Ümumi məlumat
- Fənn kodu
- İF-3682y
- Kredit
- 6
- Tələbənin iş yükü
- 180
- Semestr
- Yaz semestri
- Akademik il
- 2025-2026
- Fənnin tipi
- Məcburi
- Təhsil forması
- Əyani
- Tədris dili
- Azərbaycan
- Auditoriyadaxili saatlar
- a) 45 saat – mühazirə; b) 15 saat – laboratoriya; c) 15 saat – məşğələ
- Auditoriyadan kənar saatlar
- a) sərbəst iş - 63 saat, b) hazırlıq - 42 saat
Fənn haqqında
“Materialşünaslıq və materialların texnologiyası” fənninin tədrisində əsas məqsəd 050614 – “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil¬alan¬ tələbələrə materialların tərkibi, təsnifatı və xassələrinin əsas xüsusiyyətlərini öyrətməklə, Metallurgiyanın ayrı-ayrı sahələrində daha geniş istifadə olunan materialların kristallik quruluşu, kristallaşma və struktur fazalarının formalaşması, plastiki deformasiya və mexaniki xassələri, hal diaqramları və faza çevrilmələri, legirlənməsi və markalanması, termiki emalla möhkəmləndirmə rejimlərinin düzgün təyin edilməsimetalların istehsalı və müxtəlif üsullarla emalı tələbələrə mənimsətməkdir.
Tədris metodları
- mühazirə
- laboratoriya işi
- interaktiv müzakirə
- təqdimatlar
- komanda işi
- seminar
Fənn təlim nəticələri (CLO)
CLO 1: Materialların quruluşunu, tərkibini, əsas fiziki, mexaniki və texnoloji xassələrini izah edə biləcək. Metalların, ərintilərin, polimerlərin, keramika və kompozit materialların xüsusiyyətlərini müqayisə edə biləcək. Materialların xassələrinin onların quruluşu və emal texnologiyası ilə əlaqəsini təhlil edə biləcək. Materialların hazırlanması, emalı və texnoloji proseslərinin əsas mərhələlərini izah edə biləcək. Materialların mexaniki və texnoloji sınaqlarının nəticələrini təhlil və qiymətləndirə biləcək. Müxtəlif texniki və istismar şəraitinə uyğun material seçimini əsaslandıra biləcək. Müasir materiallar və onların emal texnologiyalarının mühəndislik, ekoloji və iqtisadi baxımdan tətbiq imkanlarını qiymətləndirə biləcək.
Mövzu planı
- 1.Materialşünaslığa giriş. Metalların təsnifatı, kristallik quruluşu və amorf halMühazirə
Materialşünaslığın əsasları, kristal və amorf strukturların müqayisəsi, Miller indeksləri və anizotropiya.
- 2.Kristallaşma, onun mexanizmi və kristallaşmaya təsir edən amillərMühazirə
Kristallaşma prosesi, allotropiya və maqnit çevrilmələri.
- 3.Elastiki və plastiki deformasiya. Metalların mexaniki xassələriMühazirə
Deformasiya növləri, xassələrin təyini üsulları və soyuq halda təzyiqlə emalın təsiri.
- 4.Döyənəklənmiş metalın struktur dəyişiklikləri. Rekristallaşma və ərintilərin quruluşuMühazirə
Döyənəklənmə mexanizmləri, rekristallaşma və ərinti komponentlərinin qarşılıqlı təsiri.
- 5.Hal diaqramlarının qurulması. Birinci və ikinci növ ərintilərMühazirə
Fazalar qanunu, hal diaqramlarının praktiki qurulması və təhlili.
- 6.Üçüncü və dördüncü növ ərintilərin hal diaqramları. Dəmir-karbon ərintiləriMühazirə
Mürəkkəb hal diaqramları və dəmir-karbon sisteminin xüsusiyyətləri.
- 7.Karbonlu poladlar. Poladlara daimi qatışıqların təsiri və keyfiyyətiMühazirə
Karbonlu poladların növləri, qatışıqların rolu və avtomat poladlar.
- 8.Çuqunlar: təsnifatı, markalanması, strukturu və tətbiqiMühazirə
Çuqunların növləri (ağ, boz və s.) və onların tətbiq sahələri.
- 9.Termiki emal: növləri, texnologiyası və faza çevrilmələriMühazirə
Qızdırma və soyutma zamanı baş verən çevrilmələr, termiki emal texnologiyası.
- 10.Austenitin parçalanması və çevrilmələrMühazirə
Perlit, beynit, martensist çevrilmələri, tabəksiltmə prosesi və kövrəklik.
- 11.Termiki emalın poladın xassələrinə təsiri və kimyəvi-termiki emalMühazirə
Termomexaniki emal, tablama rejimləri və kimyəvi-termiki emal üsulları.
- 12.Legirli poladlar: təsnifatı, markalanması və tətbiqiMühazirə
Legirləyici elementlər, poladların qaynana bilmə qabiliyyəti və müxtəlif polad növləri.
- 13.Əlvan metallar və onların ərintiləriMühazirə
Alüminium, mis, maqnezium və onların ərintilərinin xassələri.
- 14.Keramika, polimer və kompozisiya materiallarıMühazirə
Müasir qeyri-metal və kompozit materialların strukturu və tətbiqi.
- 15.Metallurgiya və tökmə istehsalı prosesləriMühazirə
Çuqun və polad istehsalı, tökmə üsulları, təzyiqlə emal, qaynaq və kəsmə texnologiyaları
Ədəbiyyat
Ədəbiyyat əlavə edilməyib.
Qiymətləndirmə
| Qiymətləndirmə forması | Açıqlama | Bal | Uyğun FTN |
|---|---|---|---|
| Cari qiymətləndirmə | Cari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir. | 30 bal | FTN 1-5 |
| Davamiyyət | Tələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır. | 10 bal | - |
| Tələbənin sərbəst işi | Tələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir. | 10 bal | FTN-- |
| İmtahan | İmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir | 50 bal | FTN 1-5 |