Fənn · Həyat fəaliyyətinin təhlükəsizliyi
Fövqəladə hallarda kompleks müdafiənin..
Fənn haqqında
Kredit
7
İş yükü
210saat
Semestr
Yaz
Tədris ili
2025-2026
Fənnin təsviri
Fövqəladə hallarda kompleks müdafiə insanların, ərazilərin və obyektlərin təhlükələrdən qorunması üçün həyata keçirilən tədbirlər sistemidir. Bu müdafiə tədbirlərinə xəbərdarlıq, təxliyə, xilasetmə və tibbi yardım daxildir. Məqsəd insan itkilərini və maddi ziyanı azaltmaqdır. Kompleks müdafiə fövqəladə halların təsirini minimuma endirməyə kömək edir. Bu sahədə hazırlıq və təhlükəsizlik qaydalarına riayət etmək vacibdir
Fənn təlim nəticələri
CLO 1: Fövqəladə hallarda kompleks müdafiənin məqsədini, prinsiplərini, hüquqi əsaslarını, mülki müdafiə sisteminin quruluşunu və fəaliyyət mexanizmini izah edir.
CLO 2: Təbii, texnogen, ekoloji və hərbi xarakterli fövqəladə hallarda əhali, ətraf mühit və təsərrüfat obyektlərinin mühafizəsi üzrə kompleks tədbirləri təhlil edir və qiymətləndirir.
CLO 3: Fövqəladə halların monitorinqi, erkən xəbərdarlıq sistemləri, rabitə və informasiya texnologiyalarından istifadə etməklə kompleks müdafiə tədbirlərini planlaşdırır və idarə edir.
CLO 4: Fərdi və kollektiv mühafizə vasitələrini, təxliyyə, sığınacaq, mühəndis mühafizəsi və sanitariya-gigiyena tədbirlərini normativ tələblərə uyğun tətbiq edir.
CLO 5: Fövqəladə hallar zamanı xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili, əhalinin mühafizəsi, ilkin tibbi yardım və bərpa tədbirlərini əlaqələndirir və həyata keçirir.
CLO 6: Fövqəladə halların nəticələrini proqnozlaşdırır, obyektlərin dayanıqlığını qiymətləndirir, kompleks müdafiə planlarını hazırlayır və risklərin azaldılması üzrə əsaslandırılmış qərarlar qəbul edir.