlar və konteynerlərin iş prinsipləri, onların fərqləri və istifadə sahələri, eləcə də Type-1 və Type-2 hypervisor-ların arxitekturası və xüsusiyyətləri müqayisəli şəkildə təqdim olunur.

  11. 11. Mobil əməliyyat sistemləri və müasir ƏS tendensiyaları

    Mühazirə

    Bu mövzuda tələbələr mobil əməliyyat sistemlərinin əsas xüsusiyyətləri, arxitekturası və istifadə sahələri ilə tanış olurlar. Mobil əməliyyat sistemlərinin növləri, onların funksional imkanları, təhlükəsizlik xüsusiyyətləri və resursların idarə olunması prinsipləri izah edilir. Həmçinin müasir əməliyyat sistemlərinin inkişaf tendensiyaları, bulud əsaslı xidmətlərlə inteqrasiya, virtuallaşdırma, konteynerləşdirmə, süni intellekt dəstəyi və təhlükəsizlik yönümlü yeniliklər haqqında ümumi məlumat təqdim olunur.

  12. 12. Əməliyyat sistemlərində giriş-çıxış sistemləri

    Mühazirə

    Bu mövzuda tələbələr əməliyyat sistemlərində giriş-çıxış (I/O) sistemlərinin quruluşu və iş prinsipləri ilə tanış olurlar. Giriş-çıxış aparat təminatının əsas komponentləri, giriş-çıxış qurğularının təsnifatı və onların əməliyyat sistemi ilə qarşılıqlı əlaqəsi izah edilir. Həmçinin giriş-çıxış əməliyyatlarının idarə olunması, qurğu sürücülərinin (device drivers) rolu və müasir giriş-çıxış sistemlərinin əsas xüsusiyyətləri təqdim olunur.

  13. 13. Əməliyyat sistemlərində təhlükəsizliyin təmin edilməsi

    Mühazirə

    Bu mövzuda tələbələr əməliyyat sistemlərində təhlükəsizliyin təmin olunması prinsipləri və əsas müdafiə mexanizmləri ilə tanış olurlar. Əməliyyat sistemləri üçün təhlükəsizlik tələbləri, sistem və şəbəkə səviyyəsində mövcud olan təhdidlər, eləcə də bu təhdidlərin qarşısının alınması üsulları izah edilir. Həmçinin istifadəçi identifikasiyası və autentifikasiya mexanizmləri, şifrələmə üsulları, girişə nəzarət prinsipləri və sistemlərin qorunmasında firewall texnologiyalarının rolu ətraflı təqdim olunur.