Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi
Tərsimi həndəsə və mühəndis qrafikasıMövzu planı
İF-3933y8 kreditYaz semestriMəcburi
Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
27 mövzu
1. Tərsimi həndəsə və mühəndis qrafikasının predmeti. Çertyojların tərtibi üçün bəzi standartlar. Həndəsi qurmalar.(M)
Mühazirə2. Nöqtə. Nöqtənin ortoqonal proyeksiyaları. Düz xəttin proyeksiyaları, izləri və əsl boyunun təyini (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu). Nöqtənin düz xəttə mənsub olması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətləri.(M)
Mühazirə3. Müstəvinin verilmə üsulları. Nöqtə və xəttin müstəviyə mənsub olması. Müstəvilə düz xəttin və iki müstəvinin qarşılıqlı vəziyyəti.(M)
Mühazirə4. Çoxüzlülər və fırlanma səthlərinin ortoqonal proyeksiyaları. Nöqtə və xətlərin səthlərə mənsubluğu. Səthlərin düz xət və müstəvilə kəsişməsi (xüsusi hal).(M)
Mühazirə5. Çertyojda təsvirlər: görünüşlər, kəsiklər və en kəsiklər. Naturadan detalların görünüşlərinin, kəsik və en kəsiklərinin qurulması qaydası. Aksonometrik proyeksiyalar haqqında.(M)
Mühazirə6. Detal birləşmələri haqqında ümumi məlumat. Detallarda və birləşmələrdə yivlərin təsviri və işarə olunması. Standart yivli detalların cizgisi. Detal birləşmələrində istifadə edilən emprik düsturlar. Qaynaq, lehim və yapışqan birləşmələrinin çertyojda təsviri. Digər növ birləşmələr və ötürmələrin cizgidə təsviri.(M)
Mühazirə7. Eskizlər və işçi çertyojlar. Yığım vahidinin tərtibi ardıcıllığı. Yığım vahidinin ümumi görünüş çertyoju şərtiliklər və sadələşmələr haqqında. Təsnifat cədvəli. Yığım vahidinin oxunması və hissələrə ayrılması ardıcıllığı.(M)
Mühazirə8. -Çertyoj standartları: formatlar, miqyaslar, xətlərin növləri, şriftlər, materialların şərti işarələri, çertyojda ölçülərin göstərilməsi. Əsas yazıların yerinə yetirilməsi.(S)
Məşğələ9. Həndəsi qurmalar. Qovuşmalar. İki düz xəttin qovuşması. Düz xətlə çevrənin və iki çevrənin qovuşması. Sadə konturların çəkilməsinə aid məşğələ. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (1-ci məsələ).(S)
Məşğələ10. -Ovalın qurulması. Maillikdən istifadə etməklə profillərin qurulması. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (2- ci məsələ).(S)
Məşğələ11. Çertyojların tərtibinin nəzəri əsasları. Nöqtənin ortoqonal proyeksiyaları. Ümumi və xüsusi vəziyyətdə olan nöqtələrin təsviri. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (3-cü məsələ)(S)
Məşğələ12. -Duz xəttin kompleks çertyoju, xüsusi vəziyyətləri, izləri haqqında. Proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu ilə düz xətt parçasının əsl boyunun qurulması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətinə aid məşğələ.(S)
Məşğələ13. Müstəvinin verilmə üsulları və xüsusi vəziyyətli müstəvilər. Düz xəttin və nöqtənin müstəviyə mənsub olması (xüsusi hal). Düz xətlə müstəvinin və iki müstəvinin kəsişməsinə aid məşğələ (xüsusi hal). (S)
Məşğələ14. -Səthlərin (prizma, piramida silindr, konus) çertyojda təsviri. Nöqtə və xəttin səthlərə mənsub olması. Səthlərin müstəvi və düz xətlə kəsişməsi (xüsusi hal). Sərbət işin tapşırıqlarının verilməsi və izahı (4- ci məsələ).(S)
Məşğələ15. Çertyojda təsvirlər: görünüşlər, kəsiklər, en kəsiklər. Sadə fəza fiqurlarının görünüşlərinin qurulmasına aid fərdi tapşırıgların (FT) yerinə yetirilməsi. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (5- ci məsələ)(S)
Məşğələ16. -Aksonometrik proyeksiyalar haqqında. kvadrat, çevrənin və naturadan verilmiş detalın aksonometrik proyeksiyaları. Sərbət işin tapşırıqlarının verilməsi və izahı 6- ci məsələ).(S)
Məşğələ17. Birləşmələr haqda ümumi məlumat. Yivli birləşmələr və onun elementlərinin cizgilərinin tərtibinə (bolt, qayka, vint) aid məşğələ. Sİ -in tapşırığının verilməsi (7-ci məsələ).(S)
Məşğələ18. Yivli birləşmələr. Emprik düsturlardan istifadə etməklə bolt birləşməsi və onun elementlərinin cizgilərinin tərtibinə aid məşğələ. (S)
Məşğələ19. Sökülməyən birləşmələr. Birləşmələrin digər növləri və ötürmələri. Qaynaq, lehim, yapışqan birləşmələrinin təsviri və işarə olunmasına aid məşğələ. Sİ -in tapşırığının verilməsi (8-ci məsələ).(S)
Məşğələ20. Eskizlər. Eskizlər haqqında məlumat, yerinə-yetirilməsi ardıcıllığı və tətbiq sahələri. Naturadan verilmiş yivli detalın eskizinin çəkilməsi ardıcıllığı. (S)
Məşğələ21. Yığımın ümumi görünüş cizgisi. Yığım cizgisində istifadə edilən şərtiliklər və sadələşdirmələr. Yığım vahidinin ümumi görünüş cizgisinin oxunması və hissələnməsinə aid məşğələ. Sİ-in tapşırığının verilməsi (9-cu məsələ).(S)
Məşğələ22. Bina və tikililərdə planın və kəsiklərin verilməsi haqqında.(M) Bina və tikililərin planı və kəsiklərinin verilməsi (10-cu məsələ, ənənəvi üsulla və AutoCAD proqramında)(S)
Məşğələ23. LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.(L)
Laboratoriya24. LAB. №2. AutoCAD proqramında 2D-də çəkmə, redaktəetmə, ölçülərin qoyulması(L)
Laboratoriya25. LAB. №3. AutoCAD proqramında verilmiş modelin iki görünüşünə görə üçüncü görünüşünün qurulması.(L)
Laboratoriya26. LAB. №4. AutoCAD proqramında 3D modellərin yaradılması.(L).
Laboratoriya27. -LAB. №4. AutoCAD proqramında 3D modellərin yaradılması, redaktəsi və realistik görünüş üçün vasitələrdən istifadə etməklə verilmiş 3D modelin qurulması, dizaynı, avtomatik 2D cizgilərinin alınması, çapı.(L)
Laboratoriya