Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi
Əməyin mühafizəsi və texniki təhlükəsi.Mövzu planı
Mövzu planı
Fənn üzrə mövzular və hər mövzunun təlim nəticələri.
1. 1. Giriş. “Əməyin mühafizəsi” fənnin əsas məqsəd və vəzifələri
MühazirəƏmək mühafizəsi anlayışı. Əmək mühafizəsinin vacibliyi. Gündəlik həyatda və iş yerlərində əmək mühafizəsinin rolu. (M)
Mənbəyə keç: 1. Giriş. “Əməyin mühafizəsi” fənnin əsas məqsəd və vəzifələri (yeni pəncərədə açılır)2. 2. Əmək mühafizəsinin təşkilati məsələləri. AR-da əmək mühafizəsi üzrə qanunvericilik aktları, qaydalar, standartlar.
MühazirəƏmək mühafizəsinin qurulmasının əsas məqsədi və prinsipləri. Təhlükəsiz idarəetmə anlayışı. Əmək mühafizəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi, Əmək mühafizəsi Azərbaycan respublikasının Konstitusiyasında və Əmək Məcəlləsində. Digər normativ hüquqi aktlar və sənədlər
Mənbəyə keç: 2. Əmək mühafizəsinin təşkilati məsələləri. AR-da əmək mühafizəsi üzrə qanunvericilik aktları, qaydalar, standartlar. (yeni pəncərədə açılır)3. 3.İSO 9001-İSO 9001 — Keyfiyyəti İdarəetmə Sistemi (KİS).
MühazirəKeyfiyyəti İdarəetmə Sisteminin əsas anlayışları, prinsipləri və yaranma tarixi. Müəssisələrdə məhsul və xidmət keyfiyyətinin təmin olunması mexanizmləri. Müştəri məmnuniyyətinin artırılması, proses yanaşması və PDCA (Planlaşdır – Et – Yoxla – Təkmilləşdir) dövrəsinin mahiyyəti. Risk yönümlü təfəkkür, resursların idarə olunması, sənədləşdirilmiş məlumatlar və davamlı təkmilləşmə prinsipləri.
Mənbəyə keç: 3.İSO 9001-İSO 9001 — Keyfiyyəti İdarəetmə Sistemi (KİS). (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 1. ISO 9001 Keyfiyyəti İdarəetmə Sisteminin məqsədini, əsas prinsiplərini, yaranma tarixini və tətbiq sahələrini izah edir.
- 2. PDCA dövrəsini, proses yanaşmasını və risk yönümlü təfəkkürü müəssisənin keyfiyyət idarəetmə proseslərində tətbiq etmə yollarını şərh edir.
4. 4. İSO 14001 Beynəlxalq Standartı. Ətraf Mühiti İdarəetmə Sistemi.
MühazirəƏtraf mühitin mühafizəsi və Ekologiyanı İdarəetmə Sisteminin (EİS) əsas prinsipləri. İstehsalat prosesində ətraf mühitə mənfi təsirlərin (tullantılar, çirklənmələr) analizi. Ekoloji risklərin qiymətləndirilməsi, resurslara qənaət və ekoloji qanunvericiliyin tələbləri.
Mənbəyə keç: 4. İSO 14001 Beynəlxalq Standartı. Ətraf Mühiti İdarəetmə Sistemi. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 1. SO 14001 Ətraf Mühiti İdarəetmə Sisteminin məqsədini, əsas prinsiplərini və müəssisələrdə tətbiq xüsusiyyətlərini izah edir.
- 2. İstehsalat proseslərinin ətraf mühitə təsirlərini, o cümlədən tullantılar, emissiyalar və digər çirklənmə mənbələrini müəyyən edir və ekoloji riskləri qiymətləndirir.
5. 5. İSO 45001 Beynəlxalq Standartı. Peşə Sağlamlığı və Əmək Təhlükəsizliyini İdarəetmə Sistemi.
MühazirəİSO 45001 standartının məqsədi və təhlükəsiz iş mühitinin qurulması prinsipləri. İş yerlərində peşə xəstəliklərinin və istehsalat xəsarətlərinin öncədən müəyyən edilməsi. Təhlükələrin eyniləşdirilməsi, risklərin qiymətləndirilməsi və idarə olunması metodları. (M)
Mənbəyə keç: 5. İSO 45001 Beynəlxalq Standartı. Peşə Sağlamlığı və Əmək Təhlükəsizliyini İdarəetmə Sistemi. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 1. ISO 45001 Peşə Sağlamlığı və Əmək Təhlükəsizliyini İdarəetmə Sisteminin məqsədini, əsas prinsiplərini və təşkilatlarda tətbiq xüsusiyyətlərini izah edir.
- 2. İş yerlərində təhlükələri eyniləşdirir, peşə risklərini qiymətləndirir və risklərin idarə olunması üsullarını tətbiq etmə yollarını şərh edir.
6. 6. İstehsalat zədələnmələri və peşə xəstəlikləri, onların səbəbləri, qeydə alınması, hesablanması və analizi.
MühazirəTəhlükəli və zərərli istehsal amilləri. Travmatizm və xəstələnmənin analizi. Peşə xəstəliklərinin müxtəlifliyi və onların yaranma səbəblərinin təyini.
Mənbəyə keç: 6. İstehsalat zədələnmələri və peşə xəstəlikləri, onların səbəbləri, qeydə alınması, hesablanması və analizi. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 2. Travmatizm və peşə xəstəliklərinin qeydə alınması, əsas statistik göstəricilər üzrə hesablanması və təhlili üsullarını tətbiq edir.
- 1. İstehsalat zədələnmələrinin və peşə xəstəliklərinin yaranma səbəblərini, növlərini və təhlükəli, zərərli istehsal amillərinin təsirini izah edir.
7. 7. İstehsalat otaqlarının hava şəraitinin sağlamlaşdırılması. İş yerlərinin meteroloji parametrləri və onların təmini.
Mühazirəİş yerlərində hava şəraitinin işçilərə və iş prosesinə təsiri. İş yerlərində meteroloji şəraitin təsir amilləri. Sağlam əmək şəraitinin yaradılması üçün meteroloji şəraitin təyin olunma üsulları, normalaşdırılması və standartları.
Mənbəyə keç: 7. İstehsalat otaqlarının hava şəraitinin sağlamlaşdırılması. İş yerlərinin meteroloji parametrləri və onların təmini. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 1. İş yerlərində meteoroloji parametrləri (hava temperaturu, nisbi rütubət, hava hərəkətinin sürəti və istilik şüalanması) və onların insan orqanizminə təsirini izah edir.
- 2. İstehsalat otaqlarında mikroiqlimin qiymətləndirilməsi, normalaşdırılması və standartlara uyğun təmin edilməsi üsullarını tətbiq edir.
8. 12. Titrəyişlər, onların əsas parametrlərinin fiziki xarakteristikası. Ümumi və yerli titrəyişlər, onların normalaşdırılması
MühazirəMexaniki sistemlərdəki mürəkkəb rəqsi hərəkətlər. Hidravlik və pnevmatik sistemlərdə titrəyişlər. Titrəyişlərin fiziki parmetrləri, yerdəyişmə amplitudu (xm) titrəyiş sürəti (m) sürət amplitudu (am), rəqs periodu (T) və tezlik
Mənbəyə keç: 12. Titrəyişlər, onların əsas parametrlərinin fiziki xarakteristikası. Ümumi və yerli titrəyişlər, onların normalaşdırılması (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 1. Titrəyişlərin yaranma mexanizmini, əsas fiziki parametrlərini (yerdəyişmə amplitudu, titrəyiş sürəti, sürətlənmə amplitudu, rəqs periodu və tezlik) və ümumi və yerli titrəyişlərin xüsusiyyətlərini izah edir.
- 2. İstehsalat titrəyişlərini yaranma mənbəyinə görə (nəqliyyat, nəqliyyat-texnoloji və texnoloji titrəyişlər) təsnif edir, onların gigiyenik və texniki normalaşdırılması prinsiplərini tətbiq edir.
9. 13. Titrəyişlərinin insana təsiri və zərərli təsirindən mühafizə tədbirləri
MühazirəÜmumi titrəyişlər, onların təsiri. Aşağı tezlikli ümumi titrəyişlər, daxili orqanların toxumalarının mexaniki zədələnməsi və parçalanması. Ümumi titrəyişlərin mərkəzi və periferik sinir sisteminə, həzm siste¬minə və istinad-hərəkət aparatına təsiri. Yerli (lokal) titrəyişlər. Yerli titrəyişlərin əzələ və sümük toxuma-la¬rı¬na təsiri. Titrəyiş xəstəliyi.
Mənbəyə keç: 13. Titrəyişlərinin insana təsiri və zərərli təsirindən mühafizə tədbirləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 2. Titrəyiş xəstəliyinin yaranma səbəblərini, klinik əlamətlərini, risk amillərini və peşə sağlamlığına təsirini təhlil edir.
- 1. Ümumi və yerli (lokal) titrəyişlərin insan orqanizminə, o cümlədən sinir sistemi, dayaq-hərəkət aparatı, həzm sistemi və digər orqanlara təsirini izah edir.
10. 11. Süni işıqlandırma, onun növləri, normalaşdırması və hesablanması. Süni işıqlandırmanın normalaşdırılması.
Mühazirəİşıqlandırmanın elektrik, işıq-texniki, iqtisadi və konstruktiv xarakteris¬tikaları. Közərmə lampaları. Qaz boşalmalı lampaları. İşıqlandırıcı qurğular. Süni işıqlandırmanın normallaşdırılması. Süni işıqlandırma inşaat normaları və qaydaları. Süni işıqlandırmanın hesablanması. İşıq selinin faydalı istifadə əmsalı. Ümumi bərabər işıqlandırmada vatt üsulu
Mənbəyə keç: 11. Süni işıqlandırma, onun növləri, normalaşdırması və hesablanması. Süni işıqlandırmanın normalaşdırılması. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 2. Süni işıqlandırmanın normalaşdırılması və hesablanması prinsiplərini, işıq selinin faydalı istifadə əmsalını və ümumi bərabər işıqlandırmada vatt üsulunu tətbiq edir.
- 1. Süni işıqlandırmanın növlərini, işıq mənbələrinin (közərmə, qaz boşalmalı və müasir LED lampalar) elektrik, işıq-texniki, iqtisadi və konstruktiv xüsusiyyətlərini izah edir.
11. 14. İstehsalat səs-küyünün parametrləri, fiziki xarakteristikası, mənbələri. Səsin insan orqanizminə təsiri.
MühazirəSəs-küy tezlikləri və fazaları. Sinir və ürək-damar sistemində funksional pozuntular. Səs sahəsi. Eşitmə üzvlərinə səs təzyiqinin orta kvadratik qiyməti. Səs tezliyi. Tezliyinə görə səsin növləri, infrasəslər, eşidilən səslər, ultrasəslər. Eşidilən səs diapazonu, aşağı tezlikli səslər, orta tezlikli səslər, yüksək tezlikli səslər.
Mənbəyə keç: 14. İstehsalat səs-küyünün parametrləri, fiziki xarakteristikası, mənbələri. Səsin insan orqanizminə təsiri. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 2. İnfrasəs, eşidilən səslər və ultrasəsləri, həmçinin aşağı, orta və yüksək tezlikli səslərin xüsusiyyətlərini fərqləndirir və onların istehsalat mühitində yayılmasını təhlil edir.
- 1. İstehsalat səs-küyünün əsas fiziki parametrlərini (səs təzyiqi, səs intensivliyi, tezlik, faza və səs sahəsi), yaranma mənbələrini və təsnifatını izah edir.
12. 15. Maşınların səs-küy xarakteristikası və azaldılma üsulları. İstehsalat şəraitində infra və ultra səslər.
MühazirəSəs-küyün səviyyəsinin normal¬laşdırılması, DÜİST 12.1.003-76. İş yerlərində səs-küyün azaldılması üsulları, səs-küy mənbəyinə təsir, səs-küyün yayılma istiqamətinin dəyişilməsi, müəssisə və sexlərin rasional planlaşdırılması, istehsalat otaqla¬rının akustik emalı, səs-küyün yayılma yolunda azaldılması.
