Fənn · İnformasiya təhlükəsizliyi

Əməliyyat sistemləriSillabus

İF-2206y5 kreditPayız semestriMəcburi2

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF-2206y
Kredit
5
Tələbənin iş yükü
21
Semestr
Payız semestri
Akademik il
2
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) 30 saat - Mühazirə b) 30 saat - Laboratoriya
Auditoriyadan kənar saatlar
a) 20 saat – sərbəst iş b) 1 saat- layihə işi və ya məsləhət saatı və s.

Fənn haqqında

“Əməliyyat sistemləri” fənni müasir əməliyyat sistemlərinin əsas anlayışlarını, quruluşunu və iş prinsiplərini əhatə edir. Fənn proseslərin və yaddaşın idarə edilməsi, fayl sistemləri, giriş-çıxış əməliyyatları, resursların bölüşdürülməsi və sistem təhlükəsizliyi kimi əsas mövzuların öyrənilməsini təmin edir. Tələbələr əməliyyat sistemlərinin aparat və proqram təminatı resurslarını necə idarə etdiyini və tətbiqi proqramlara zəruri xidmətləri necə təqdim etdiyini öyrənirlər. Kurs çərçivəsində Linux və Windows kimi müasir əməliyyat sistemlərinin iş prinsipləri və praktiki istifadə xüsusiyyətləri nəzərdən keçirilir.

Tədris metodları

  • laboratoriya işi
  • mühazirə
  • təqdimatlar
  • interaktiv müzakirə
  • seminar
  • layihə əsaslı öyrənmə
  • problem-based learning
  • case study
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Fərqli əməliyyat sistemləri, onların fərqlərini və tətbiq sahələrini fərqləndirməyi bacarır.

  2. CLO 2: Proseslər arasında məlumat mübadiləsi mexanizmlərini, proseslərin paralel emalının prinsiplərini bilir.

  3. CLO 3: Əməliyyat sisteminin yaddaşı necə idarə etdiyini, yaddaşdakı məlumata əsasən araşdırma aparma üsul və alətlərindən istifadəni bacarır

  4. CLO 4: Fərqli əməliyyat sistemlərində fayl sistemi və giriş/çıxış mexanizmlərinin arxitekturasını bilir, proqramlaşdırma interfeysləri vasitəsilə onlardan yararlanmağın qaydalarını bilir

  5. CLO 5: Əməliyyat sistemlərində əsas təhlükəsizlik mexanizmləri və səlahiyyət bölgülərininin prinsiplərini bilir.

Mövzu planı

  1. 1.
    Əməliyyat sistemlərinə girişMühazirə

    Bu mövzuda tələbələr proqram təminatının əsas anlayışları, təyinatı və təsnifatı ilə tanış olurlar. Əməliyyat sistemi anlayışı, onun kompüter sistemində rolu və əsas funksiyaları ətraflı izah edilir. Həmçinin əməliyyat sistemlərinin müxtəlif meyarlara görə təsnifatı, istifadə sahələri və fərqli növlərinin xüsusiyyətləri təqdim olunur.

  2. 2.
    Windows əməliyyat sistemləriMühazirə

    əməliyyat sistemləri Windows əməliyyat sistemlərinin əsas komponentləri, arxitekturası, fayl sistemi, istifadəçi və qrup idarəetməsi, proseslər, xidmətlər, sistem resursları və sistem konfiqurasiyası araşdırılır. Windows mühitində təhlükəsizlik mexanizmləri, girişə nəzarət, təhlükəsizlik siyasətləri, hadisə jurnalları və sistemin monitorinqi haqqında məlumat verilir.

