Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi
Materilşünaslıq və materiallar texnologiyası
Fənn haqqında
Kredit
6
İş yükü
180saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
“Materialşünaslıq və materialların texnologiyası” fənninin tədrisində əsas məqsəd 050614 – “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsində təhsil¬alan¬ tələbələrə materialların tərkibi, təsnifatı və xassələrinin əsas xüsusiyyətlərini öyrətməklə, Metallurgiyanın ayrı-ayrı sahələrində daha geniş istifadə olunan materialların kristallik quruluşu, kristallaşma və struktur fazalarının formalaşması, plastiki deformasiya və mexaniki xassələri, hal diaqramları və faza çevrilmələri, legirlənməsi və markalanması, termiki emalla möhkəmləndirmə rejimlərinin düzgün təyin edilməsimetalların istehsalı və müxtəlif üsullarla emalı tələbələrə mənimsətməkdir.
Fənn təlim nəticələri
CLO 1: Materialların quruluşunu, tərkibini, əsas fiziki, mexaniki və texnoloji xassələrini izah edə biləcək. Metalların, ərintilərin, polimerlərin, keramika və kompozit materialların xüsusiyyətlərini müqayisə edə biləcək. Materialların xassələrinin onların quruluşu və emal texnologiyası ilə əlaqəsini təhlil edə biləcək. Materialların hazırlanması, emalı və texnoloji proseslərinin əsas mərhələlərini izah edə biləcək. Materialların mexaniki və texnoloji sınaqlarının nəticələrini təhlil və qiymətləndirə biləcək. Müxtəlif texniki və istismar şəraitinə uyğun material seçimini əsaslandıra biləcək. Müasir materiallar və onların emal texnologiyalarının mühəndislik, ekoloji və iqtisadi baxımdan tətbiq imkanlarını qiymətləndirə biləcək.