Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi

Əməyin mühafizəsi və texniki təhlükəsi.Sillabus

İF- 4154y6 kreditYaz semestriMəcburi2025-2026

Sillabus

Fənnin rəsmi proqramı: ümumi məlumat, təlim nəticələri, mövzu planı, ədəbiyyat və qiymətləndirmə.

Ümumi məlumat

Fənn kodu
İF- 4154y
Kredit
6
Tələbənin iş yükü
180
Semestr
Yaz semestri
Akademik il
2025-2026
Fənnin tipi
Məcburi
Təhsil forması
Əyani
Tədris dili
Azərbaycan
Auditoriyadaxili saatlar
a) mühazirə - 45; b) laboratoriya işi - 15
Auditoriyadan kənar saatlar
a) MRTSi - 48; b) TSi -72.

Fənn haqqında

Əməyin mühafizəsi və texniki təhlükəsizlik işçilərin sağlamlığını və təhlükəsizliyini qorumaq üçün tətbiq olunan qaydalar sistemidir. Bu sahənin məqsədi istehsalat qəzalarının və xəsarətlərin qarşısını almaqdır. İş yerlərində təhlükəsizlik qaydalarına riayət etmək vacibdir. Qoruyucu vasitələrdən düzgün istifadə işçilərin təhlükəsizliyini artırır. Əməyin mühafizəsi sağlam və təhlükəsiz iş mühitinin yaradılmasına kömək edir.

Tədris metodları

  • mühazirə
  • laboratoriya işi
  • layihə əsaslı öyrənmə
  • komanda işi

Fənn təlim nəticələri (CLO)

  1. CLO 1: Əməyin mühafizəsi və texniki təhlükəsizliyin əsas anlayışlarını, prinsiplərini, qanunvericilik və normativ tələblərini izah edir, peşəkar terminologiyadan düzgün istifadə edir.

  2. CLO 2: İş yerlərində təhlükəli və zərərli istehsalat amillərini müəyyən edir, peşə risklərini keyfiyyət və kəmiyyət baxımından qiymətləndirir və onların qarşısının alınması tədbirlərini əsaslandırır.

  3. CLO 3: Əməyin mühafizəsi üzrə monitorinq, risk qiymətləndirilməsi və təhlükəsizlik sənədlərinin hazırlanmasında kompüter texnologiyaları və müasir proqram vasitələrindən istifadə edir.

  4. CLO 4: İş yerlərində təhlükəsiz əmək şəraitinin yaradılması, fərdi və kollektiv mühafizə vasitələrinin seçilməsi, texniki təhlükəsizlik tədbirlərinin tətbiqi və istehsalat qəzalarının profilaktikasını həyata keçirir.

  5. CLO 5: İstehsalat qəzaları, yanğın və digər fövqəladə hallar zamanı təhlükəsizlik tədbirlərini, təxliyyə planlarını və ilkin tibbi yardımın təşkilini tətbiq edir.

  6. CLO 6: Müəssisələrdə əməyin mühafizəsi sisteminin səmərəliliyini qiymətləndirir, təhlükəsizliyin təkmilləşdirilməsi və peşə risklərinin azaldılması üzrə əsaslandırılmış təkliflər hazırlayır.

Mövzu planı

  1. 1.
    1. Giriş. “Əməyin mühafizəsi” fənnin əsas məqsəd və vəzifələriMühazirə

    Əmək mühafizəsi anlayışı. Əmək mühafizəsinin vacibliyi. Gündəlik həyatda və iş yerlərində əmək mühafizəsinin rolu. (M)

  2. 2.
    2. Əmək mühafizəsinin təşkilati məsələləri. AR-da əmək mühafizəsi üzrə qanunvericilik aktları, qaydalar, standartlar.Mühazirə

    Əmək mühafizəsinin qurulmasının əsas məqsədi və prinsipləri. Təhlükəsiz idarəetmə anlayışı. Əmək mühafizəsi üzrə Azərbaycan Respublikasının qanunvericiliyi, Əmək mühafizəsi Azərbaycan respublikasının Konstitusiyasında və Əmək Məcəlləsində. Digər normativ hüquqi aktlar və sənədlər