Mənbəyə keç: 15. Maşınların səs-küy xarakteristikası və azaldılma üsulları. İstehsalat şəraitində infra və ultra səslər. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 1. Maşın və avadanlıqların səs-küy xarakteristikalarını, infra və ultrasəslərin yaranma səbəblərini, yayılma xüsusiyyətlərini və insan sağlamlığına təsirini izah edir.
- 2. Səs-küyün normalaşdırılması prinsiplərini, o cümlədən DÜİST 12.1.003-76 standartının əsas tələblərini və iş yerlərində yol verilən səs-küy səviyyələrini şərh edir.
13. 16. Elektromaqnit sahə mənbələri. Elektromaqnit sahələrin xarakteristikası, əsas parametrləri.Elektromaqnit sahələrin təsirindən mühafizə metodları.
MühazirəElektromaqnit sahə mənbələri. Elektromaqnit sahələrin xarakteristikası, əsas parametrləri.Elektromaqnit sahələrin təsirindən mühafizə metodları. - Elektromaqnit sahələri, ultrabənövşəyi şüalanmalar (=0,136-0,4 mkm), infraqırmızı şüalar (=0,76-0,4 mkm) radiotezlikli elektromaqnit dalğaları (3 km-1 mm). Tezlik, dalğa uzunluğu, sürət, güc axınının sıxlığı, elektrik və maqnit sahələrinin gərginliyi. İnduksiya və şüalanma zonası. Elektromaqnit sahələrinin normallaşdırılması, DÜİST 12.1.006-84. Elektromaqnit sahələrindən mühafizə üsulları və vasitələri. (M)
Mənbəyə keç: 16. Elektromaqnit sahə mənbələri. Elektromaqnit sahələrin xarakteristikası, əsas parametrləri.Elektromaqnit sahələrin təsirindən mühafizə metodları. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 2. Elektromaqnit sahələrinin insan sağlamlığına təsirini, induksiya və şüalanma zonalarının xüsusiyyətlərini, eləcə də DÜİST 12.1.006-84 standartının əsas tələblərini təhlil edir və qiymətləndirir.
- 1. Elektromaqnit sahələrinin yaranma mənbələrini, əsas parametrlərini (tezlik, dalğa uzunluğu, yayılma sürəti, güc axınının sıxlığı, elektrik və maqnit sahələrinin gərginliyi), həmçinin ultrabənövşəyi, infraqırmızı və radiotezlikli elektromaqnit şüalanmaların xüsusiyyətlərini izah edir.
14. 17. Lazer və ionlaşdırıcı şüalanmanın zərərli təsirindən mühafizə.lonlaşdırıcı şüalanmaların normalaşdırılması
Mühazirəİonlaşdırıcı şüalanmalar haqqında anlayış. İonlaşdırıcı şüalanma dozası udulan, ekspozisiya, ekvivalent və effektiv ekvivalent şüalanma dozası. Şüalanmanın növləri, rentgen və qamma şüalanmalar, elektron və pozitron ( şüalar), protonlar, neytronlar (enerji 0,02 MeV), alfa şüalanma (enerji 10 MeV), ağır nüvə axını. Şüalanma mənbələri. İonlaşdırıcı şüalanmanın təsiri nəticəsində insan orqanizmində dəyişikliklər. Daxili və xarici şüalanmalar. Radiohəssaslıqdan asılı olaraq kritik orqanlar. İş-çilərin şülanmadan mühafizəsi ümumdövlət tədbirlər sistemi.
Mənbəyə keç: 17. Lazer və ionlaşdırıcı şüalanmanın zərərli təsirindən mühafizə.lonlaşdırıcı şüalanmaların normalaşdırılması (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 2. İonlaşdırıcı şüalanmanın insan orqanizminə təsirini, daxili və xarici şüalanmanın xüsusiyyətlərini, radiohəssas orqanları və şüalanma risklərini təhlil edir, normativ tələbləri şərh edir.
- 1. Lazer və ionlaşdırıcı şüalanmanın növlərini, əsas xüsusiyyətlərini, şüalanma mənbələrini və udulan, ekspozisiya, ekvivalent və effektiv ekvivalent doza anlayışlarını izah edir.
15. 18. Elektrik təhlükəsizliyinin əsasları. Elektrik cərəyanın insana təsiri və zədələnmələrin növləri. Elektrik zədələnmələrinin səbəbləri.
MühazirəElektrik zədələri, elektrik yanığı, elektrik nişanları, dərinin metallaşması, mexaniki zədələr. Elektrik zədələrinin 4 kateqoriyası. İnsan orqanizminin elektrik müqaviməti və elektrik cərəyan şiddətinin təsir dərəcəsi. (M) - Mühafizəedici və elektrik sistemindən izolyasinin hesablanması. (L) - Gərginlik altında olan cərəyan daşıyan hissələrə toxunma, yük-sək gərginlikli qurğulara yol veriləndən daha qısa məsafəyədək yaxınlaşma, gərginlik altında olan konstruktiv elementlərə toxunma, yer səthində yaranan addım gərginliyi, elektrik avadanlıqlarını quraşdırdıqda, təmir etdikdə və nizamladıqda onların səhvən dövrəyə qoşulması. Elektrik zədələnməllərinin qarşısını almaq üçün tədbirlər. İnsanın elektrik dövrəsinə qoşulmasının iki sxemi. Elektrik şəbəkəsinin növü və onun neytralının rejimi. Mühafizəedici yerləbirləşdirmə. Elektrik avadan¬lığını təhlükəli hal¬larda dövrədən avtomatik açan qurğular(M)
Mənbəyə keç: 18. Elektrik təhlükəsizliyinin əsasları. Elektrik cərəyanın insana təsiri və zədələnmələrin növləri. Elektrik zədələnmələrinin səbəbləri. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 1. Elektrik cərəyanının insan orqanizminə təsirini, elektrik zədələrinin növlərini (elektrik yanığı, elektrik nişanları, dərinin metallaşması, mexaniki zədələr), elektrik zədələrinin kateqoriyalarını və yaranma səbəblərini izah edir.
- 2. Elektrik təhlükəsizliyi sistemlərini (mühafizəedici izolyasiya, mühafizəedici yerləbirləşdirmə (torpaqlama), neytral rejimləri, avtomatik açma qurğuları və digər qoruyucu vasitələr) təhlil edir və onların tətbiq prinsiplərini şərh edir.
16. 19. Çəpərləyici, qoruyucu, siqnalverici qurğular.
Mühazirə- Dövrədən avtomatik açan qurğular. İzoləedici qoruyucu vasitələr. Çəpərləyici qurğular və onların iş prinsipi. Siqnal¬verici vasitələrin tətbiqi
Mənbəyə keç: 19. Çəpərləyici, qoruyucu, siqnalverici qurğular. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 2. Dövrədən avtomatik açan qurğuların, izoləedici qoruyucu vasitələrin və siqnalizasiya sistemlərinin elektrik təhlükəsizliyinin təmin edilməsində tətbiq xüsusiyyətlərini təhlil edir.
- 1. Çəpərləyici, qoruyucu və siqnalverici qurğuların təyinatını, quruluşunu və iş prinsiplərini izah edir.
17. 20. Təzyiq altında hermetik sistemlərin istismar təhlükəsizliyi. Avadanlıqların təhlükəli zonaları və mühafizə vasitələri.
MühazirəTəzyiq altında və ya vakuum şəraitində işləyən müxtəlif qurğular, hermetik bağlanan boru xət¬lə¬ri, balonlar, mayeləşdirilmiş qazlar üçün qablar,sister¬na¬lar,çənlər, avtoklavlar, resiverlər, kompressor qurğuları, buxar qazanları, qazholderlər, vakuum-çalovları, yüksək təzyiq və ya vakuum şəraitində işləyən reaktorlar
Mənbəyə keç: 20. Təzyiq altında hermetik sistemlərin istismar təhlükəsizliyi. Avadanlıqların təhlükəli zonaları və mühafizə vasitələri. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 1. Təzyiq altında və vakuum şəraitində işləyən hermetik sistemlərin (buxar qazanları, kompressorlar, resiverlər, balonlar, avtoklavlar, çənlər, qazholderlər, reaktorlar və s.) quruluşunu, iş prinsiplərini və təhlükə mənbələrini izah edir.