    • • CLO1: Explains the key characteristics of the main periods of Azerbaijani history.
    • • CLO2: Clarifies selected controversial issues in Azerbaijani history.
    • • CLO3: Develops an objective position on relevant historical issues.
    • • CLO4: Demonstrates the required basic knowledge and formulates independent views on course topics.
    • • CLO5:Relates Azerbaijan's ancient history to the modern era.
  3. 3.
    Şəbəkə əməliyyat sistemləri. Linux ƏSMühazirə

    Bu mövzuda tələbələr şəbəkə əməliyyat sistemlərinin təyinatı, funksiyaları və istifadə sahələri ilə tanış olurlar. Unix və GNU/Linux əməliyyat sistemlərinin yaranması, arxitekturası və əsas xüsusiyyətləri izah edilir. Linux nüvəsinin (kernel) rolu, məşhur Linux distributivləri və informasiya təhlükəsizliyi sahəsində geniş istifadə olunan Kali Linux distributivi haqqında məlumat verilir. Həmçinin Linux əməliyyat sistemində fayl sistemi, istifadəçi idarəetməsi və sistem inzibatçılığı üçün vacib komanda sətri əmrləri təqdim olunur.

  4. 4.
    Fayl sistemi və onun təşkiliMühazirə

    Bu mövzuda tələbələr fayl sistemi anlayışı, onun quruluşu və əməliyyat sistemindəki rolu ilə tanış olurlar. Fayl anlayışı, fayl strukturları və müxtəlif fayl sistemi növlərinin xüsusiyyətləri izah edilir. Əməliyyat sisteminin fayl idarəçiliyi üzrə əsas vəzifələri, fayl və qovluqların yaradılması, saxlanılması, təşkili və onlara girişin idarə edilməsi prinsipləri təqdim olunur. Həmçinin fayl sisteminin iyerarxik quruluşu, kataloq strukturu və faylların təşkil olunma qaydaları ətraflı nəzərdən keçirilir.

  5. 5.
    Proseslər və onların idarə olunmasıMühazirə

    Bu mövzuda tələbələr əməliyyat sistemlərində proses anlayışı və proseslərin idarə olunması prinsipləri ilə tanış olurlar. Prosesin əsas komponentləri, yaradılması və idarə edilməsi əməliyyatları, eləcə də prosesin həyat dövrünün mərhələləri (creation, running, waiting, termination) ətraflı izah edilir. Həmçinin proseslərarası kommunikasiya (Inter-Process Communication – IPC) mexanizmləri və CPU Scheduler-in proseslərin planlaşdırılmasındakı rolu təqdim olunur.

  6. 6.
    Thread-lərin idarə olunması və multithreading arxitekturasıMühazirə

    Bu mövzuda tələbələr thread anlayışı, onun prosesdən fərqləri və müasir əməliyyat sistemlərində çoxaxınlı (multithreading) proqramlaşdırmanın prinsipləri ilə tanış olurlar. Çoxnüvəli proqramlaşdırmanın üstünlükləri və qarşıya çıxan çətinliklər, paralel emalın əsas növləri, multithreading modelləri və thread kitabxanalarının funksiyaları izah edilir. Həmçinin Windows və Linux əməliyyat sistemlərində thread-lərin idarə olunma mexanizmləri və onların xüsusiyyətləri müqayisəli şəkildə təqdim olunur.

  7. 7.
    Prosesin sinxronizasiyasıMühazirə

    Bu mövzuda tələbələr əməliyyat sistemlərində proses və thread-lərin sinxronizasiyası prinsipləri ilə tanış olurlar. Sinxronizasiyanın məqsədi, kritik bölmə (critical section) problemi və paylaşılan resurslara təhlükəsiz girişin təmin edilməsi üsulları izah edilir. Semaforlar, mutekslər (mutex), monitorlar və digər sinxronizasiya mexanizmlərinin iş prinsipləri, həmçinin istehsalçı–istehlakçı, oxucular–yazıçılar və filosofların şam yeməyi kimi klassik sinxronizasiya problemləri nümunələr əsasında təqdim olunur.

