Ümumi məlumat
- Fənn kodu
- İF-3933y
- Kredit
- 8
- Tələbənin iş yükü
- 239
- Semestr
- Yaz semestri
- Akademik il
- —
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- mühazirə-15 saat, seminar-30 saat, laboratoriya -15 saat
- Auditoriyadan kənar saatlar
- 180 saat
Fənn haqqında
«Tərsimi həndəsə və mühəndis qrafikası» fənni – Tərsimi həndəsə və mühəndis qrafikasınının bütün bölmələrini və Mühəndis qrafikasının əsaslarını özündə birləşdirir və bakalavr hazırlığının əsasını təşkil edən ümumitexniki fənlərdən biridir. «Tərsimi həndəsə və mühəndis qrafikası»nın öyrənilməsində əsas məqsəd: rəqəmli hesablama kompleks¬ləri və ənənəvi üsullarda istifadə olunan vasitələrlə avadanlıqların, detalların, tikililərin və s 2D cizgilərin çəkilməsi, hesablanması, emalı, saxlanması, redaktəsi, çapı və s ilə məşğul olan sahədir. «Tərsimi həndəsə və mühəndis qrafikası» mühəndis-texniki təhsilin formalaşması və mənim¬sənilməsi işində əsas fənlərdən biri sayılır.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- seminar
- təqdimatlar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Tərsimi həndəsənin əsas anlayışlarını, prinsiplərini və təsvir üsullarını izah edə biləcək. Nöqtə, düz xətt, müstəvi və həndəsi cisimlərin proyeksiyalarını qurmağı bacaracaq. Mühəndis çertyojlarının hazırlanması və oxunmasının əsas qaydalarını tətbiq edə biləcək. Detalların müxtəlif görünüşlərini, kəsiklərini və görünməyən elementlərini mühəndis qrafikası qaydalarına uyğun təsvir edə biləcək. Ölçüləndirmə, miqyas, şərti işarələr və çertyojların tərtibatı üzrə standart tələblərdən istifadə edə biləcək. Mühəndis-qrafik məsələlərini həndəsi və proyeksiya üsullarından istifadə etməklə həll edə biləcək. Texniki və mühəndis qrafikası proqramlarından istifadə etməklə ikiölçülü və üçölçülü qrafik təsvirlər hazırlaya biləcək.
Mövzu planı
- 1.Tərsimi həndəsə və mühəndis qrafikasının predmeti. Çertyojların tərtibi üçün bəzi standartlar. Həndəsi qurmalar.(M)Mühazirə
- 2.Nöqtə. Nöqtənin ortoqonal proyeksiyaları. Düz xəttin proyeksiyaları, izləri və əsl boyunun təyini (düzbucaqlı üçbucaq və proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu). Nöqtənin düz xəttə mənsub olması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətləri.(M)Mühazirə
- 3.Müstəvinin verilmə üsulları. Nöqtə və xəttin müstəviyə mənsub olması. Müstəvilə düz xəttin və iki müstəvinin qarşılıqlı vəziyyəti.(M)Mühazirə
- 4.Çoxüzlülər və fırlanma səthlərinin ortoqonal proyeksiyaları. Nöqtə və xətlərin səthlərə mənsubluğu. Səthlərin düz xət və müstəvilə kəsişməsi (xüsusi hal).(M)Mühazirə
- 5.Çertyojda təsvirlər: görünüşlər, kəsiklər və en kəsiklər. Naturadan detalların görünüşlərinin, kəsik və en kəsiklərinin qurulması qaydası. Aksonometrik proyeksiyalar haqqında.(M)Mühazirə
- 6.Detal birləşmələri haqqında ümumi məlumat. Detallarda və birləşmələrdə yivlərin təsviri və işarə olunması. Standart yivli detalların cizgisi. Detal birləşmələrində istifadə edilən emprik düsturlar. Qaynaq, lehim və yapışqan birləşmələrinin çertyojda təsviri. Digər növ birləşmələr və ötürmələrin cizgidə təsviri.(M)Mühazirə
- 7.Eskizlər və işçi çertyojlar. Yığım vahidinin tərtibi ardıcıllığı. Yığım vahidinin ümumi görünüş çertyoju şərtiliklər və sadələşmələr haqqında. Təsnifat cədvəli. Yığım vahidinin oxunması və hissələrə ayrılması ardıcıllığı.(M)Mühazirə
- 8.-Çertyoj standartları: formatlar, miqyaslar, xətlərin növləri, şriftlər, materialların şərti işarələri, çertyojda ölçülərin göstərilməsi. Əsas yazıların yerinə yetirilməsi.(S)Məşğələ
- 9.Həndəsi qurmalar. Qovuşmalar. İki düz xəttin qovuşması. Düz xətlə çevrənin və iki çevrənin qovuşması. Sadə konturların çəkilməsinə aid məşğələ. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (1-ci məsələ).(S)Məşğələ
- 10.-Ovalın qurulması. Maillikdən istifadə etməklə profillərin qurulması. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (2- ci məsələ).(S)Məşğələ
- 11.Çertyojların tərtibinin nəzəri əsasları. Nöqtənin ortoqonal proyeksiyaları. Ümumi və xüsusi vəziyyətdə olan nöqtələrin təsviri. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (3-cü məsələ)(S)Məşğələ
- 12.-Duz xəttin kompleks çertyoju, xüsusi vəziyyətləri, izləri haqqında. Proyeksiya müstəvilərinin əvəz edilməsi üsulu ilə düz xətt parçasının əsl boyunun qurulması. İki düz xəttin fəzada qarşılıqlı vəziyyətinə aid məşğələ.(S)Məşğələ
- 13.Müstəvinin verilmə üsulları və xüsusi vəziyyətli müstəvilər. Düz xəttin və nöqtənin müstəviyə mənsub olması (xüsusi hal). Düz xətlə müstəvinin və iki müstəvinin kəsişməsinə aid məşğələ (xüsusi hal). (S)Məşğələ
- 14.-Səthlərin (prizma, piramida silindr, konus) çertyojda təsviri. Nöqtə və xəttin səthlərə mənsub olması. Səthlərin müstəvi və düz xətlə kəsişməsi (xüsusi hal). Sərbət işin tapşırıqlarının verilməsi və izahı (4- ci məsələ).(S)Məşğələ
- 15.Çertyojda təsvirlər: görünüşlər, kəsiklər, en kəsiklər. Sadə fəza fiqurlarının görünüşlərinin qurulmasına aid fərdi tapşırıgların (FT) yerinə yetirilməsi. Sərbət işin tapşırıqlarının verilməsi və izahı (5- ci məsələ)(S)Məşğələ
- 16.-Aksonometrik proyeksiyalar haqqında. kvadrat, çevrənin və naturadan verilmiş detalın aksonometrik proyeksiyaları. Sərbət işin tapşırıqlarının verilməsi və izahı 6- ci məsələ).(S)Məşğələ
- 17.Birləşmələr haqda ümumi məlumat. Yivli birləşmələr və onun elementlərinin cizgilərinin tərtibinə (bolt, qayka, vint) aid məşğələ. Sİ -in tapşırığının verilməsi (7-ci məsələ).(S)Məşğələ
- 18.Yivli birləşmələr. Emprik düsturlardan istifadə etməklə bolt birləşməsi və onun elementlərinin cizgilərinin tərtibinə aid məşğələ. (S)Məşğələ
- 19.Sökülməyən birləşmələr. Birləşmələrin digər növləri və ötürmələri. Qaynaq, lehim, yapışqan birləşmələrinin təsviri və işarə olunmasına aid məşğələ. Sİ -in tapşırığının verilməsi (8-ci məsələ).(S)Məşğələ
- 20.Eskizlər. Eskizlər haqqında məlumat, yerinə-yetirilməsi ardıcıllığı və tətbiq sahələri. Naturadan verilmiş yivli detalın eskizinin çəkilməsi ardıcıllığı. (S)Məşğələ
- 21.Yığımın ümumi görünüş cizgisi. Yığım cizgisində istifadə edilən şərtiliklər və sadələşdirmələr. Yığım vahidinin ümumi görünüş cizgisinin oxunması və hissələnməsinə aid məşğələ. Sİ-in tapşırığının verilməsi (9-cu məsələ).(S)Məşğələ
- 22.Bina və tikililərdə planın və kəsiklərin verilməsi haqqında.(M) Bina və tikililərin planı və kəsiklərinin verilməsi (10-cu məsələ, ənənəvi üsulla və AutoCAD proqramında)(S)Məşğələ
- 23.LAB. №1. Təhkükəsizlik texnikası ilə tanışlıq. AutoCAD proqramı ilə tanışlıq. Line və Mtext əmrlərindən istifadə etməklə əsas yazıların yerinə yetirilməsi və şablon kimi yadda saxlanması.(L)Laboratoriya
- 24.LAB. №2. AutoCAD proqramında 2D-də çəkmə, redaktəetmə, ölçülərin qoyulması(L)Laboratoriya
- 25.LAB. №3. AutoCAD proqramında verilmiş modelin iki görünüşünə görə üçüncü görünüşünün qurulması.(L)Laboratoriya
- 26.LAB. №4. AutoCAD proqramında 3D modellərin yaradılması.(L).Laboratoriya
- 27.-LAB. №4. AutoCAD proqramında 3D modellərin yaradılması, redaktəsi və realistik görünüş üçün vasitələrdən istifadə etməklə verilmiş 3D modelin qurulması, dizaynı, avtomatik 2D cizgilərinin alınması, çapı.(L)Laboratoriya
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 20 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |
| Labooratoriya | fənn üzrə laboratoriya işlərinin qiymətləndirilməsi | 10 bal |