Ümumi məlumat
- Fənn kodu
- İFS - 4162y
- Kredit
- 7
- Tələbənin iş yükü
- 210
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Seçmə
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) mühazirə - 45; b) seminar - 30.
- Auditoriyadan kənar saatlar
- a) MRTSi - 54; b) TSi - 81.
Fənn haqqında
Fövqəladə hallarda kompleks müdafiə insanların, obyektlərin və ərazilərin təhlükəli təsirlərdən qorunması üçün həyata keçirilən tədbirlər sistemidir. Bu tədbirlərə xəbərdarlıq, təxliyə, sığınacaqdan istifadə və xilasetmə işləri daxildir. Məqsəd insan itkilərini və maddi ziyanı minimuma endirməkdir. Kompleks müdafiə təhlükəsizliyin təmin olunmasına və fövqəladə halların nəticələrinin azaldılmasına kömək edir. Bu sahədə hazırlıq və düzgün davranış qaydaları vacibdir.
Tədris metodları
- mühazirə
- seminar
- problem-based learning
- interaktiv müzakirə
- case study
- komanda işi
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Fövqəladə hallarda kompleks müdafiənin məqsədini, prinsiplərini, hüquqi-normativ əsaslarını və mülki müdafiə sisteminin təşkilini izah edir, peşəkar terminologiyadan düzgün istifadə edir.
CLO 2: Təbii, texnogen, ekoloji və hərbi xarakterli fövqəladə hallarda əhali, ətraf mühit və təsərrüfat obyektlərinin mühafizəsi üzrə kompleks tədbirləri təhlil edir və qiymətləndirir.
CLO 3: Fövqəladə halların monitorinqi, xəbərdarlıq sistemləri, informasiya texnologiyaları və texniki vasitələrdən istifadə etməklə müdafiə tədbirlərini planlaşdırır və qiymətləndirir.
CLO 4: Fərdi və kollektiv mühafizə vasitələrini, təxliyyə, sığınacaq, mühəndis mühafizəsi və sanitariya-gigiyena tədbirlərini praktik vəziyyətlərdə tətbiq edir.
CLO 5: Fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin təşkilini, əhalinin mühafizəsini və ilkin tibbi yardım tədbirlərini əlaqələndirir və həyata keçirir.
CLO 6: Fövqəladə halların nəticələrini proqnozlaşdırır, kompleks müdafiə planlarını hazırlayır, obyektlərin dayanıqlığını qiymətləndirir və risklərin azaldılması üzrə əsaslandırılmış qərarlar qəbul edir.
Mövzu planı
Mövzu əlavə edilməyib.
Ədəbiyyat
- 1. C. N. Qasımov, N.P. Abdullayeva. Fövqəladə hallardan kompleks müdafiə. Dərs vəsaiti. Bakı, 2022. 2. C. N. Qasımov. Mülki müdafiə. Elektron konspekt. Bakı, 2021. 3. C. N.Qasımov, N.Z.Abdullayeva. FH-ın təhlükəli amilləri. Dərs vəsaiti. Bakı, 2019. 4. İsayev İ., Quliyev E., Hacıyev E., Nurməmmədov E. “Mülkü müdafiə”. Bakı 2018. 5. 31.10.2017-ci il tarixli 828-VQD nömrəli Az.Res.-nın Qanunu (“Azərbaycan” qəzeti, 13.12.2017-ci il,№ 275,Az.Res.-nın Qanunvericilik Toplusu, 2017,№12,I kitab, maddə 2196) 6. 1 may 2018-ci il tarixli 1109-VQD nömrəli Az. Resp-nın Qanunu (“Azərbaycan” qəzeti, 1 iyul 2018-ci il, № 143, Az. Resp-nın Qanunvericilik Toplusu, 2018-ci il, №6, maddə 1168) 7. Ушаков И. А. Спасательное дело и тактика аварийно-спасательных работ. Учебное пособие для вузов. Москва, 2017. 8. https://www.fhn.gov.az/uploads/legislation/aze/qanunlar/420_q.pdf 9. http://www.e-qanun.az/framework/4271 10. C. N. Qasımov. Mülki müdafiə. Dərs vəsaiti. Bakı, 2012. 11. C.N. Qasımov.FH-da iqtisadiyyat obyektlərinin işinin dayanıqlığı.Dərs vəsaiti.Bakı,2015. 12. C. N. Qasımov. Mülki müdafiə (məşğələlər). Dərs vəsaiti. Bakı, 2009. 13. Cavanşir Qasımov. FH-da radiasiya və kimyəvi şəraitin qiymətləndirilməsi. Bakı, 2003. 14. C.N. Qasımov. Fərdi mühafizə vasitələri. Bakı, 2007. 15. C.N.Qasımov.Obyektlərin dayanıqlığının qiymətləndirilməsi.Metodiki vəsait.Bakı,2007. 16. Polkovnik l-t C. Qasımov, mayor Q. Məcidov. Dərs vəsaiti. Kütləvi qırğın silahları və onlardan mühafizə. Bakı, 1999.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |