Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi
Radiasiya təhlükəsizliyi
Fənn haqqında
Kredit
8
İş yükü
240saat
Semestr
Payız
Tədris ili
2025-2026
Fənnin təsviri
Radiasiya təhlükəsizliyi insanların və ətraf mühitin radiasiyanın zərərli təsirlərindən qorunmasını təmin edən tədbirlər sistemidir. Bu təhlükəsizlik qaydaları radiasiya mənbələri ilə işləyən zaman tətbiq olunur. Məqsəd insan sağlamlığını və təbiəti qorumaqdır. Radiasiya təhlükəsizliyi üçün xüsusi qoruyucu vasitələrdən istifadə edilir. Təhlükəsizlik qaydalarına riayət etmək radiasiya riskini azaldır.
Fənn təlim nəticələri
CLO 1: İonlaşdırıcı şüalanmanın növlərini, mənbələrini, fiziki xüsusiyyətlərini və radiasiya təhlükəsizliyinin əsas prinsiplərini izah edir, peşəkar terminologiyadan düzgün istifadə edir.
CLO 2: Radiasiyanın insan sağlamlığına, ətraf mühitə və sənaye obyektlərinə təsirini təhlil edir, doza anlayışlarını və radiasiya risklərinin qiymətləndirilməsi üsullarını tətbiq edir.
CLO 3: Radiasiya səviyyələrinin ölçülməsi və monitorinqi üçün istifadə olunan cihaz və proqram vasitələrindən istifadə edir, nəticələri təhlil edir və qiymətləndirir.
CLO 4: Radioaktiv maddələrlə təhlükəsiz işləmə qaydalarını, radiasiyadan mühafizə tədbirlərini və normativ təhlükəsizlik tələblərini praktik vəziyyətlərdə tətbiq edir.