Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi

Tərsimi həndəsə və mühəndis qrafikası

İF-3933y8 kreditYaz semestriMəcburi

Fənn haqqında

Kredit

8

İş yükü

239saat

Semestr

Yaz

Tədris ili

—

Fənnin təsviri

«Tərsimi həndəsə və mühəndis qrafikası» fənni – Tərsimi həndəsə və mühəndis qrafikasınının bütün bölmələrini və Mühəndis qrafikasının əsaslarını özündə birləşdirir və bakalavr hazırlığının əsasını təşkil edən ümumitexniki fənlərdən biridir. «Tərsimi həndəsə və mühəndis qrafikası»nın öyrənilməsində əsas məqsəd: rəqəmli hesablama kompleks¬ləri və ənənəvi üsullarda istifadə olunan vasitələrlə avadanlıqların, detalların, tikililərin və s 2D cizgilərin çəkilməsi, hesablanması, emalı, saxlanması, redaktəsi, çapı və s ilə məşğul olan sahədir. «Tərsimi həndəsə və mühəndis qrafikası» mühəndis-texniki təhsilin formalaşması və mənim¬sənilməsi işində əsas fənlərdən biri sayılır.

Fənn təlim nəticələri

  1. CLO 1: Tərsimi həndəsənin əsas anlayışlarını, prinsiplərini və təsvir üsullarını izah edə biləcək. Nöqtə, düz xətt, müstəvi və həndəsi cisimlərin proyeksiyalarını qurmağı bacaracaq. Mühəndis çertyojlarının hazırlanması və oxunmasının əsas qaydalarını tətbiq edə biləcək. Detalların müxtəlif görünüşlərini, kəsiklərini və görünməyən elementlərini mühəndis qrafikası qaydalarına uyğun təsvir edə biləcək. Ölçüləndirmə, miqyas, şərti işarələr və çertyojların tərtibatı üzrə standart tələblərdən istifadə edə biləcək. Mühəndis-qrafik məsələlərini həndəsi və proyeksiya üsullarından istifadə etməklə həll edə biləcək. Texniki və mühəndis qrafikası proqramlarından istifadə etməklə ikiölçülü və üçölçülü qrafik təsvirlər hazırlaya biləcək.