Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi

Radiasiya təhlükəsizliyiCLO↔PLO matrisi

İF -4575y8 kreditPayız semestriMəcburi2025-2026

CLO ↔ PLO uyğunluq cədvəli

Fənn təlim nəticələrinin proqram təlim məqsədlərinə uyğunluğu.

4 CLO × 6 PLO
Fənn təlim nəticəsiPLO 1PLO 2PLO 3PLO 4PLO 5PLO 6
CLO 1CLO-79982 İonlaşdırıcı şüalanmanın növlərini, mənbələrini, fiziki xüsusiyyətlərini və radiasiya təhlükəsizliyinin əsas prinsiplərini izah edir, peşəkar terminologiyadan düzgün istifadə edir.uyğun deyiluyğunduruyğunduruyğunduruyğun deyiluyğun deyil
CLO 2CLO-52638Radiasiyanın insan sağlamlığına, ətraf mühitə və sənaye obyektlərinə təsirini təhlil edir, doza anlayışlarını və radiasiya risklərinin qiymətləndirilməsi üsullarını tətbiq edir.uyğun deyiluyğun deyiluyğun deyiluyğunduruyğun deyiluyğun deyil
CLO 3CLO-49598Radiasiya səviyyələrinin ölçülməsi və monitorinqi üçün istifadə olunan cihaz və proqram vasitələrindən istifadə edir, nəticələri təhlil edir və qiymətləndirir. uyğun deyiluyğunduruyğun deyiluyğun deyiluyğun deyiluyğun deyil
CLO 4CLO-24600Radioaktiv maddələrlə təhlükəsiz işləmə qaydalarını, radiasiyadan mühafizə tədbirlərini və normativ təhlükəsizlik tələblərini praktik vəziyyətlərdə tətbiq edir. uyğun deyiluyğun deyiluyğunduruyğun deyiluyğun deyiluyğun deyil

Proqram təlim məqsədləri

  1. PLO 1

    PLO 1. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını, daxili və xarici siyasətini, süqutunu; Azərbaycanda sovet hakimiyyətinin qurulmasını, 30-cu illərdə repressiyaları, İkinci Dünya müharibəsi dövründə (1941-1945) xalqın vətənpərvərliyini, mədəniyyət və iqtisadiyyat sahələrində nailiyyətləri; 1991-1993-cü illərdə dövlət müstəqilliyinin bərpasını, Qarabağ müharibəsini, siyasi və iqtisadi böhranları; Ümummilli lider Heydər Əliyevin respublika iqtisadiyyatının inkişafında və çiçəklənməsində misilsiz rolunu, daxili və xarici siyasətdə əldə edilmiş nailiyyətləri; Azərbaycan dilində təqdim etmək, natiqlik, akademik işgüzar yazı bacarıqları aşılanmalı; xarici dildə neytral səs informasiyasının və ritminin özünəməxsusluğunu; ümumi və terminoloji səciyyəli 4000 tədris leksik vahidləri həcmində söz ehtiyatı minimumunu, sərbəst və sabit söz birləşmələrini, ən əsas qrammatik hadisələri, yazılı və şifahi ünsiyyət zamanı fikrini ifadə etməyi və s.

    Bu fənndən töhfə yoxdur

  2. PLO 2

    PLO 2. Məntiqi təfəkkürə malik olmalı, riyazi qayda və qanunları tətbiq etməyi; mövcud olan riyazi üsullardan istifadə etməyi və nəticələrin işlənməsi üçün riyazi metodları tətbiq etməyi; mexanika və təbiət elmlərindən sadə sistem və proseslərdə riyazi modellərdən istifadə etməyi; eksperimental nəticələrin işlənib hazırlanmasında əsas üsullardan istifadə etməyi; riyazi fizikanın əsas tənliklərinin analitik və ədədi həllərini aparmağı; fiziki obyekt olan kainat və onun təkamülünü, fizikada nəzəri və eksperimental araşdırmaların metodları və onlardan istifadə etməyi; təbiətdə fasiləsizlik və diskretlik, qanunauyğunluq, obyektlərin quruluşunun ardıcıllığı, təbiət sistemlərini obyektiv xarakterizə edən ehtimal nəzəriyyələri; təbiət elmlərində fundamental sabitlər, simmetriyanın və enerjinin saxlanması prinsipləri, təbii hal və onun zamandan asılı olaraq dəyişilməsi; təbiətdə obyektlərin fərdi və birgə hərəkətlərini; əsas kimyəvi sistemlər və proseslər, maddələrin reaksiyaya girmə qabiliyyəti, qeyri-üzvi maddələrin növləri, atom-molekul nəzəriyyəsinin quruluşu, maddələrin təyini və kimyəvi müəyyənləşdirilmə metodlarına yiyələnməlidir.

    Töhfə verən: CLO 1, CLO 3

  3. PLO 3

    PLO 3. Kompüter texnologiyasının texniki və proqram vasitələri, alqoritmləşdirmənin və proqramlaşdırmanın əsasları, müasir proqramlaşdırma sistemlərindən birini bilməli; həmin sistemin köməyi ilə ixtisasa aid məsələləri kompüterdə həll etmək; hər hansı nümunənin fəzada qrafiki təsvirini verməyi, avadanlıqların layihə-qrafik sənədlərini, texniki qrafikləri işləməyi və oxumağı; texniki sxemlərin cızgılarını tərtibat qaydalarını, cizgilər, spesifikasiyaları və izahat yazısını tərtib etmək üçün tətbiqi proqramlar paketindən istifadə qaydalarını bilmək; maddi cisimlərin hərəkətinin və qarşılıqlı təsirinin ümumi qanunlarını, bu qanunların sənayenin müxtəlif sahələrində tətbiq olunmasını; bir çox təbiət hadisələrində baş verən mexaniki prosesləri; inşaatda istifadə olunan materialların texnoloji xüsusiyyətlərini; inşaat materiallarına qoyulan normalara, materialların istehsalının texnoloji proseslərinə və hazırlanmasında istifadə olunan avadanlıqların iş prinsiplərinİ, şəhərlərin və yaşayış məntəqələrinin həmçinin müxtəlif təyinatlı tikililərin yerləşdiyi və onun ətraf ərazilərində yerüstü və yeraltı su rejimlərinin xüsusiyyətlərini; orada baş verə biləcək rejim dəyişikliklərini, yarana biləcək subasma hallarını, sürüşmələri, eroziyaları və onların qarşısının alınması üsullarını; mayenin statikasına, kinematikasına və dinamikasına aid məsələləri; özlü mayelərin müxtəlif mühitlərdə və rejimlərdə hərəkətinə, boru kəmərinin hesablama metodikasına; mayenin sabit və dəyişən basqı altında axmasına; hidravlik maşınların və turbinlərin əsas parametrlərinə və xarakteristikalarına, iş prinsiplərinə; təbiət-cəmiyyət münasibətlərinə, canlı orqanizmlərin bir-biri və ətraf mühitlə qarşılıqlı əlaqələrinə; ekosistemlərə, biosferin çirklənməsinə, qlobal istiləşməyə, buzlaqların sürətlə əriməsinə, ekoloji disbalansın qarşısının alınmasına; ətraf mühit və onun əsas amillərinə, ətraf mühitin mühafizəsini bilməli.

    Töhfə verən: CLO 1, CLO 4

  4. PLO 4

    PLO 4. Yanma və partlayış nəzəriyyəsinin əsaslarına, yanmanın növlərinə və səbəblərinə; partlayışın dağıdıcı amillərinə, yanma və partlayış zamanı baş verən proseslərə; yanma-partlayış proseslərinin baş vermə səbəblərinin araşdırılmasına, yanma və partlayış təhlükəsinin profilaktikasına və mühafizə tədbirlərinə; əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə mövcud qanunvericiliyə, bu sahə üzrə texniki məsələlərin həlli, texniki və təşkilati əsaslara; əməyin mühafizəsi, texnoloji işlərin təhlükəsizlik problemlərinin həll etmək bacarığına; risk anlayışı və onu idarəetmə, riski idarəetmə prosesi, riskin təhlili, riskin inteqral qiymətləndirilməsi, risk-menecmentin fövqəladə hallarda iqtisadi effektivliyi məsələlərini bilməli; riskin idarə olunması və yaxud risk-menecment müəssisənin dayanıqlı işləməsi təminat imkanlarını və xoşagəlməz hadisələrin qarşısının alınması mexanizmlərinin müəyyən edilməsinə yönəldilir; təbii, texnogen, ekoloji, sosial-siyasi və hərbi xarakterli fövqəladə halların baş vermə səbəblərini, fövqəladə hadisələrin xüsusiyyətlərini, yayılma formalarını, insanlara və ətraf mühitə təsir xüsusiyyətini; həmçinin bu hadisələr baş verdikdən sonra yaranacaq vəziyyəti qiymətləndirməyi bilməlidir.

    Töhfə verən: CLO 1, CLO 2

  5. PLO 5

    PLO 5. Sənaye obyektlərinin təhlükəsiz istismar prinsiplərinə; sənayedə həyata keçirilən texnoloji proseslərin təhlükəsizlik məsələlərinə; yanğın-partlayış təhlükəli obyektlərə verilən təhlükəsizlik tələblərinə; sənaye obyektlərinin təhlükəsiz idarə olunmasına, standartların tətbiqinə, təhlükəsiz istismar qaydalarına; yanğın təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlərin təşkilinə, yanğına qarşı su təchizatına dair tələblərə; köçürmənin (təxliyyənin) idarə olunmasına və insanların yanğın barədə xəbərdar edilməsi; avtomatik yanğınsöndürmə və yanğın siqnalizasiya qurğularının tətbiqi; radioaktiv şüalanmaların aşkar edilməsi və ölçülməsi üsullarına, radon problemi; inşaat materiallarında radiasiya riskləri, radioaktiv tullantılar, tullantıların ətraf mühitdə izlə edilməsi və onlardan mühafizə üsullarına; təbii fəlakətlər və texnogen xarakterli fövqəladə hadisələr zamanı fəaliyyət qaydalarına; müharibə dövründə kütləvi qırğın silahlarının tətbiqi zamanı mühafizə tədbirlərinə, davranış qaydalarının əhaliyə çatdırılması üsulları və yollarına; fərdi və kollektiv mühafizə vasitələrindən praktik olaraq istifadə etmə qaydalarına; ehtimal olunan təhlükələr barədə əhalinin xəbərdar edilməsinin təşkilinə; əhalinin fövqəladə hallara mühafizəsinin hazırlanması bacarığına; fövqəladə halların nəticələrinin aradan qaldırılması işlərinin ardıcıllığının təşkilinə və zədələnmiş əhaliyə ilkin tibbi yardım göstərilməsi məsələlərinə diqqət yetirilməlidir.

    Bu fənndən töhfə yoxdur

  6. PLO 6

    PLO 6. Təhlükələrin və fövqəladə halların proqnozlaşdırılmasının məqsədi və onun tətbiqi sahələri; proqnozlaşdırıcı sistem, proqnozlaşdırma üçün lazımi informasiya; proqnozlaşdırıcı sistemə qoyulan tələblər, proqnozlaşdırma meyarları; proqnozlaşdırma metodlarını bilməli; proqnozlaşdırma və qərar qəbul edilməsinə, qəza partlayış nəticələrinin proqnozlaşdırılmasına; qəza partlayışından sonra tikinti obyektlərinin vəziyyətinin qiymətləndirilməsi bacarığına; fövqəladə hadisələrin qarşısının alınması və aradan qaldırılması problemlərinin həlli; hadisə nəticələrinin minimallaşdırılması (zəiflədilməsi) üsullarını bilməli; iqtisadiyyat obyektlərinin vəziyyətinin qiymətləndirilməsi; sənaye obyektlərinin təhlükəsizlik dərəcələrinə görə təsnifatı; potensial təhlükəli sahələrin dayanıqlığına təsir edən amillərin; iqtisadiyyat obyektlərinin dayanıqlığının artırılması yollarının araşdırılması bacarığına.

    Bu fənndən töhfə yoxdur