Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi

Fövqəladə hallarda kompleks müdafiənin..

İFS - 4162y7 kreditYaz semestriSeçmə2025-2026

Fənn haqqında

Kredit

7

İş yükü

210saat

Semestr

Yaz

Tədris ili

2025-2026

Fənnin təsviri

Fövqəladə hallarda kompleks müdafiə insanların, obyektlərin və ərazilərin təhlükəli təsirlərdən qorunması üçün həyata keçirilən tədbirlər sistemidir. Bu tədbirlərə xəbərdarlıq, təxliyə, sığınacaqdan istifadə və xilasetmə işləri daxildir. Məqsəd insan itkilərini və maddi ziyanı minimuma endirməkdir. Kompleks müdafiə təhlükəsizliyin təmin olunmasına və fövqəladə halların nəticələrinin azaldılmasına kömək edir. Bu sahədə hazırlıq və düzgün davranış qaydaları vacibdir.

Fənn təlim nəticələri

  1. CLO 1: Fövqəladə hallarda kompleks müdafiənin məqsədini, prinsiplərini, hüquqi-normativ əsaslarını və mülki müdafiə sisteminin təşkilini izah edir, peşəkar terminologiyadan düzgün istifadə edir.

  2. CLO 2: Təbii, texnogen, ekoloji və hərbi xarakterli fövqəladə hallarda əhali, ətraf mühit və təsərrüfat obyektlərinin mühafizəsi üzrə kompleks tədbirləri təhlil edir və qiymətləndirir.

  3. CLO 3: Fövqəladə halların monitorinqi, xəbərdarlıq sistemləri, informasiya texnologiyaları və texniki vasitələrdən istifadə etməklə müdafiə tədbirlərini planlaşdırır və qiymətləndirir.

  4. CLO 4: Fərdi və kollektiv mühafizə vasitələrini, təxliyyə, sığınacaq, mühəndis mühafizəsi və sanitariya-gigiyena tədbirlərini praktik vəziyyətlərdə tətbiq edir.

  5. CLO 5: Fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin təşkilini, əhalinin mühafizəsini və ilkin tibbi yardım tədbirlərini əlaqələndirir və həyata keçirir.

  6. CLO 6: Fövqəladə halların nəticələrini proqnozlaşdırır, kompleks müdafiə planlarını hazırlayır, obyektlərin dayanıqlığını qiymətləndirir və risklərin azaldılması üzrə əsaslandırılmış qərarlar qəbul edir.