- 2. Avadanlıqların təhlükəli zonalarını müəyyən edir, təzyiq altında işləyən sistemlərdə yarana biləcək riskləri təhlil edir və təhlükəsiz istismar tələblərini şərh edir.
18. 21. Yanma prosesi haqqında ümumi məlumat. Yanmanın növləri. Alovlanmanın qatılıq hədləri.
MühazirəReaksiyanın sürətindən asılı olaraq yanma prosesi üç forması. Maddələrin yanğın törətmə xassələri. Yanar maddə və materialların kimyəvi tərkibi. Yanar maddə və materialların fiziki-kimyəvi xassələri. Alışma temperaturu. Alovlanma temperaturuna görə yanar maddələri iki qrupu. Öz-özünə yanma qabiliyyəti olan maddələri 3 qrupu. Öz-özünə yanma qabiliy¬yət¬lərinə görə üç qrup
Mənbəyə keç: 21. Yanma prosesi haqqında ümumi məlumat. Yanmanın növləri. Alovlanmanın qatılıq hədləri. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 1. Yanma prosesinin mahiyyətini, yanmanın növlərini, inkişaf formalarını və alovlanmanın qatılıq hədlərini izah edir.
- 2. Yanar maddə və materialların kimyəvi tərkibini, fiziki-kimyəvi xassələrini, alışma və alovlanma temperaturlarını, həmçinin öz-özünə yanma xüsusiyyətlərinə görə təsnifatını təhlil edir.
19. 22. Yanğın və partlayışların səbəbləri. Partlayışların yuxarı və aşağı hədləri. Yanğın profilaktikası. İstehsalatın yanğın təhlükəsinə görə kateqoriyaları. Bina və qurğuların odadavamlığı.
Mühazirə- İnşaat materiallarının və konstruksiyalarının yanma qabiliyyəti. İnşaat konstruksiyalarının odadavamlığı. Odadavamlıq həddi. İnşaat konstruksiyalarının odadavamlığına təsir edən amillər. Binaların odadavamlıq dərəcələri
Mənbəyə keç: 22. Yanğın və partlayışların səbəbləri. Partlayışların yuxarı və aşağı hədləri. Yanğın profilaktikası. İstehsalatın yanğın təhlükəsinə görə kateqoriyaları. Bina və qurğuların odadavamlığı. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 1. Yanğın və partlayışların yaranma səbəblərini, partlayışın aşağı və yuxarı qatılıq hədlərini, yanğın profilaktikasının əsas prinsiplərini və istehsalat obyektlərinin yanğın-partlayış təhlükəsinə görə kateqoriyalarını izah edir.
- 2. Yanğın risklərini yaradan amilləri (yanğına qarşı rejimin pozulması, elektrik avadanlıqlarının nasazlığı, layihələndirmə qüsurları, qızdırıcı qurğuların düzgün quraşdırılmaması və s.) təhlil edir, həmçinin İN və QP-90-81 norma və qaydalarının əsas tələblərini şərh edir.
20. 23. Odsöndürücü vasitələr və onların yanğın söndürmə xassələri. Yanğına qarşı su təchizatı. Yanğın siqnalizasiyası və rabitəsi
MühazirəSoyuducu vı izoləedici odsöndürmə vasitələri. Yanma zonasının mühitinə qarışan odsöndürmə vasitələri. Yanğınaqarşı su təchizatı. Köpüklü əl odsöndürücüləri. Karbon qazlı odsöndürücülər. Ovuntu (toz) tərkibli odsöndürücülər. (
Mənbəyə keç: 23. Odsöndürücü vasitələr və onların yanğın söndürmə xassələri. Yanğına qarşı su təchizatı. Yanğın siqnalizasiyası və rabitəsi (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 1. Odsöndürücü vasitələrin (su, köpük, karbon qazı, toz və digər vasitələr) növlərini, iş prinsiplərini və yanğın söndürmə xassələrini izah edir.
