Fənn haqqında
Kredit
5
İş yükü
21saat
Semestr
Payız
Tədris ili
2
Fənnin təsviri
“Əməliyyat sistemləri” fənni müasir əməliyyat sistemlərinin əsas anlayışlarını, quruluşunu və iş prinsiplərini əhatə edir. Fənn proseslərin və yaddaşın idarə edilməsi, fayl sistemləri, giriş-çıxış əməliyyatları, resursların bölüşdürülməsi və sistem təhlükəsizliyi kimi əsas mövzuların öyrənilməsini təmin edir. Tələbələr əməliyyat sistemlərinin aparat və proqram təminatı resurslarını necə idarə etdiyini və tətbiqi proqramlara zəruri xidmətləri necə təqdim etdiyini öyrənirlər. Kurs çərçivəsində Linux və Windows kimi müasir əməliyyat sistemlərinin iş prinsipləri və praktiki istifadə xüsusiyyətləri nəzərdən keçirilir.
Fənn təlim nəticələri
CLO 1: Fərqli əməliyyat sistemləri, onların fərqlərini və tətbiq sahələrini fərqləndirməyi bacarır.
CLO 2: Proseslər arasında məlumat mübadiləsi mexanizmlərini, proseslərin paralel emalının prinsiplərini bilir.
CLO 3: Əməliyyat sisteminin yaddaşı necə idarə etdiyini, yaddaşdakı məlumata əsasən araşdırma aparma üsul və alətlərindən istifadəni bacarır
CLO 4: Fərqli əməliyyat sistemlərində fayl sistemi və giriş/çıxış mexanizmlərinin arxitekturasını bilir, proqramlaşdırma interfeysləri vasitəsilə onlardan yararlanmağın qaydalarını bilir
CLO 5: Əməliyyat sistemlərində əsas təhlükəsizlik mexanizmləri və səlahiyyət bölgülərininin prinsiplərini bilir.