  8. 8.
    Deadlock-lar və onların idarə olunmasıMühazirə

    Bu mövzuda tələbələr əməliyyat sistemlərində deadlock (kilidlənmə) anlayışı, yaranma səbəbləri və onun sistemin fəaliyyətinə təsiri ilə tanış olurlar. Deadlock-un yaranması üçün zəruri şərtlər, onun aşkarlanması, qarşısının alınması, yayınma (avoidance) və aradan qaldırılması metodları ətraflı izah edilir. Həmçinin resursların idarə olunması zamanı deadlock hallarının təhlili və onların həlli üçün istifadə olunan əsas yanaşmalar təqdim olunur.

  9. 9.
    Yaddaşın idarə olunmasıMühazirə

    Bu mövzuda tələbələr əməliyyat sistemlərində yaddaşın idarə olunması prinsipləri və yaddaş resurslarının səmərəli istifadəsi ilə tanış olurlar. Yaddaşın növləri, fiziki və virtual yaddaş anlayışları, əməliyyat sisteminin yaddaşın idarə edilməsindəki funksiyaları izah edilir. Həmçinin yaddaşın paylanması alqoritmləri, swapping, segmentation və paging mexanizmlərinin iş prinsipləri, üstünlükləri və məhdudiyyətləri ətraflı təqdim olunur.

  10. 10.
    Virtuallaşdırma texnologiyalarıMühazirə

    Bu mövzuda tələbələr virtuallaşdırma texnologiyalarının əsas anlayışları və müasir informasiya sistemlərində tətbiqi ilə tanış olurlar. Virtuallaşdırmanın məqsədi, üstünlükləri və əsas növləri izah edilir. Həmçinin virtual maşınlar və konteynerlərin iş prinsipləri, onların fərqləri və istifadə sahələri, eləcə də Type-1 və Type-2 hypervisor-ların arxitekturası və xüsusiyyətləri müqayisəli şəkildə təqdim olunur.

  11. 11.
    Mobil əməliyyat sistemləri və müasir ƏS tendensiyalarıMühazirə

    Bu mövzuda tələbələr mobil əməliyyat sistemlərinin əsas xüsusiyyətləri, arxitekturası və istifadə sahələri ilə tanış olurlar. Mobil əməliyyat sistemlərinin növləri, onların funksional imkanları, təhlükəsizlik xüsusiyyətləri və resursların idarə olunması prinsipləri izah edilir. Həmçinin müasir əməliyyat sistemlərinin inkişaf tendensiyaları, bulud əsaslı xidmətlərlə inteqrasiya, virtuallaşdırma, konteynerləşdirmə, süni intellekt dəstəyi və təhlükəsizlik yönümlü yeniliklər haqqında ümumi məlumat təqdim olunur.

  12. 12.
    Əməliyyat sistemlərində giriş-çıxış sistemləriMühazirə

    Bu mövzuda tələbələr əməliyyat sistemlərində giriş-çıxış (I/O) sistemlərinin quruluşu və iş prinsipləri ilə tanış olurlar. Giriş-çıxış aparat təminatının əsas komponentləri, giriş-çıxış qurğularının təsnifatı və onların əməliyyat sistemi ilə qarşılıqlı əlaqəsi izah edilir. Həmçinin giriş-çıxış əməliyyatlarının idarə olunması, qurğu sürücülərinin (device drivers) rolu və müasir giriş-çıxış sistemlərinin əsas xüsusiyyətləri təqdim olunur.

  13. 13.
    Əməliyyat sistemlərində təhlükəsizliyin təmin edilməsiMühazirə

    Bu mövzuda tələbələr əməliyyat sistemlərində təhlükəsizliyin təmin olunması prinsipləri və əsas müdafiə mexanizmləri ilə tanış olurlar. Əməliyyat sistemləri üçün təhlükəsizlik tələbləri, sistem və şəbəkə səviyyəsində mövcud olan təhdidlər, eləcə də bu təhdidlərin qarşısının alınması üsulları izah edilir. Həmçinin istifadəçi identifikasiyası və autentifikasiya mexanizmləri, şifrələmə üsulları, girişə nəzarət prinsipləri və sistemlərin qorunmasında firewall texnologiyalarının rolu ətraflı təqdim olunur.

Ədəbiyyat

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-7
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-7