- 2. Yanğına qarşı su təchizatı, yanğın siqnalizasiyası və rabitə sistemlərinin quruluşunu, funksiyalarını və tətbiq sahələrini təhlil edir, müxtəlif yanğın sinifləri üçün uyğun odsöndürmə vasitələrini seçir.
21. 8. İstehsalat binalarının ventilyasiyası və onun növləri.
MühazirəNizamlanan təbii ventilyasiya. Nizamlanmayan təbii ventilyasiya. Sorucu, üfürüci və kombinə edilmiş ümumdəyişdirici mexaniki ventilyasiya. Yerli ventilyasiya
Mənbəyə keç: 8. İstehsalat binalarının ventilyasiyası və onun növləri. (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 1. İstehsalat binalarında tətbiq olunan ventilyasiya sistemlərinin (nizamlanan və nizamlanmayan təbii, sorucu, üfürücü, kombinə edilmiş ümumdəyişdirici və yerli ventilyasiya) növlərini, quruluşunu və iş prinsiplərini izah edir.
- 2. İstehsalat şəraitinə uyğun ventilyasiya sistemini seçir, onun tətbiq xüsusiyyətlərini və iş mühitinin sağlamlaşdırılmasında rolunu əsaslandırır.
22. 10. İstehsalat işıqlanması və onun təsnifatı. Təbii işıqlanma və onun növləri və hesablanması
Mühazirəİstehsalat işıqlandırılmasının vəzifələri. İstehsalat işıqlandırılmasının kəmiyyət və keyfiyyət göstəriciləri. Şüa seli. İşıq şiddəti. Səth parlaqlığı. Əksetmə əmsalı. Yandan, üstdən və kom¬binəedilmiş işıqlanma. Gözqamaşdırma dərəcəsi. İşıqlanma dərəcəsi. İşıqlanma dərəcəsinin pulsasiyası (döyünmə) əmsalı. (
Mənbəyə keç: 10. İstehsalat işıqlanması və onun təsnifatı. Təbii işıqlanma və onun növləri və hesablanması (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 1. İstehsalat işıqlandırmasının vəzifələrini, təsnifatını, təbii işıqlandırmanın növlərini (yandan, üstdən və kombinə edilmiş) və əsas işıq-texniki göstəricilərini izah edir.
- 2. Təbii işıqlandırmanın kəmiyyət və keyfiyyət göstəricilərini (şüa seli, işıq şiddəti, səth parlaqlığı, əksetmə əmsalı, işıqlanma dərəcəsi, gözqamaşdırma və pulsasiya əmsalı) təhlil edir və normativ tələblərə uyğun qiymətləndirir.
23. 9. Təbii və mexaniki ventilyasiya və onların hesabatı. İsitmə sistemləri
MühazirəTəbii ventilyasiyanın effektivliyinə təsir edən amillər. Bəra¬bər təzyiqlər müstəvisi. Ümumi qravitasiya təzyiqi. Deflektorlar. Ümumidəyişdirici ventilyasiya üçün havadəyişmənin hesablanması. Mexaniki ventilyasiya izafi istilik ayrılmaları olan binanın iş zonasında olan me¬teo¬roloji şərait yaratmaq məqsədi. Üfürücü ventilyasiya sistemlərinin əsas elementlərinin yaradılması. Havaqəbuledicilər. Təmizləyicilər. Havanın təmizlənmə effektivliyi
Mənbəyə keç: 9. Təbii və mexaniki ventilyasiya və onların hesabatı. İsitmə sistemləri (yeni pəncərədə açılır)Mövzu təlim nəticələri
- 2. Ventilyasiya sistemlərinin hesablanması prinsiplərini tətbiq edir, havadəyişməni müəyyən edir, təbii ventilyasiyanın effektivliyinə təsir edən amilləri və mexaniki ventilyasiya sistemlərinin işini təhlil edir.
- 1. Təbii və mexaniki ventilyasiya sistemlərinin, eləcə də isitmə sistemlərinin iş prinsiplərini, əsas elementlərini və tətbiq sahələrini izah edir.