  3. 3.
    3.İSO 9001-İSO 9001 — Keyfiyyəti İdarəetmə Sistemi (KİS).Mühazirə

    Keyfiyyəti İdarəetmə Sisteminin əsas anlayışları, prinsipləri və yaranma tarixi. Müəssisələrdə məhsul və xidmət keyfiyyətinin təmin olunması mexanizmləri. Müştəri məmnuniyyətinin artırılması, proses yanaşması və PDCA (Planlaşdır – Et – Yoxla – Təkmilləşdir) dövrəsinin mahiyyəti. Risk yönümlü təfəkkür, resursların idarə olunması, sənədləşdirilmiş məlumatlar və davamlı təkmilləşmə prinsipləri.

    • 1. ISO 9001 Keyfiyyəti İdarəetmə Sisteminin məqsədini, əsas prinsiplərini, yaranma tarixini və tətbiq sahələrini izah edir.
    • 2. PDCA dövrəsini, proses yanaşmasını və risk yönümlü təfəkkürü müəssisənin keyfiyyət idarəetmə proseslərində tətbiq etmə yollarını şərh edir.
  4. 4.
    4. İSO 14001 Beynəlxalq Standartı. Ətraf Mühiti İdarəetmə Sistemi.Mühazirə

    Ətraf mühitin mühafizəsi və Ekologiyanı İdarəetmə Sisteminin (EİS) əsas prinsipləri. İstehsalat prosesində ətraf mühitə mənfi təsirlərin (tullantılar, çirklənmələr) analizi. Ekoloji risklərin qiymətləndirilməsi, resurslara qənaət və ekoloji qanunvericiliyin tələbləri.

    • 1. SO 14001 Ətraf Mühiti İdarəetmə Sisteminin məqsədini, əsas prinsiplərini və müəssisələrdə tətbiq xüsusiyyətlərini izah edir.
    • 2. İstehsalat proseslərinin ətraf mühitə təsirlərini, o cümlədən tullantılar, emissiyalar və digər çirklənmə mənbələrini müəyyən edir və ekoloji riskləri qiymətləndirir.
  5. 5.
    5. İSO 45001 Beynəlxalq Standartı. Peşə Sağlamlığı və Əmək Təhlükəsizliyini İdarəetmə Sistemi.Mühazirə

    İSO 45001 standartının məqsədi və təhlükəsiz iş mühitinin qurulması prinsipləri. İş yerlərində peşə xəstəliklərinin və istehsalat xəsarətlərinin öncədən müəyyən edilməsi. Təhlükələrin eyniləşdirilməsi, risklərin qiymətləndirilməsi və idarə olunması metodları. (M)

    • 1. ISO 45001 Peşə Sağlamlığı və Əmək Təhlükəsizliyini İdarəetmə Sisteminin məqsədini, əsas prinsiplərini və təşkilatlarda tətbiq xüsusiyyətlərini izah edir.
    • 2. İş yerlərində təhlükələri eyniləşdirir, peşə risklərini qiymətləndirir və risklərin idarə olunması üsullarını tətbiq etmə yollarını şərh edir.
  6. 6.
    6. İstehsalat zədələnmələri və peşə xəstəlikləri, onların səbəbləri, qeydə alınması, hesablanması və analizi.Mühazirə

    Təhlükəli və zərərli istehsal amilləri. Travmatizm və xəstələnmənin analizi. Peşə xəstəliklərinin müxtəlifliyi və onların yaranma səbəblərinin təyini.

    • 2. Travmatizm və peşə xəstəliklərinin qeydə alınması, əsas statistik göstəricilər üzrə hesablanması və təhlili üsullarını tətbiq edir.
    • 1. İstehsalat zədələnmələrinin və peşə xəstəliklərinin yaranma səbəblərini, növlərini və təhlükəli, zərərli istehsal amillərinin təsirini izah edir.
  7. 7.
    7. İstehsalat otaqlarının hava şəraitinin sağlamlaşdırılması. İş yerlərinin meteroloji parametrləri və onların təmini.Mühazirə

    İş yerlərində hava şəraitinin işçilərə və iş prosesinə təsiri. İş yerlərində meteroloji şəraitin təsir amilləri. Sağlam əmək şəraitinin yaradılması üçün meteroloji şəraitin təyin olunma üsulları, normalaşdırılması və standartları.

    • 1. İş yerlərində meteoroloji parametrləri (hava temperaturu, nisbi rütubət, hava hərəkətinin sürəti və istilik şüalanması) və onların insan orqanizminə təsirini izah edir.
    • 2. İstehsalat otaqlarında mikroiqlimin qiymətləndirilməsi, normalaşdırılması və standartlara uyğun təmin edilməsi üsullarını tətbiq edir.
  8. 8.
    12. Titrəyişlər, onların əsas parametrlərinin fiziki xarakteristikası. Ümumi və yerli titrəyişlər, onların normalaşdırılmasıMühazirə

    Mexaniki sistemlərdəki mürəkkəb rəqsi hərəkətlər. Hidravlik və pnevmatik sistemlərdə titrəyişlər. Titrəyişlərin fiziki parmetrləri, yerdəyişmə amplitudu (xm) titrəyiş sürəti (m) sürət amplitudu (am), rəqs periodu (T) və tezlik

    • 1. Titrəyişlərin yaranma mexanizmini, əsas fiziki parametrlərini (yerdəyişmə amplitudu, titrəyiş sürəti, sürətlənmə amplitudu, rəqs periodu və tezlik) və ümumi və yerli titrəyişlərin xüsusiyyətlərini izah edir.
    • 2. İstehsalat titrəyişlərini yaranma mənbəyinə görə (nəqliyyat, nəqliyyat-texnoloji və texnoloji titrəyişlər) təsnif edir, onların gigiyenik və texniki normalaşdırılması prinsiplərini tətbiq edir.
  9. 9.
    13. Titrəyişlərinin insana təsiri və zərərli təsirindən mühafizə tədbirləriMühazirə

    Ümumi titrəyişlər, onların təsiri. Aşağı tezlikli ümumi titrəyişlər, daxili orqanların toxumalarının mexaniki zədələnməsi və parçalanması. Ümumi titrəyişlərin mərkəzi və periferik sinir sisteminə, həzm siste¬minə və istinad-hərəkət aparatına təsiri. Yerli (lokal) titrəyişlər. Yerli titrəyişlərin əzələ və sümük toxuma-la¬rı¬na təsiri. Titrəyiş xəstəliyi.

    • 2. Titrəyiş xəstəliyinin yaranma səbəblərini, klinik əlamətlərini, risk amillərini və peşə sağlamlığına təsirini təhlil edir.
    • 1. Ümumi və yerli (lokal) titrəyişlərin insan orqanizminə, o cümlədən sinir sistemi, dayaq-hərəkət aparatı, həzm sistemi və digər orqanlara təsirini izah edir.
  10. 10.
    11. Süni işıqlandırma, onun növləri, normalaşdırması və hesablanması. Süni işıqlandırmanın normalaşdırılması.Mühazirə

    İşıqlandırmanın elektrik, işıq-texniki, iqtisadi və konstruktiv xarakteris¬tikaları. Közərmə lampaları. Qaz boşalmalı lampaları. İşıqlandırıcı qurğular. Süni işıqlandırmanın normallaşdırılması. Süni işıqlandırma inşaat normaları və qaydaları. Süni işıqlandırmanın hesablanması. İşıq selinin faydalı istifadə əmsalı. Ümumi bərabər işıqlandırmada vatt üsulu

    • 2. Süni işıqlandırmanın normalaşdırılması və hesablanması prinsiplərini, işıq selinin faydalı istifadə əmsalını və ümumi bərabər işıqlandırmada vatt üsulunu tətbiq edir.
    • 1. Süni işıqlandırmanın növlərini, işıq mənbələrinin (közərmə, qaz boşalmalı və müasir LED lampalar) elektrik, işıq-texniki, iqtisadi və konstruktiv xüsusiyyətlərini izah edir.
  11. 11.
    14. İstehsalat səs-küyünün parametrləri, fiziki xarakteristikası, mənbələri. Səsin insan orqanizminə təsiri.Mühazirə

    Səs-küy tezlikləri və fazaları. Sinir və ürək-damar sistemində funksional pozuntular. Səs sahəsi. Eşitmə üzvlərinə səs təzyiqinin orta kvadratik qiyməti. Səs tezliyi. Tezliyinə görə səsin növləri, infrasəslər, eşidilən səslər, ultrasəslər. Eşidilən səs diapazonu, aşağı tezlikli səslər, orta tezlikli səslər, yüksək tezlikli səslər.

    • 2. İnfrasəs, eşidilən səslər və ultrasəsləri, həmçinin aşağı, orta və yüksək tezlikli səslərin xüsusiyyətlərini fərqləndirir və onların istehsalat mühitində yayılmasını təhlil edir.
    • 1. İstehsalat səs-küyünün əsas fiziki parametrlərini (səs təzyiqi, səs intensivliyi, tezlik, faza və səs sahəsi), yaranma mənbələrini və təsnifatını izah edir.
  12. 12.
    15. Maşınların səs-küy xarakteristikası və azaldılma üsulları. İstehsalat şəraitində infra və ultra səslər.Mühazirə

    Səs-küyün səviyyəsinin normal¬laşdırılması, DÜİST 12.1.003-76. İş yerlərində səs-küyün azaldılması üsulları, səs-küy mənbəyinə təsir, səs-küyün yayılma istiqamətinin dəyişilməsi, müəssisə və sexlərin rasional planlaşdırılması, istehsalat otaqla¬rının akustik emalı, səs-küyün yayılma yolunda azaldılması.

    • 1. Maşın və avadanlıqların səs-küy xarakteristikalarını, infra və ultrasəslərin yaranma səbəblərini, yayılma xüsusiyyətlərini və insan sağlamlığına təsirini izah edir.
    • 2. Səs-küyün normalaşdırılması prinsiplərini, o cümlədən DÜİST 12.1.003-76 standartının əsas tələblərini və iş yerlərində yol verilən səs-küy səviyyələrini şərh edir.
  13. 13.
    16. Elektromaqnit sahə mənbələri. Elektromaqnit sahələrin xarakteristikası, əsas parametrləri.Elektromaqnit sahələrin təsirindən mühafizə metodları.Mühazirə

    Elektromaqnit sahə mənbələri. Elektromaqnit sahələrin xarakteristikası, əsas parametrləri.Elektromaqnit sahələrin təsirindən mühafizə metodları. - Elektromaqnit sahələri, ultrabənövşəyi şüalanmalar (=0,136-0,4 mkm), infraqırmızı şüalar (=0,76-0,4 mkm) radiotezlikli elektromaqnit dalğaları (3 km-1 mm). Tezlik, dalğa uzunluğu, sürət, güc axınının sıxlığı, elektrik və maqnit sahələrinin gərginliyi. İnduksiya və şüalanma zonası. Elektromaqnit sahələrinin normallaşdırılması, DÜİST 12.1.006-84. Elektromaqnit sahələrindən mühafizə üsulları və vasitələri. (M)

    • 2. Elektromaqnit sahələrinin insan sağlamlığına təsirini, induksiya və şüalanma zonalarının xüsusiyyətlərini, eləcə də DÜİST 12.1.006-84 standartının əsas tələblərini təhlil edir və qiymətləndirir.
    • 1. Elektromaqnit sahələrinin yaranma mənbələrini, əsas parametrlərini (tezlik, dalğa uzunluğu, yayılma sürəti, güc axınının sıxlığı, elektrik və maqnit sahələrinin gərginliyi), həmçinin ultrabənövşəyi, infraqırmızı və radiotezlikli elektromaqnit şüalanmaların xüsusiyyətlərini izah edir.
  14. 14.
    17. Lazer və ionlaşdırıcı şüalanmanın zərərli təsirindən mühafizə.lonlaşdırıcı şüalanmaların normalaşdırılmasıMühazirə

    İonlaşdırıcı şüalanmalar haqqında anlayış. İonlaşdırıcı şüalanma dozası udulan, ekspozisiya, ekvivalent və effektiv ekvivalent şüalanma dozası. Şüalanmanın növləri, rentgen və qamma şüalanmalar, elektron və pozitron ( şüalar), protonlar, neytronlar (enerji  0,02 MeV), alfa şüalanma (enerji  10 MeV), ağır nüvə axını. Şüalanma mənbələri. İonlaşdırıcı şüalanmanın təsiri nəticəsində insan orqanizmində dəyişikliklər. Daxili və xarici şüalanmalar. Radiohəssaslıqdan asılı olaraq kritik orqanlar. İş-çilərin şülanmadan mühafizəsi ümumdövlət tədbirlər sistemi.

    • 2. İonlaşdırıcı şüalanmanın insan orqanizminə təsirini, daxili və xarici şüalanmanın xüsusiyyətlərini, radiohəssas orqanları və şüalanma risklərini təhlil edir, normativ tələbləri şərh edir.
    • 1. Lazer və ionlaşdırıcı şüalanmanın növlərini, əsas xüsusiyyətlərini, şüalanma mənbələrini və udulan, ekspozisiya, ekvivalent və effektiv ekvivalent doza anlayışlarını izah edir.
  15. 15.
    18. Elektrik təhlükəsizliyinin əsasları. Elektrik cərəyanın insana təsiri və zədələnmələrin növləri. Elektrik zədələnmələrinin səbəbləri.Mühazirə

    Elektrik zədələri, elektrik yanığı, elektrik nişanları, dərinin metallaşması, mexaniki zədələr. Elektrik zədələrinin 4 kateqoriyası. İnsan orqanizminin elektrik müqaviməti və elektrik cərəyan şiddətinin təsir dərəcəsi. (M) - Mühafizəedici və elektrik sistemindən izolyasinin hesablanması. (L) - Gərginlik altında olan cərəyan daşıyan hissələrə toxunma, yük-sək gərginlikli qurğulara yol veriləndən daha qısa məsafəyədək yaxınlaşma, gərginlik altında olan konstruktiv elementlərə toxunma, yer səthində yaranan addım gərginliyi, elektrik avadanlıqlarını quraşdırdıqda, təmir etdikdə və nizamladıqda onların səhvən dövrəyə qoşulması. Elektrik zədələnməllərinin qarşısını almaq üçün tədbirlər. İnsanın elektrik dövrəsinə qoşulmasının iki sxemi. Elektrik şəbəkəsinin növü və onun neytralının rejimi. Mühafizəedici yerləbirləşdirmə. Elektrik avadan¬lığını təhlükəli hal¬larda dövrədən avtomatik açan qurğular(M)

    • 1. Elektrik cərəyanının insan orqanizminə təsirini, elektrik zədələrinin növlərini (elektrik yanığı, elektrik nişanları, dərinin metallaşması, mexaniki zədələr), elektrik zədələrinin kateqoriyalarını və yaranma səbəblərini izah edir.
    • 2. Elektrik təhlükəsizliyi sistemlərini (mühafizəedici izolyasiya, mühafizəedici yerləbirləşdirmə (torpaqlama), neytral rejimləri, avtomatik açma qurğuları və digər qoruyucu vasitələr) təhlil edir və onların tətbiq prinsiplərini şərh edir.
  16. 16.
    19. Çəpərləyici, qoruyucu, siqnalverici qurğular.Mühazirə

    - Dövrədən avtomatik açan qurğular. İzoləedici qoruyucu vasitələr. Çəpərləyici qurğular və onların iş prinsipi. Siqnal¬verici vasitələrin tətbiqi

    • 2. Dövrədən avtomatik açan qurğuların, izoləedici qoruyucu vasitələrin və siqnalizasiya sistemlərinin elektrik təhlükəsizliyinin təmin edilməsində tətbiq xüsusiyyətlərini təhlil edir.
    • 1. Çəpərləyici, qoruyucu və siqnalverici qurğuların təyinatını, quruluşunu və iş prinsiplərini izah edir.
  17. 17.
    20. Təzyiq altında hermetik sistemlərin istismar təhlükəsizliyi. Avadanlıqların təhlükəli zonaları və mühafizə vasitələri.Mühazirə

    Təzyiq altında və ya vakuum şəraitində işləyən müxtəlif qurğular, hermetik bağlanan boru xət¬lə¬ri, balonlar, mayeləşdirilmiş qazlar üçün qablar,sister¬na¬lar,çənlər, avtoklavlar, resiverlər, kompressor qurğuları, buxar qazanları, qazholderlər, vakuum-çalovları, yüksək təzyiq və ya vakuum şəraitində işləyən reaktorlar

    • 1. Təzyiq altında və vakuum şəraitində işləyən hermetik sistemlərin (buxar qazanları, kompressorlar, resiverlər, balonlar, avtoklavlar, çənlər, qazholderlər, reaktorlar və s.) quruluşunu, iş prinsiplərini və təhlükə mənbələrini izah edir.
    • 2. Avadanlıqların təhlükəli zonalarını müəyyən edir, təzyiq altında işləyən sistemlərdə yarana biləcək riskləri təhlil edir və təhlükəsiz istismar tələblərini şərh edir.
  18. 18.
    21. Yanma prosesi haqqında ümumi məlumat. Yanmanın növləri. Alovlanmanın qatılıq hədləri.Mühazirə

    Reaksiyanın sürətindən asılı olaraq yanma prosesi üç forması. Maddələrin yanğın törətmə xassələri. Yanar maddə və materialların kimyəvi tərkibi. Yanar maddə və materialların fiziki-kimyəvi xassələri. Alışma temperaturu. Alovlanma temperaturuna görə yanar maddələri iki qrupu. Öz-özünə yanma qabiliyyəti olan maddələri 3 qrupu. Öz-özünə yanma qabiliy¬yət¬lərinə görə üç qrup

    • 1. Yanma prosesinin mahiyyətini, yanmanın növlərini, inkişaf formalarını və alovlanmanın qatılıq hədlərini izah edir.
    • 2. Yanar maddə və materialların kimyəvi tərkibini, fiziki-kimyəvi xassələrini, alışma və alovlanma temperaturlarını, həmçinin öz-özünə yanma xüsusiyyətlərinə görə təsnifatını təhlil edir.
  19. 19.
    22. Yanğın və partlayışların səbəbləri. Partlayışların yuxarı və aşağı hədləri. Yanğın profilaktikası. İstehsalatın yanğın təhlükəsinə görə kateqoriyaları. Bina və qurğuların odadavamlığı.Mühazirə

    - İnşaat materiallarının və konstruksiyalarının yanma qabiliyyəti. İnşaat konstruksiyalarının odadavamlığı. Odadavamlıq həddi. İnşaat konstruksiyalarının odadavamlığına təsir edən amillər. Binaların odadavamlıq dərəcələri

    • 1. Yanğın və partlayışların yaranma səbəblərini, partlayışın aşağı və yuxarı qatılıq hədlərini, yanğın profilaktikasının əsas prinsiplərini və istehsalat obyektlərinin yanğın-partlayış təhlükəsinə görə kateqoriyalarını izah edir.
    • 2. Yanğın risklərini yaradan amilləri (yanğına qarşı rejimin pozulması, elektrik avadanlıqlarının nasazlığı, layihələndirmə qüsurları, qızdırıcı qurğuların düzgün quraşdırılmaması və s.) təhlil edir, həmçinin İN və QP-90-81 norma və qaydalarının əsas tələblərini şərh edir.
  20. 20.
    23. Odsöndürücü vasitələr və onların yanğın söndürmə xassələri. Yanğına qarşı su təchizatı. Yanğın siqnalizasiyası və rabitəsiMühazirə

    Soyuducu vı izoləedici odsöndürmə vasitələri. Yanma zonasının mühitinə qarışan odsöndürmə vasitələri. Yanğınaqarşı su təchizatı. Köpüklü əl odsöndürücüləri. Karbon qazlı odsöndürücülər. Ovuntu (toz) tərkibli odsöndürücülər. (

    • 1. Odsöndürücü vasitələrin (su, köpük, karbon qazı, toz və digər vasitələr) növlərini, iş prinsiplərini və yanğın söndürmə xassələrini izah edir.
    • 2. Yanğına qarşı su təchizatı, yanğın siqnalizasiyası və rabitə sistemlərinin quruluşunu, funksiyalarını və tətbiq sahələrini təhlil edir, müxtəlif yanğın sinifləri üçün uyğun odsöndürmə vasitələrini seçir.
  21. 21.
    8. İstehsalat binalarının ventilyasiyası və onun növləri.Mühazirə

    Nizamlanan təbii ventilyasiya. Nizamlanmayan təbii ventilyasiya. Sorucu, üfürüci və kombinə edilmiş ümumdəyişdirici mexaniki ventilyasiya. Yerli ventilyasiya

    • 1. İstehsalat binalarında tətbiq olunan ventilyasiya sistemlərinin (nizamlanan və nizamlanmayan təbii, sorucu, üfürücü, kombinə edilmiş ümumdəyişdirici və yerli ventilyasiya) növlərini, quruluşunu və iş prinsiplərini izah edir.
    • 2. İstehsalat şəraitinə uyğun ventilyasiya sistemini seçir, onun tətbiq xüsusiyyətlərini və iş mühitinin sağlamlaşdırılmasında rolunu əsaslandırır.
  22. 22.
    10. İstehsalat işıqlanması və onun təsnifatı. Təbii işıqlanma və onun növləri və hesablanmasıMühazirə

    İstehsalat işıqlandırılmasının vəzifələri. İstehsalat işıqlandırılmasının kəmiyyət və keyfiyyət göstəriciləri. Şüa seli. İşıq şiddəti. Səth parlaqlığı. Əksetmə əmsalı. Yandan, üstdən və kom¬binəedilmiş işıqlanma. Gözqamaşdırma dərəcəsi. İşıqlanma dərəcəsi. İşıqlanma dərəcəsinin pulsasiyası (döyünmə) əmsalı. (

    • 1. İstehsalat işıqlandırmasının vəzifələrini, təsnifatını, təbii işıqlandırmanın növlərini (yandan, üstdən və kombinə edilmiş) və əsas işıq-texniki göstəricilərini izah edir.
    • 2. Təbii işıqlandırmanın kəmiyyət və keyfiyyət göstəricilərini (şüa seli, işıq şiddəti, səth parlaqlığı, əksetmə əmsalı, işıqlanma dərəcəsi, gözqamaşdırma və pulsasiya əmsalı) təhlil edir və normativ tələblərə uyğun qiymətləndirir.
  23. 23.
    9. Təbii və mexaniki ventilyasiya və onların hesabatı. İsitmə sistemləriMühazirə

    Təbii ventilyasiyanın effektivliyinə təsir edən amillər. Bəra¬bər təzyiqlər müstəvisi. Ümumi qravitasiya təzyiqi. Deflektorlar. Ümumidəyişdirici ventilyasiya üçün havadəyişmənin hesablanması. Mexaniki ventilyasiya izafi istilik ayrılmaları olan binanın iş zonasında olan me¬teo¬roloji şərait yaratmaq məqsədi. Üfürücü ventilyasiya sistemlərinin əsas elementlərinin yaradılması. Havaqəbuledicilər. Təmizləyicilər. Havanın təmizlənmə effektivliyi

    • 2. Ventilyasiya sistemlərinin hesablanması prinsiplərini tətbiq edir, havadəyişməni müəyyən edir, təbii ventilyasiyanın effektivliyinə təsir edən amilləri və mexaniki ventilyasiya sistemlərinin işini təhlil edir.
    • 1. Təbii və mexaniki ventilyasiya sistemlərinin, eləcə də isitmə sistemlərinin iş prinsiplərini, əsas elementlərini və tətbiq sahələrini izah edir.

Ədəbiyyat

Qiymətləndirmə

Qiymətləndirmə formasıAçıqlamaBalUyğun FTN
Cari qiymətləndirməCari qiymətləndirmə - fənn üzrə tələbənin semestr müddətində fəaliyyətinin qiymətləndirilməsi olmaqla, mühazirə və məşğələ (laboratoriya) dərs materiallarının mənimsənilmə səviyyəsini qiymətləndirilir.30 balFTN 1-5
DavamiyyətTələbə fənn üzrə dərslərin 25%-dən çoxunda iştirak etmədiyi halda imtahana buraxılmır.10 bal-
Tələbənin sərbəst işiTələbəyə fənn üzrə semestr ərzində 1 sərbəst işin (zəruri hallarda sərbəst işlərin sayı artırıla bilər) yerinə yetirilməsi tapşırığı verilir.10 balFTN--
İmtahanİmtahan şifahi, yazılı, yazılı-elektron, test üsulu ilə keçirilir50 balFTN 1-5