Fənn · İnformasiya təhlükəsizliyi

Şəbəkələrin təhlükəsizliyi

İF-61402y5 kreditPayız semestriMəcburi2

Fənn haqqında

Kredit

5

İş yükü

90saat

Semestr

Payız

Tədris ili

2

Fənnin təsviri

Fənn tələbələrdə kompüter şəbəkələrinin işləmə prinsipləri və şəbəkə təhlükəsizliyi üzrə nəzəri bilik və praktiki bacarıqların formalaşdırılmasını nəzərdə tutur. Fənn çərçivəsində OSI modelinin təbəqələri üzrə təhlükəsizlik mexanizmləri, şəbəkə təhdidləri və zəiflikləri, eləcə də təhlükəsiz şəbəkə arxitekturasının qurulması prinsipləri öyrənilir. Tələbələr port security, VLAN, ACL, NAT, marşrutlama təhlükəsizliyi, VPN, firewall, SSL/TLS və IDS/IPS kimi şəbəkə təhlükəsizliyi texnologiyalarının tətbiqi ilə tanış olurlar. Həmçinin RADIUS, TACACS+, Kerberos, SSO və LDAP kimi autentifikasiya və girişə nəzarət mexanizmləri, şəbəkə trafikinin monitorinqi, sniffing, audit və loqlaşdırma prosesləri nəzərdən keçirilir. Yeni nəsil təhlükəsizlik divarları, SIEM, SOAR və UEBA kimi müasir təhlükəsizlik texnologiyaları və onların şəbəkə mühitində rolu araşdırılır. Fənn tələbələrdə şəbəkə təhdidlərini müəyyən etmək, təhlükəsizlik mexanizmlərini konfiqurasiya etmək və şəbəkələrin mühafizəsi üçün uyğun texnologiyaları tətbiq etmək bacarıqlarının formalaşdırılmasına yönəlmişdir.

Fənn təlim nəticələri

  1. CLO 1: Şəbəkədə autentifikasiya, identifikasiya və qaydalara uyğun girişi təşkil etməyi bacarmalıdır.

  2. CLO 2: Şəbəkənin auditini və loqlaşdırma işlərini həyata keçirməyi bacarmalıdır.

  3. CLO 3: Şəbəkələrin təhlükəsizliyi ilə bağlı olan protokol və qoşulma növlərini, loT avadanlıqlarının internet və ya digər şəbəkələrə qoşulması üsullarını bilməlidir.

  4. CLO 4: Şəbəkələrin digər şəbəkələrlə inteqrasiya və ya qoşulması zamanı DMZ zonaların qurulması və sazlanmasını həyata keçirə bilməlidir.

  5. CLO 5: Yeni nəsil təhlükəsizlik divarları ilə bağlı əsaslı biliklərə malik olmalıdır.

  6. CLO 6: Şəbəkələrə qarşı həyata keçirilə biləcək məlum hücümlar barədə məlumatlı olmalıdırvə onların qarşısının alınması və ya vurulan nəticələrin qısa müddətdə aradan qaldırılması üsullarını bilməlidir.